Azərbaycan Premyer Liqası 2023/2024 — futbol üzrə Azərbaycan Premyer Liqasının 32-ci mövsümüdür.
2022/2023-cü illər mövsümündə turniri sonuncu — 10-cu pillədə baş vuran "Şamaxı" Premyer Liqadan Birinci Liqaya yuvarlandı. Son mövsümdə Birinci Divizionun çempionu olan "Araz-Naxçıvan" isə Premyer Liqaya vəsiqə qazandı.
Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümündə 10 Futbol Klubu mübarizə apardı. Onlardan doqquzu son mövsümdə Premyer Liqada, digər biri isə son mövsümdə Birinci Divizonda mübarizə aparmışdı.
Azərbaycan Premyer Liqasında hər mövsüm baş verən stadion problemi bu sezonda da baş verdi. Keçən sezonda yalnızca "Kəpəz" bu problemlə üzləşmişdisə, bu mövsüm də "Araz-Naxçıvan" və "Kəpəz" də stadion problemi yaşandı.
"Neftçi", "Qəbələ", "Sabah", "Səbail" və "Turan Tovuz"un bütün ev oyunları nəzərdə tutulmuş stadionlarda baş tutdu. "Zirə"nin isə bir oyunu istisna olmaqla (təmir səbəbilə stadion dəyişdirildi) bütün ev oyunları Zirə qəsəbə stadionunda oldu.
"Sumqayıt"da isə uzun illərdən sonra doğma stadionda rəqiblərini qəbul etdi. "Sumqayıt"ın 1-ci və 2-ci dövrələrdə baş tutan doqquz ev oyunu Kapital Bank Arenada baş tutdu. 2024-cü ildən etibarən isə 3-cü və 4-cü dövrələrin bütün ev oyunları əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oldu. Stadionun 4 fevral 2024-cü ildə baş tutan və 21-ci turun "Sumqayıt" — "Neftçi" matçına təsadüf edən açılış görüşündə Sumqayıt futbolunun əfsanəsi Telman Salahov topa rəmzi toxunuşu etdi. Görüşdə sumqayıtlılar 2:1 hesabı ilə qələbə qazandı.
PFL əsasnaməsinə uyğun olaraq Azərbaycan Premyer Liqasında komandaların tutduqları yerlər toplanmış xallara görə müəyyən edilir:
Yarışlarda 2 və daha artıq komandanın topladığı xalların sayı bərabər olarsa, qalib aşağıda qeyd olunan göstəricilərə müvafiq olaraq müəyyən edilir:
Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün əsasnaməsinə uyğun olaraq yarış dörd dövrədən ibarət dairəvi sistemlə (2 ev və 2 səfər oyunu) aparılır.
Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümü 4 avqust 2023-cü ildə Dalğa Arenada baş tutan "Araz-Naxçıvan" — "Turan Tovuz" oyunu ilə başladı. Mövsümün 1-ci dövrəsi 4 avqust — 8 oktyabr tarixlərində, 2-ci dövrəsi 20 oktyabr — 24 dekabr tarixlərində baş tutdu. Premyer Liqada qış fasiləsi yanvarın 20-də başa çatdı. 3-cü dövrə 20 yanvar — 18 mart, 4-cü dövrə isə 30 mart–may tarixlərində baş tutdu.
Ümumi olaraq Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümündə 180 oyun baş tutacaq.
Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün 28-ci turu çərçivəsində "Qarabağ" nominal səfər oyununda "Kəpəz" üzərində 6:1 hesabı ilə qələbə qazanaraq çempionatın sonuna 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib.[53]
Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümü çərçivəsində baş tutacaq 180 oyun üçün 18 referi təyin edildi. Onlardan dördü — Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu və Rauf Cabarov FİFA dərəcəli referilərdir.[54][55][56]
Ən çox oyun idarə edən referi — 22 oyunla Əliyar Ağayev oldu.