XIV Yay Paralimpiya Oyunlarında 4 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 27-ci pillədə, medalların sayına görə isə 30-cu pillədə qərarlaşdı.
Cüdo üzrə Azərbaycan yığması 2 qızıl və 1 bürünc medala sahibi oldu. Üzgüçülərdən ibarət yığma 1 qızıl və 4 gümüş medalla, yüngül atletlərdən ibarət yığma isə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla turniri başa vurdu.
Azərbaycan Prezidentiİlham Əliyevin 4 iyul 2012-ci il tarixli Sərəncamına əsasən Birləşmiş KrallıqnLondon şəhərində baş tutacaq XIV Yay Paralimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatı müəyyən edildi. Sərəncama əsasən, Paralimpiada da qızıl medal qazanan idmançıya 200 000 ₼ (onun məşqçisinə 100 000 ₼), gümüş medal qazanan idmançıya 100 000 ₼ (onun məşqçisinə 50 000 ₼), bürünc medal qazanan idmançıya 50 000 ₼ (onun məşqçisinə isə 25 000 ₼) məbləğində pul mükafatı müəyyən edildi.
Komandanın heyəti
Azərbaycan XIV Yay Paralimpiya Oyunlarında 6 idman növü üzrə 21 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Paralimpiya Oyunlarında ən çox idmançı ilə təmsil olunduğu turnir oldu. Bundan əvvəl Azərbaycan 2008-ci ildə Pekin şəhərində (Çin) baş tutan Paralimpiya Oyunlarında 18 idmançı ilə təmsil olundu. Komandanın heyətində 21 idmançıdan 5-i qadın idi. Bundan əvvəl 2000, 2004 və 2008-ci illərdə baş tutan turnirdə Azərbaycanı təmsil edən yeganə qadın idmançı atıcı Yelena Taranova idi.
Azərbaycan yığmasının heyətində ən çox yüngül atletlər — 8 nəfər və cüdoçular — 7 nəfər yer aldı.
Komandanın heyətində 21 idmançıdan 9 nəfəri Paralimpiya Oyunlarının debütantı idi. Paralimpiada təcrübəsi olan 12 idmançıdan 2 nəfəri isə bundan əvvəl turnirdə qızıl medallara da sahib olmuşdu — Paralimpiadanın qalibləri Oleq Panyutin (yüngül atlet) və İlham Zəkiyev (cüdoçu).
Komandanın heyətində milliləşdirilən idmançılar yox idi. Komandanın ən gənc üzvü 22 yaşlı yüngül atlet Elçin Muradov, ən yaşlı üzvü isə 51 yaşlı atıcı Yelena Taranova oldu.
Kişilərin 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə aparan Əkbər Muradov təsnifat mərhələsində 554 xal topladı və mərhələni 20-ci pillədə başa vurdu.[3] Bu nəticəyə əsasən Muradov final mərhələsinə vəsiqə qazana bilmədi.[3] Qadınların 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə aparan Yelena Taranova isə təsnifat mərhələsində 372 xal topladı və mərhələnini beşinci pillədə başa vurdu.[4] Bu nəticəyə əsasən Taranova final mərhələsinə adladı.[4] Final mərhələsində isə Yelena Taranova 465.8 xal topladı və turnirdə yeddinci pillənini sahibi oldu.[4]
25 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində Əkbər Muradov 548 xalla 16-cı pillənin sahibi oldu, Yelena Taranova isə turnirdə mübarizə aparmadı.[5]
50 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə Əkbər Muradov 515 xalla 18-ci, Yelena Taranova isə 512 xalla 20-ci pillənin sahibi oldu.[6] Bu nəticələrə əsasən nə Muradov, nə də Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.[6]
Avqustun 30-də Ramin İbrahimov (-60 Kq.) və Bayram Mustafayev (-66 Kq.) mübarizə apardı. 2008-ci ildə baş tutan Paralimpiya Oyunlarında bürünc medalına sahib olan Ramin İbrahimov, Paralimpiadanın 1/8 final mərhələsi çərçivəsində Cənubi Koreya nümayəndəsi Min-Ya Li ilə üz-üzə gəldi və rəqibinə ipponla qalib gəldi.[7] 1/4 final mərhələsi çərçivəsində isə Ramin İbrahimovFransa nümayəndəsi Kevin Villemont ilə üz-üzə gəldi.[7] Kevin Villemont ilə görüşdə Ramin İbrahimov rəqibinə vaza-ari ilə qalib gəldi və Paralimpadanın yarım-final mərhələsinə adladı.[7] Bu mərhələdə onun rəqibi Yaponiya təmsilçisi Tahaahi Hirai ilə üz-üzə gəldi.[7] Həmin görüşdə Ramin İbrahimov növbəti dəfə rəqibinə vaza-ari ilə qalib gəldi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı.[7] Həlledici görüşdə onun rəqibi Çin nümayəndəsi Li Xiaodonq oldu.[7] Final görüşündə Ramin İbrahimov rəqibinə ipponla qalib gəldi və XIV Yay Paralimpiya Oyunlarının qalibi oldu.[7]
