Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
UEFA
Assosiasiyanın loqosu
Yarannma tarixi 1992
FİFA üzvlüyü 1994
UEFA üzvlüyü 1994
Prezident Rövşən Nəcəf
Vebsayt www.affa.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və ya qısaca AFFAAzərbaycanda futbola nəzarət edən qeyri-hökumət təşkilatıdır. AFFA FİFAUEFA-nın üzvüdür.[1] Qurumun baş qərargah Bakıda yerləşir. Qurumun region ofisləri də fəaliyyət göstərir. AFFA Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, milli komandaların oyunları, ümumilikdə bütün futbolun dəstəklənməsi, inkişafı və populyarlaşdırılması ilə məşğul olur. AFFA həm də hakimlik ilə məşğul olur.

AFFA-nın tərkibinə Azərbaycan Premyer LiqasıAzərbaycan Birinci Liqası iştirak edən futbol klublarının üzvlüyünə əsaslanan Peşəkar Futbol Liqası (PFL), regional futbol federasiyalarını birləşdirən və müvafiq regionlarda futbolun inkişafı üçün cavabdeh olan Regional Futbol Federasiyaları, həvəskar futbol, uşaq və gənclər futbolu, futzal, əlillər futbolu, çimərlik futbolu, veteranlar futbolu və ya hər hansı başqa kateqoriyadan olan futbol növü ilə məşğul olan Sahə Futbol Federasiyaları və futbolçu, məşqçi, hakim, veteran, azarkeş və s. kimi futbol oyunu çərçivəsində birlikləri özündə birləşdirən və konkret funksiyanı aktiv olaraq icra edən şəxslərin maraq və məqsədləri ilə məşğul olan İctimai Futbol Təşkilatları daxildir.[1]

Tarixi

AFFA assosiativ xarakterli müstəqil qeyri-hökumət təşkilatıdır və 3 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 775 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.[1]

2003-cü ildə ölkənin rəsmi qurumlarının və beynəlalq futbol təşkilatlarının iştirakı ilə imzalanmış Sürix müqaviləsi ilə AFFA-nın yeni Nizamnamə layihəsi hazırlanıb.[2] 2003-cü il dekabrın 29-da AFFA-nın növbəti VI hesabat-seçki konfransı keçirilib, yeni Nizamnaməyə əsasən, AFFA-nın yeni prezidenti Ramiz Mirzəyev seçilib.[2] 2008-ci ildən başlayaraq AFFA Azərbaycanda mütəmadi olaraq Bakı Beynəlxalq Futzal Turniri təşkil edir.[3] Azərbaycan müstəqilliyini elan edən kimi AFFA-nın gördüyü ilk iş I Milli Çempionatı keçirmək oldu.[3] AFFA-nın təşkil etdiyi ilk Azərbaycan çempionatında 26 komanda iki yarımqrupda mübarizəyə başladı.[3] 1992–2011-ci illərdə AFFA tərəfindən çoxşaxəli fəaliyyət perspektivlərini müəyyən edən təşəkkül və inkişaf dövrü başladı.[3] AFFA bu istiqamətdə Azərbaycan idmanının və xüsusilə də futbolun inkişafına dair Dövlət Proqramını rəhbər tutaraq əsaslı işlər görməyə başladı.[3]

