12 may 2014-cü ildə Fransa PrezidentiFransua OllandınAzərbaycana səfəri zamanı Fransa və Azərbaycan təhsil nazirləri arasında iki ölkə arasında elmi əlaqələrin gücləndirilməsi məqsədilə universitetlər arasında əməkdaşlığa dair niyyət memorandum imzalanmışdır.
İki ölkənin təhsil nazirlikləri arasında növbəti razılaşma 25 aprel 2015-ci ildə president Fransua OllandınAzərbaycana növbəti səfəri zamanı imzalanmışdır.[1] Həmin il mayın 15-də əməkdaşlığa dair təklif Azərbaycan Prezidentiİlham Əliyevin 1242 saylı fərmanı ilə qəbul edilmiş, 9 iyun 2016-cı ildə isə Azərbaycan-Fransız Universitetinin (UFAZ) yaradılmasına sərəncam verilmişdir.[2]
15 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Təhsil NaziriMikayıl Cabbarovun və Fransanın Azərbaycandakı Səfiri Aurelia Buşenin iştirakı ilə UFAZ-ın açılışı baş tutmuşdur. İlk tədrisi ili ADNSU-nun Azadlıq prospektində yerləşən əsas binasında baş tutmuşdur.
15 sentyabr 2017-ci ildə UFAZ-ın Nizami küçəsi, 183-də yerləşən yeni tədris binasının açılış mərasimi baş tutmuşdur. Bina 20-ci əsrin əvvəllərində inşa edilmiş və Təhsil Nazirliyinin qərarına əsasən restavrasiya edilmişdir.[3]
Tədris
Yalnız Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən az 450 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş və iyul ayının sonlarında keçirilən UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.[4]
Fransada bakalavr təhsili 3 il, Azərbaycanda isə 4 il davam etdiyinə görə UFAZ-da tədrisin ilk ili hazırlıq ili hesab olunur.[5] Universitetdə təhsil yüksək ixtisaslı fransız və azərbaycanlı müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfinən aparılır.[6] UFAZ məzunları ADNSU-nun və tərəfdaş fransız universitetlərinin diplomlarını əldə edir.[7]
UFAZ tələbələrinin 80%-dən çoxu Azərbaycan hökumətinin maliyyə dəstəyi sayəsində ödənişsiz əsaslarla təhsil alır.
UFAZ 2024/2025 tədris ilində 3 istiqamət üzrə magistratura mərhələsi üzrə ixtisaslar təklif edəcək: Kimya mühəndisliyi / Fiziki kimya, Yer elmləri və Tətbiqi Kompüter Elmləri (Böyük verilənlər və süni intellekt),[12] Su Ehtiyatlarının İdarə Edilməsi.