Gillette

Gillette
Ümumi məlumatlar
Sənaye şəxsi qayğı məhsulları
Təsis tarixi 1901
Baş qərargahın yeri Boston, ABŞ
Struktur
Ana şirkət Procter & Gamble
www.gillette.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

GilletteProcter & Gamble şirkətinə daxil olan kişilər üçün şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət. Gillete əsasən üzqırxan istehsalı və satışı ilə məşhurlaşmışdır. Mərkəzi mənzil gərargahı Amerika Birləşmiş Ştatlarının Massaçusets şatının Boston şəhərində yerləşən Gillete şirkətinin əsası 1901-ci ildə amerika ixtiraçısı Kinq Kemp Jillet tərəfindən qoyulmuşdur. Gillete 2005-ci ildə Procter & Gamble şirkətinin tərkibinə daxil olmuşdur.

Tarixi

Kinq Kemp Jillet tərəfindən təqdim edilmiş üzqırxan modelinin pantenti. (1904)
Nyu-Cersi ştatının Atlantik Siti şəhərində Gillette üzqırxanlarının gecə reklamı. (1900-1915)

Gillete markasının əsasını 1901-ci ildə amerika ixtiraçısı Kinq Kemp Jillet tərəfindən qoyulmuşdur. Kinq Kemp Jillet həyatı boyu ixtira etmək həvəsində olmuşdu. İxtiraya qədərki müddətdə müxtəlif firmalarda satıcı işləyən 40 yaşlı Jillet günlərin birində üzünü qırxarkən bu işi daha təhlükəsiz etmək üçün sıxılmış laylar arasında qalan və kütləşdikdə dəyişilə bilən ülgüclərdən ibarət üzqırxan alət düzəltmək fikrinə gəlir. 6 il sonra özünə şərik tapan Jillet ixtirasını reallaşdırmaq üçün çalışır, həmin ildə The Gillette Company adlı şirkətinin əsasını qoyur.

O, 1904-cü ilin 15 noyabr tarixində öz ixtirasını patentləşdirir. Alətin əsas özəlliyi əvvəlkilərdən fərqli olaraq daha təhlükəsiz olması idi. İlk ildə 168 alət və 51 ülgüc dəsti, ikinci ildə isə 90.000 alət və 123.000 ülgüc dəsti istehsal edilir. 1903-cü ildə markanın ilk üzqırxanı satışa çıxarıldı. 1934-cü ilə qədər əsasən üzqırxan istehsalı sahəsində yoğunlaşan şirkət Aristocrat adlı dönəminin yeni nəsil üzqırxanını təqdim etməklə istehlakçıların böyük marağına səbəb ola bildi.

Twist to Open versiyasında təqdim edilən yeni nəsil üzqırxanın başlığı tutacağından ayrılmışdı və üz dərisində daha rahat hərəkət etdiyindən bazarda Aristocrata tələbat böyük idi. XX əsrin birinci yarısında Şimali Amerikada yaşayan kişilərin gündəlik qayğılarından biridə şəxsi gigyenik baxım və üzqırxmaqla bağlı idi. Bu dövrə qədər olan üzqırxanlar kustar üsulla hazırlandığından dəri səthini tez-tez kəsir və ya ülgüc başlığı tez sıradan çıxırdı.

Mövcud problemi hələ şirkət yeni yaradılan zamanlardan anlayan Kinq Kemp Jillet yaratmaq istədiyi yeni marka üzqırxanın yuxarıda göstərilən problemləri həll etməyi hədəfləmişdi. Bu baxımdan 'Aristocrat' üzqırxanları XX əsrin ortaları üçün möcüzə hesab oluna biləcək bir kəşf idi. 1947-ci ildə yeni nəsil üzqırxanın Super sürətli modeli təqdim edildi və bir öncəki, modeldə olduğu kimi üzqırxanların əldə daha rahat tutulması üçün TTO dizaynı əlavə edildi. Müxtəlif illərdə istehsal edilən üzqırxanların dizaynı 1954-cü ildə yenidən tərtib edildi.

1958-ci ildə ilk dəfə olaraq ülgüc başlıqlarını tənzimləyə bilən üzqırxan istehsal edildi. Beləliklə, ülgücü üz dərisində tükün daha çox olduğu yerə istiqamətləndirmək olurdu. 1986-cı ilə qədər istehsal edilən tənzimlənə bilən ülgüc başlıqlı üzqırxanlara maraq böyük idi.

Gillete tərəfindən edilən ilklər

  • Üzqırxan (Jillet üzqırxan aləti 1895-ci ildə icad etdi və 1904-cü ildə patentini aldı.)
  • Qadınlar üçün üzqırxan ləvazıtmatları istehsal edildi (Milady Décolletée, 1916)
  • Yeni nəsil üzqırxanlar istehsal edildi (1946)
  • Paslanmaz polad üzqırxanlar istehsal edildi (Super Stainless, 1963)
  • İki ülgüclü üzqırxanın istehsalı (Trac II, 1971)
  • Tək istifadəlik iki ülgüclü üzqırxanların istehsalı (Good News!, 1971)

Qalereya

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!