2010-cu ildə qurumun İcraiyyə Komitəsinin iclasında və AFFA-nın Konfransında yeni loqotipin qəbulu barədə qərar qəbul olubunub.[4] Yeni loqonun üzərində Azərbaycan bayrağı yanar od formasında göstərilib və top işarəsi təsvir olunub.[4] Loqonun üzərinə həmçinin AFFA sözü də yazılıb.[4] 2011-ci ildən başlayaraq AFFA-nın könüllülük proqramı həyata keçirilməkdədir.[5] FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 ərzində 14 bölmədə 1100-dən çox könüllü iştirak etmişdir.[5] 2012-ci il sentyabrın 22-də Bakının Tofiq Bəhramov adına Respublika Stadionunda FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-nin təntənəli açılış mərasimi keçirilmişdir.[6] 2013-cü ildə AFFA tərəfindən Bakının Nizami rayonu ərazisində tikilən "8 km stadionu"nun "Bakcell Arena" adlandırılması məqsədilə Bakcell-in ofisində müqavilə imzalanıb.[7] 2014-cü ildə UEFA-nın İcraiyyə Komitəsi İsveçrənin Cenevrə şəhərindəki "Espace Hippomene" Sərgi Mərkəzində keçirilən iclasda UEFA Avro 2020-ni qəbul edəcək 13 ölkəni təmsil edən şəhərlər müəyyənləşdirib.[8] Bakı AVRO 2020-nin 1/4 finalına ev sahibliyi edəcək 4 şəhərdən biri kimi təsdiqlənib.[8] 2016-cı il sentyabrın 30-da Bakı Olimpiya Stadionunda Avro 2020-yə ev sahibliyi edəcək 13 şəhərdən biri olan Bakının bu yarışla əlaqədar hazırlanan loqosunun təqdimat mərasimi keçirilib.[9] 2017/2018 mövsümdən etibarən Lisenziya iddiaçısının bütün oyunçularının qeydiyyatı AFFA-nın "Futbola qoşul" proqramı vasitəsilə həyata keçirilir.[10] 2017-ci ildə ilk dəfə olaraq AFFA tərəfindən "Lisenziyalaşdırma üzrə menecerlər üçün kurs" keçirilib.[10]

Prioritetlər

Azərbaycanda futbolu kompleks şəkildə inkişaf etdirmək üçün AFFA-nın müəyyənləşdirdiyi prioritetlərdən biri kütləvilikdir.[11] Respublikanın bütün bölgələrində futbolun inkişafı, bu idman növü ilə məşğul olan uşaqlarda, yeniyetmələrdə, gənclərdə və daha böyük yaş qrupuna daxil olan şəxslərdə futbola maraq oyatmaq üçün müxtəlif tədbirlər, festivallar və turnirlər təşkil olunur.[11] Bununla yanaşı, FIFAUEFA tərəfindən elan olunan "Grassroots" günlərində də AFFA-nın təşkilatçılığı ilə kütləvi futbol festivalları keçirilir.[11]

Azərbaycanda futbolun inkişaf etdirilməsi istiqamətində görülən işlər arasında futbol infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi prioritet məsələlərdən biridir.[12] Bu mənada 2007-ci ildə AFFA-nın inzibatı binası, 2009-cu ildə isə Azərbaycan Futbol Akademiyası istifadəyə verilmişdir.[12] Stadionların inkişafı baxımından 2011–2012-ci illər xüsusi ilə effektiv hesab oluna bilər.[12] FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 ərəfəsində 4 yeni stadion; Dalğa Arena, Bakcell Arena, Bayıl ArenaBinə stadionu istifadəyə verilmişdir.[12]

Futbol təhsilinin səviyyəsinin yüksəldilməsi, müasir tələblərə cavab verməsi AFFA-nın prioritetlərindən biridir.[13] İxtisaslı kadrların hazırlanması məqsədilə AFFA-nın təşkilatçılığı ilə müxtəlif məşqçi kursları keçirilir.[13] Uzun müddət C, UEFA-nın B və A kurslarını təşkil edən AFFA-nın bu sahədə həyata keçirdiyi tədbirlər Avropa futbol təşkilatı tərəfindən yüksək qiymətləndirilib və 2011-ci il iyunun 27-dən etibarən AFFA-nın təşkilatçılığı ilə UEFA-nın ən yüksək məşqçi lisenziyasını əldə etməyə imkan verən Pro kateqoriyalı kurslar keçirilməyə başlayıb.[13] UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, AFFA 2012-ci ildən UEFA-nın Məşqçilər Konvensiyasına qoşulub.[13]

