Azərbaycan Premyer Liqası 2014/2015 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 23-cü Azərbaycan çempionatıdır. Çempionatda 10 komanda iştirak edir. Araz-Naxçıvan çempionatı ilk turlardan tərk etmişdir.
Çempionat 10 komandadan və 4 dövrədən ibarətdir.. Bu sistemə əsasən klubların hər biri 36 oyun oynayacaq. Mövsümün sonunda ilk 3 yeri tutan klublar Azərbaycanı "Avrokubok"larda təmsil edəcək.
Çempionatın legioner limiti 6+3+2 şəklindədir. Bu isə o deməkdir ki, bütün 90 dəqiqə ərzində meydanda maksimum 6 əcnəbi, 2-si 21 yaşadək olmaqla minimum 5 yerli futbolçu olmalıdır.