Azad Azərbaycan — 25 dekabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri.
Tarixçə
"Azad Azərbaycan Teleradio Yayım Şirkəti" 13 may 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci il tarixində isə yayıma başlamışdır. İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edirdi.[1] Lakin 2002-ci ildən "Son Xəbər" adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlamışdır[2].
2003-cü il Prezident seçkiləri günü axşam saatlarında baş verən hadisələr zamanı ATV-nin müxbir və operatoruna da ciddi xəsarət yetirilmişdi.
31 dekabr 2007-ci il tarixinə qədər azərbaycanca verilişlərlə yanaşı rusca verilişlər də (Russkie Zvyozdı) yayımlayırdı. Sonradan MTRŞ-nin qəbul etdiyi qanuna görə 2008-ci ildə tamamilə Azərbaycan dilində yayıma keçmişdir.
2009-cu ilin oktyabrında ATV International adlı qardaş kanalı yayıma başlamışdı.
2011-ci ildə telekanalda əsaslı dəyişikliklər başladı. Telekanalın rəhbərliyi dəyişdi.
Həmçinin kanalın 10 ildən çox müddəti olan loqotipi də 10 may 2011-ci il tarixində dəyişdirildi.
2012-ci il sentyabr ayından tamamilə yeniləndi. Verilişlərin məzmunu, keyfiyyəti yaxşılaşdı. Televiziyanın sutkalıq yayımı 24 saata çatdırıldı. Televiziyanın ümumi efir vaxtının 93 faizini şəxsi istehsal proqramları (verilişlər və yerli seriallar), 4 faizini xaricdə istehsal olunan filmlər, 3 faizini isə reklam materialları təşkil etməyə başladı.
Telekanalın təsvir formatı 15 sentyabr 2015-ci il tarixində 4:3 formatından 16:9 formatlı yayım keçirilmişdir.
Telekanalın ANS TV ilə qalmaqallı münasibətləri var. Bunun başlanğıcı 2015-ci ildə Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğın hadisəsindən sonra Mətanət Əliverdiyevanın həmin hadisə ilə əlaqədar "Gündəlik" verilişində "Biz o faciəni lap faciə etməməliyik, elə bil külək idi, film idi, baxdıq, getdi" ifadələrini işlətməsindən sonra başladı.[3] Həmin qalmaqalda ANS TV, Xəbərçi verilişində ATV-ni sərt tənqid etdi. Başqa qalmaqaldan biri də yenə həmin ilin sentyabr ayında ATV-nin Gürcüstandakı kilsələrin birində apardığı çəkilişlə bağlıdır.[4] Həmin sujetdə ANS TV, ATV-ni insanların dini hisləri ilə oynamasında ittiham edir. O sujetə cavab olaraq ATV də ANS TV-ni tənqid etmişdi.[5] İki kanal arasında qalmaqal davam etdi.
21 dekabr 2015-ci il tarixində "ATV Plus"da "HD" yayıma başlamışdır. Hazırda "ATV HD" kanalının ölkənin hər yerindən izlənilməsi imkanı var.
4 yanvar 2016-cı il tarixindən etibarən Rusiyanın "NTV Plus" kabel televiziyasında yayımlanır.
28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib.
12 yanvar 2024-cü ildən etibarən "ATV HD" telekanalı 23-cü televiziya kanalında (490 Mhz tezliyində) yayıma başlayıb.
Bağlanması
1 may 2020-ci ildə "Bəzədilmiş duvaq" bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 6 may 2020-ci il tarixli 5/1 nömrəli qərarı ilə ATV-nin yayımı 9 may 2020-ci ildə saat 10:00-dan 11:00-dək 1 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.[6]
10 avqust 2020-ci ildə saat 16:00–17:00 arası müddətdə 15 dəqiqə 46 saniyə reklam yayımlanması "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 17 avqust 2020-ci il tarixli 12/2 nömrəli qərarı ilə ATV-nin yayımı 20 avqust 2020-ci ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.
18 aprel 2024-cü ildə saat 05:29–06:38 arası müddətdə Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan "Nyu Yorkda yağışlı bir gün" bədii filminin yayınlanmasına görə Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Qanunun 38.2-ci, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq 9 iyul 2024-cü il tarixli 21/24-10 nömrəli qərarı ilə ATV-nin yayımı 11 iyul 2024-cü ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.
Xəbərlər Departamenti
- 2002: — "ATV Xəbər"
- 2002–2019: — "ATV Həftə Sonu"
- 2013–2020: — "ATV OLAY"
- 2013: — "ATV AKTUAL"
- 2019-2020: — "ATV Gündəlik"
- 2020-2021: — "ATV Qərargah"
Seriallar
Xarici keçidlər
İstinadlar
|
---|
Ölkə miqyaslı | | |
---|
Kabel, peyk, internet | |
---|
Regional | |
---|
Naxçıvan MR | |
---|
Fəaliyyətini dayandırmış | |
---|
|
---|
Ümumrespublika | | |
---|
Regional | |
---|
Peyk, internet, kabel | |
---|
Xaricdə fəaliyyət göstərən | |
---|
Fəaliyyətini dayandıran | |
---|