FİFA ilə əlaqəsi

AFFA FİFAUEFA-nın üzvüdür.[1] AFFA 1994-cü ilin mayında UEFA-nın Vyanada keçirilən 22-ci konqresində UEFA-ya, 1994-cü ilin iyununda FİFA-nın Çikaqoda keçirilən 49-cu konqresində FİFA-ya üzv qəbul olundu.[3] Premyer Liqa klublarının 2002-ci ilin aprelində çempionatının dayandırması və AFFA ilə pikə çatan gərginlik, FİFAUEFA-nın 2 illik sanksiyası ilə bitdi.[14][15][16]

Yarışlar

AFFA-nın keçirdiyi yarışlar:[17]

AFFA İcraiyyə Komitəsi

Tofiq Bəhramov dünya futbol tarixində adına heykəl olan və adı stadiona verilən yeganə hakimdir.
Rol Ad Müddət
Prezident Fuad Musayev[18] 1992–2003
Ramiz Mirzəyev[19] 2003–2007
Elşad Nəsirov 2007–2008
Rövnəq Abdullayev[20] 2008–2024
Rövşən Nəcəf 2024–
Vitse-prezident Fətulla Hüseynov[21] 1992–2001
Fuad Əsədov 2001–2003[22]
Elşad Nəsirov[23] 2003–
Rauf Əliyev[24] 2004–
Vaqif Sadıqov
Elxan Məmmədov[25] 2020–
Baş katibi Tofiq Bəhramov[26] 1992–1993
Çingiz İsmayılov[19] 1994–2003
Fuad Əsədov 2003-2007[27]
Elxan Məmmədov[28] 2007–2022
Sərxan Hacıyev[29] 2022–

Sponsorluq

AFFA-ya hazırda SOCAR, Bakcell, Gillette, Nike, UNICEF, Head & Shoulders, Paşa Sığorta, Aquavita, Kığılı, və Coca-Cola sponsorluq edir.[30] 2003-cü ildən Azərbaycan futbol üzrə milli komandalarının və AFFA-nın baş sponsoru olan SOCAR, AFFA tərəfindən təşkil olunan turnir və liqaların sponsoru olmuşdur.[31]