Bayram Mustafayev isə 1/8 final mərhələsində Rusiya nümayəndəsi Victor Rudenho üzərində qələbə qazansa da, 1/4 final mərhələsində Çin cüdoçusu Xu Jaoya məğlub oldu.[8] Xu Jao final görüşünə vəsiqə qazandığı üçün Bayram Mustafayev təsəlliverici qrupda mübarizə apardı.[8] Bu mərhələnin birinci görüşündə Bayram MustafayevƏlcəzair nümayəndəsi Sid Əli Lamriya məğlub oldu və London Paralimpiadasını yeddinci pillədə başa vurdu.[8]
Cüdo üzrə Azərbaycan yığmasının əsas medal ümidlərindən biri 2004 və 2008-ci illərdə Paralimpiya Oyunlarının qalibi olan İlham Zəkiyev idi.[13]İlham Zəkiyev turnirin 1/8 final mərhələsində Rusiya nümayəndəsi Heydər Heydərov ilə üz-üzə gəldi.[13] Həmin görüşdə təcrübəli və titullu İlham Zəkiyev rəqibinə ipponla qalib gəldi və Paralimpiadanın 1/4 final mərhələsinə adladı.[13] Bu mərhələdə onun rəqibi Yaponiya cüdoçusu Kento Masahi oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İlham Zəkiyev rəqibinə ipponla məğlub oldu.[13] Kento Masahi turnirin final görüşünə vəsiqə qazandığına görə İlham Zəkiyev təsəlliverici qrupda mübarizə apardı.[13] Bu mərhələnin birinci görüşündə onun rəqibi Kanada nümayəndəsi Toni Valbi oldu.[13] Həmin görüşdə İlham Zəkiyev rəqibinə ipponla qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[13] Həlledici görüşdə onun rəqibi Braziliya cüdoçusu Villians Silva oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İlham Zəkiyev rəqibinə vaza-ari fəndi ilə qalib gəldi və London Paralimpiadasının bürünc medalına sahib oldu.[13]
Ümumi nəticədə cüdo üzrə Azərbaycan yığması London Paralimpiadasını 2 qızıl və 1 bürünc medalla başa vurdu. Medalların əyarına görə Azərbaycan cüdoçuları qeyri-rəsmi medal sıralanmasında üçüncü pillədə qərarlaşdı.
London Paralimpiadasında oxatma idman növü üzrə turnir 30 avqust-5 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə turnirin debütantı Zinyət Vəliyeva təmsil elədi. Kamandan oxatma üzrə Azərbaycan yığmasının məşqçisi Tahir Adilov idi.
Avqustun 30-da 400 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.[17] Bu turnirdə mübarizə aparan Natali Pronina, Azərbaycanın idman tarixinə Paralimpiya Oyunlarında debüt edən birinci üzgüçü oldu.[17] Təsnifat mərhələsinin "A" qrupunda 4:58.06 dəqiqə nəticə göstərən Natali Pronina, mərhələni altı üzgüçü sırasında dördüncü pillədə başa vurdu və final mərhələsinə adladı.[17] Bu mərhələdə isə Natali Pronina 4:52.40 dəqiqə nəticə göstərdi və Paralimpiadanı beşinci pillədə başa vurdu.[17]
Sentyabrın 5-də isə 100 metr məsafəyə arxasıüstə üzmə turniri baş tutdu.[20] Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Natali Pronina 1:12.78 dəqiqə nəticə göstərdi və mərhələni 2-ci pillədə başa vurdu.[20] Bununla da Natali Pronina final mərhələsinə vəsiqə qazandı.[20] Həlledici mərhələdə isə Natali Pronina 1:08.46 dəqiqə nəticə göstərdi və Rusiya nümayəndəsi Oxana Savçenhodan sonra 2-ci pillənin sahibi oldu.[20] Bununla da Natali Pronina üçüncü dəfə XIV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[20]
