İradə Azad qızı Əliyeva (27 dekabr 1991, Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub.
Həyatı
İradə Əliyeva 1991-ci il dekabrın 27-də Bakı şəhərində anadan olub. 1997–2008-ci illərdə Sabunçu rayonunda 310 nömrəli tam orta məjtəbdə təhsil alan İradə Əliyeva, ali təhsilini 2008–2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Ajademiyasında (ADBTİA) alıb. Əvvəl voleybolla məşğul olub. 2005-ci ildən isə nizə atma ilə məşğul olur. Şəxsi məşqçisi Bəxtiyar Zeynalovdur.
Karyerası
İradə Əliyeva 2015-ci ildə Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında 44.18 metr nəticə ilə turnirin qalibi oldu.
2016-cı ilin avqust ayında İradə Əliyeva Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. İradə Əliyeva nizə atma turnirində 42.58 metr nəticə ilə gümüş medala sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə İradə Azad qızı Əliyeva 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[1]
İstinadlar
Azərbaycan Paralimpiya Oyunlarında |
---|
|
Yay Paralimpiya Oyunları | | |
---|
Qış Paralimpiya Oyunları | 1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 |
---|
Paralimpiya Oyunlarının medalına sahib idmançıları
|
Qızıl medal | |
---|
Gümüş medal | |
---|
Bürünc medal | |
---|