İstinadlar

  1. 1 2 3 4 "AFFA's history". AFFA. 2017-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  2. 1 2 "AFFA-nın yaranmasından 20 il ötür". apa.az. İstifadə tarixi: 4 sentyabr 2017.[ölü keçid]
  3. 1 2 3 4 5 6 "100 Illik" (PDF). AFFA. 2020-07-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 sentyabr 2017.
  4. 1 2 3 "Утвержден новый логотип АФФА". www.1news.az. 2014-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
  5. 1 2 "KÖNÜLLÜLƏR". AFFA. 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  6. "İlham Əliyev futbol üzrə "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012"nin təntənəli açılış mərasimində iştirak etmişdir". az.president.az. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
  7. "2013: Illik Hesabat". AFFA. 2017-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
  8. 1 2 "AVRO-2020 BAKIDA!". regionplus.az. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
  9. ""Avro-2020"nin dörd oyununa ev sahibliyi edəcək Bakının loqosu təqdim olunub". www.respublica-news.az. İstifadə tarixi: 6 sentyabr 2017.[ölü keçid]
  10. 1 2 "2017: AFFA Hesabat". AFFA. 2018-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
  11. 1 2 3 "KÜTLƏVİ FUTBOL". AFFA. 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  12. 1 2 3 4 "İNFRASTRUKTUR". AFFA. 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  13. 1 2 3 4 "TƏHSİL". AFFA. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  14. "Azerbaijan embargo ends". www.uefa.com. UEFA. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  15. "Peace at last in Azerbaijan". www.uefa.com. UEFA. İstifadə tarixi: 3 sentyabr 2017.
  16. "Azerbaijan soccer tries to extricate itself from trouble". www.abc.net.au. www.abc.net.au. 2016-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  17. "YARIŞLAR". AFFA. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  18. "Fuad Musayev: "AFFA-nın hədiyyəsindən imtina etdim"". news.lent.az (Azerbaijani). 28 February 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 November 2014.
  19. 1 2 "Chingiz Ismayilov: "Fuad Asadov offered me deputy post"". www.today.az. 23 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2014.
  20. "Wealth Generator". www.thebusinessyear.com. 29 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 November 2014.
  21. "Eldar Rahimov: "Haji Mammadov bribed Rovshan Aliyev"". www.today.az. 23 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2014.
  22. "Fuad Əsədov: Ögey ana filminin süjeti bizim ailədən götürülüb". 2018-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
  23. "Elşad Nəsirov: "Mən "Neftçi"nin sahibi yox, AFFA-nın vitse-prezidentiyəm" - See more at". rekord.az (Azerbaijani). 10 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 November 2014.
  24. "AFFA - nın vitse-prezidenti Rauf Əliyev : Gunah futbolçularmızdadı!". newsport.az (Azerbaijani). 25 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2014.
  25. "Генсек АФФА – о полномочиях Эльхана Мамедова, VAR и новых клубах АЗПЛ". www.azerisport.com. www.azerisport.com. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2022.
  26. Kazimzade, Agshin. "Great Moments in Soccer". www.azer.com. 23 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2014.
  27. "FUAD ƏSƏDOV İSTEFA VERDİ". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
  28. "Field of Play". www.thebusinessyear.com. 29 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 November 2014.
  29. "Elxan Məmmədovun müavini AFFA-nın baş katibi oldu — Rəsmi". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-17.
  30. "SPONSORLUQ VƏ SATIŞ SPONSORLUQ TƏKLİFLƏRİ". AFFA. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2017.
  31. "Maliyyə və Mühasibat Departamentinin 2016-cı il üçün hesabatı". www.affa.az. AFFA. 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.

Xarici keçidlər

Read other articles:

Малый мучной хрущак Научная классификация Домен:ЭукариотыЦарство:ЖивотныеПодцарство:ЭуметазоиБез ранга:Двусторонне-симметричныеБез ранга:ПервичноротыеБез ранга:ЛиняющиеБез ранга:PanarthropodaТип:ЧленистоногиеПодтип:ТрахейнодышащиеНадкласс:ШестиногиеКласс:НасекомыеП...

 

Кондратьєв Юрій Григорович Народився 23 жовтня 1953(1953-10-23)Київ, Українська РСР, СРСРПомер 5 вересня 2023(2023-09-05) (69 років)Київ, УкраїнаКраїна  СРСР УкраїнаНаціональність українецьДіяльність математикAlma mater Київський університет імені Тараса ШевченкаГалузь математикаЗа...

 

Ability to see in low light conditions For other uses, see Night Vision (disambiguation). Two American soldiers pictured during the 2003 Iraq War seen through an image intensifier. Night vision is the ability to see in low-light conditions, either naturally with scotopic vision or through a night-vision device. Night vision requires both sufficient spectral range and sufficient intensity range. Humans have poor night vision compared to many animals such as cats, dogs, foxes and rabbits, in pa...

Російсько-Балтійський вагонний завод Тип бізнес і підприємствоФорма власності акціонерне товариство[d]Засновано 1909 і 1869Закриття (ліквідація) 1923Штаб-квартира Москваrussobaltique.ru  Російсько-Балтійський вагонний завод у Вікісховищі РБВЗ, Рига, 1909 рік Акціонерне т

 

Kolose 4Halaman yang memuat Surat Kolose 1:28-2:3 pada Codex Claromontanus yang diperkirakan dibuat tahun 550 M.KitabSurat KoloseKategoriSurat-surat PaulusBagian Alkitab KristenPerjanjian BaruUrutan dalamKitab Kristen12← pasal 3 1 Tesalonika 1 → Kolose 4 (disingkat Kol 4) adalah bagian terakhir dari Surat Paulus kepada Jemaat di Kolose dalam Perjanjian Baru di Alkitab Kristen.[1][2] Digubah oleh rasul Paulus dan Timotius.[3] Teks Surat aslinya ditulis dalam...