Sentyabrın 8-də isə 100 metr məsafəyə brass üsulu ilə üzmə turniri baş tutdu.[22] Bu turnir Natali Proninanın mübarizə aparacağı sonuncu turnir idi.[22] Təsnifat mərhələsinin "A" qrupunda Natali Pronina 1:20.08 dəqiqə nəticə göstərdi və Kipr nümyəndəsi Karolina Pelendritoudan sonra 2-ci pillənin sahibi oldu.[22] Bu nəticəyə əsasən Natali Pronina final mərhələsinə vəsiqə qazandı.[22] Həlledici mərhələ gərgin idman mübarizəsi şəraitində baş tutdu.[22] Nəticədə Kipr üzgüçüsü Karolina Pelendritou 1:16.38 dəqiqə nəticə göstərdi.[22]Natali Pronina isə əsas rəqibindən 0.20 saniyə daha yaxşı nəticə göstərdi (1:16.16 dəqiqə) və XIV Yay Paralimpiya Oyunlarının qalibi oldu.[22] Pronina həm də Paralimpiya Oyunlarının qalibi olmağı bacaran birinci Azərbaycan üzgüçüsü olsu.[22]
Sentyabrın 1-də isə Oloxan Musayev və Hüseyn Həsənov mübarizə apardı. 2008-ci il Paralimpiadanın qalibi olan Oloxan Musayev, nüvə itələmə turnirində mübarizə apardı və 11.92 metr nəticə göstərdi.[24] Bu nəticəyə əsasən Oloxan Musayev turniri 8-ci pillədə başa vurdu.[24] Üçtəkanla tullanma turnirində mübarizə aparan Hüseyn Həsənov isə 12.74 metr nəticə göstərdi və turniri dördüncü pillədə başa vurdu.[25]
Sentyabrın 2-də Rza Osmanov mübarizə apardı. T12 növündə 400 metr məsafəyə qaçış turnirində çıxış edən Rza Osmanov, təsnifat mərhələsində 50.46 saniyə nəticə göstərdi.[26] Bu nəticəyə əsasən Rza Osmanov yarım-final mərhələsinə adladı.[26] Bu mərhələ sentyabrın 4-də baş tutdu.[26]
Sentyabrın 3-də isə Elçin Muradov və Hüseyn Həsənov mübarizə apardı. T11 növündə 200 metr məsafəyə qaçış turnirində çıxış edən Elçin Muradov təsnifat mərhələsində 22.48 saniyə nəticə göstərdi və dörd idmançı sırasında birinci pillənin sahibi oldu.[27] Bu nəticəyə əsasən Elçin Muradov yarım-final mərhələsinə adladı.[27] Bir gün sonra baş tutan bu mərhələdə isə Elçin Muradov 22.40 saniyə nəticə göstərdi.[27] Bu nəticəyə əsasən Elçin Muradov final qaçışına vəsiqə qazana bilmədi.[27] F46 növündə uzunluğa tullanma turnirində çıxış edən Hüseyn Həsənov isə 6.52 metr nəticə göstərdi.[28] Bu nəticəyə əsasən Hüseyn Həsənov 11 atlet sırasında üçüncü pillənin sahibi oldu və London Paralimpiadasının bürünc medalına sahib oldu.[28]
Sentyabrın 4-də Mədinət Abdullayeva və Rza Osmanov mübarizə apardı. F57/F58 növündə lövhə atma turnirində çıxış edən Mədinət Abdullayeva, 18.20 metr nəticə göstərdi və London Paralimpiadasını 18 idmançı sırasında 14-cü pillədə başa vurdu.[29] T12 növündə 400 metr məsafəyə qaçış turnirinin yarım-final mərhələsində mübarizəsinə davam edən Rza Osmanov isə 50.34 saniyə nəticə göstərdi.[26] Bu nəticəyə əsasən Rza Osmanov mərhələni dörd atlet sırasında üçüncü pillədə başa vurdu və mübarizəsini dayandırdı.[26]
Sentyabrın 7-də Elçin Muradov və Rza Osmanov mübarizə apardı. Bu səfər T11 növündə 100 metr məsafəyə qaçış turnirində çıxış edən Elçin Muradov, təsnifat mərhələsində 48.78 saniyə nəticə göstərdi.[32] Bu nəticəyə əsasən Elçin Muradov dörd atlet sırasında sonuncu pillənin sahibi oldu və turnirdə mübarizəni dayandırdı.[32] T12 növündə 200 metr məsafəyə qaçış turnirində çıxış edən Rza Osmanov isə təsnifat mərhələsində 22.85 saniyə nəticə göstərdi.[33] Bu nəticəyə əsasən Rza Osmanov dörd atlet sırasında mərhələni üçüncü pillədə başa vurdu və yarım-final mərhələsinə adladı.[33] Həmin gün baş tutan yarım-final mərhələsində isə Rza Osmanov 22.11 saniyə nəticə göstərdi.[33] Mərhələni dördüncü pillədə bitirən Rza Osmanov, mübarizəsini dayandırdı.[33]