Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının monarxı - Böyük Britaniyanın dövlət başçısı.
Monarx dövlət başçısı olaraq icra hakimiyyətinə malik deyildir. Hökumət Britaniyanın 2 partiyalı sistemi hesabina parlamentə də xeyli dərəcədə təsir edir. Monarx millətin birliyinin və dövlətin varisliyinin simvoludur. O, cəmiyyətdə sabitliyin təminatçısıdır. Monarxın ənənə və konstitusiya adətləri ilə müəyyən olunmuş, bəzən məhkəmə presedentləri ilə müəyyən olunmuş, bəzən presedentləri ilə təsbit edilmiş və parlamentin iradəsindən asılı olaraq olmayan müstəsna hüquqları var. O, qanunları imzalayır və veto hüquqlarına malikdir (1707-ci ildən istifadə etmir). O, paralament iclaslarına xüsusi dəvətlə gələ bilər. O, parlamentin illik sessiyasını nitq söyləyərək açır. Monarx baş nazirin hazırladığı nitqi oxuduğundan heç nə dəyişə bilməz. Monarx yeni seçkilərin tarixini təyin etməklə icmalar palatasına buraxmaq hüququna malikdir. O, bunu yalnız hökumətin göstərişi ilə edə bilər.