 

Pekko ja poikaSutradara Timo Koivusalo Produser Spede Pasanen Ditulis oleh Timo Koivusalo PemeranTimo KoivusaloSatu SilvoKalle WallinEsko NikkariTuija PiepponenHelka KuusiluotoJope RuonansuuMatti MäntyläJoel HallikainenTuija ErnamoSeppo HeleniusMaritta ViitamäkiKielo TommilaRisto SalmiAhti KuoppalaPenata musikTimo KoivusaloSinematograferTimo HeinänenHarri RätyPenyuntingJorma K. LehtonenPerusahaanproduksiSpede-Tuotanto OyDistributorFinnkinoTanggal rilis 28 Oktober 1994Durasi80 menit...

Sue BirdSue Bird pada 2018No. 10 – Seattle StormPosisiPoint guardLigaWNBAInformasi pribadiLahir16 Oktober 1980 (umur 43)Syosset, New YorkKebangsaanAmerika SerikatTinggi5 ft 9 in (1,75 m)Berat150 pon (68 kg)Informasi karierSekolah menengah atasChrist the King(Queens, New York)Perguruan tinggiUniversitas Conneticut (1998–2002)Draf WNBA2002 / Babak: 1 / Urutan pemilihan: 1 secara keseluruhanDipilih oleh Seattle StormKarier bermain2002–sekarangRiwayat k...

 

You can help expand this article with text translated from the corresponding article in Polish. (June 2020) Click [show] for important translation instructions. View a machine-translated version of the Polish article. Machine translation, like DeepL or Google Translate, is a useful starting point for translations, but translators must revise errors as necessary and confirm that the translation is accurate, rather than simply copy-pasting machine-translated text into the English Wikipedia...

 

2015 compilation album by Steven WilsonTransienceCompilation album by Steven WilsonReleased11 September 2015Recorded2003–2015GenreProgressive rockLength62:23LabelKscopeProducerSteven WilsonSteven Wilson chronology Hand. Cannot. Erase.(2015) Transience(2015) 4½(2016) Professional ratingsReview scoresSourceRatingAllMusic[1] Transience is a compilation album released in 2015 by British musician and record producer Steven Wilson. It compiles thirteen songs originally recorded b...

Cet article est une ébauche concernant l’héraldique et le Botswana. Vous pouvez partager vos connaissances en l’améliorant (comment ?) selon les recommandations des projets correspondants. Armoiries du Botswana Détails Adoption 1966 Écu D'argent à trois jumelles ondées accompagnées en chef de trois roues d'engrenage d'argent posées 1 et 2, et en pointe d'une tête de taureau de gueules cornées d'argent. Supports Deux zèbres tenant à dextre une défense d'éléphant et à ...

 

2016 French filmPattayaTheatrical release posterDirected byFranck GastambideWritten byFranck GastambideStéphane KazandjianProduced byÉric AltmayerNicolas AltmayerPascal BonnetStarringFranck GastambideMalik BentalhaAnouar ToubaliCinematographyRenaud ChassaingEdited byLaure GardetteMusic byDJ KoreProductioncompanyMandarin FilmsDistributed byGaumont Film CompanyRelease date 24 February 2016 (2016-02-24) Running time97 minutesCountryFranceLanguageFrenchBudget$7.6 millionBox offic...

