2016 Yay Paralimpiya Oyunları və ya rəsmi adı ilə XV Yay Paralimpiya Oyunları — 2016-cı il sentyabrın 7-dən 18-nə qədər Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan Yay Paralimpiya Oyunları.
Rio-de-Janeyro Paralimpiadasının medal sıralanmasında birinci yeri, 107 qızıl, 81 gümüş və 51 bürünc medal qazanan Çin yığması tutdu.