 

Kelelawar tapal kuda besar Rhinolophus ferrumequinum Status konservasiRisiko rendahIUCN19517 TaksonomiKerajaanAnimaliaFilumChordataKelasMammaliaOrdoChiropteraFamiliRhinolophidaeGenusRhinolophusSpesiesRhinolophus ferrumequinum (Schreber, 1774) Tata namaProtonimVespertilio ferrumequinum DistribusiPersebaran kelelawar tapal kuda besar yang lebih luas. lbs Kelelawar tapal kuda besar (Rhinolophus ferrumequinum) atau dalam bahasa Inggris dinamakan greater horseshoe bat, adalah kelelawar pemakan ser...

Political party in Turkey Not to be confused with Labour Party of Turkey. EMEP redirects here. For the European Monitoring and Evaluation Programme, see Convention on Long-Range Transboundary Air Pollution. This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Labour Party Turkey – news · newspapers · books · schol...

 

Basileus Diodotus IIBasileusBronze single of Diodotus II from Ai-KhanumKing of BactriaReignc. 235-225/224 BCPredecessorDiodotus ISuccessorEuthydemus (usurped)Bornc. 255 BCDied224 BCBactriaDynastyDiodotidFatherDiodotus I Diodotus II Theos (Greek: Διόδοτος Θεός, Diódotos Theós; died c. 225 BC) was the son and successor of Diodotus I Soter, who rebelled against the Seleucid empire, establishing the Graeco-Bactrian Kingdom. Diodotus II probably ruled alongside his father as co-regen...

 

Eritrean diaspora in Norway Eritreans in NorwayTotal population27,855 (2020 Official Norway estimate)[1] 0.52% of the Norwegian populationRegions with significant populationsOsloLanguagesTigrinya · Tigre · Kunama  · Nara  · Afar,  · Beja · Saho · Bilen · Arabic  · English  · NorwegianReligionEritrean Orthodox, Islam Eritreans in Norway are ...

Socket AM2TypePGA-ZIFChip form factorsCeramic Pin Grid Array (CPGA)Organic Pin Grid Array (OPGA)Contacts940FSB frequency200 MHz System clock 1 GHz HyperTransport 2.0ProcessorsAthlon 64 Athlon 64 X2 Athlon 64 FX OpteronSempron PhenomPredecessorSocket 939SuccessorAM2+This article is part of the CPU socket series CPU socket for old AMD CPUs The Socket AM2, renamed from Socket M2 (to prevent using the same name as Cyrix MII processors), is a CPU socket designed by AMD for desktop processors, incl...

 

Filipino stew made from bitter melon and tinapa Ginataang ampalayaCourseMain coursePlace of originPhilippinesServing temperatureHotMain ingredientsbitter melon, coconut milk, tinapa (smoked fish)  Media: Ginataang ampalaya Ginataang ampalaya, is a Filipino vegetable stew made from bitter melon and tinapa (smoked fish) in coconut milk, bagoong alamang (shrimp paste), and spices. The dish can also be made with pork or shrimp and other vegetables. The dish is characteristically savory a...

 

For the 1999 motion picture of the same title, see Black and White (1999 drama film). This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article does not cite any sources. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Black and White 1999 TV film – news · newspapers...

1938 film You can help expand this article with text translated from the corresponding article in Dutch. (May 2009) Click [show] for important translation instructions. Machine translation, like DeepL or Google Translate, is a useful starting point for translations, but translators must revise errors as necessary and confirm that the translation is accurate, rather than simply copy-pasting machine-translated text into the English Wikipedia. Do not translate text that appears unreliable o...

 

بيت الشدة النوع دراما، رعب تأليف ناجي عبد الله إخراج وسام المدني بطولة وفاء عامرأحمد وفيقإيهاب فهميمحسن منصورمها أحمد البلد  مصر لغة العمل العربية عدد المواسم 1 عدد الحلقات 30 مدة الحلقة 35 دقيقة الإنتاج شركة الإنتاج إكسيليفون للإنتاج الفني القناة القاهرة والناستن بث لأو...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!