Aysultan Rahat oğlu Nazarbayev (qaz. Aisūltan Rahatūly Nazarbaev; 26 avqust 1990[1] – 16 avqust 2020, London[2]) — qazaxıstanlı futbolçu, iş adamı, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi və Dəriğə Nazarbayevanın oğlu.[3]
Bioqrafiya
Atası Qazaxıstan siyasətçisi, iş adamı və diplomat Rahat Əliyev (1962-2015),[4][5] anası isə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı Dərigə Nazarbayevadır. Orta Yüzün Konırat qəbiləsinin jamanbay nəslindən gəlir.
"Beynəlxalq Davamlı Təhsil Kolleci" (Astana) və "Amerikan Beynəlxalq Məktəbi"-ndə (Salzburg, Avstriya) təhsil almışdır. Sandxreste İngilis Kral Hərbi Akademiyasının məzunudur (2009-2010). Qazaxıstan İdarəetmə, İqtisadiyyat və Strateji Tədqiqatlar Universitetini Biznes İdarəetmə (Alma-Ata) dərəcəsi ilə bitirmişdir.
Qazaxıstan Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində xidmət etmişdir (2012-2013).
Atasının Avstriyadakı səfiri olduğu dövrdə Admira Vakker Mödlinq FK-da futbol oynamağa başlayır. 2006-cı ildə Qazaxıstanın birinci liqasında paytaxt "Raxat" klubunda iki oyununu keçirmiş, 2007-ci ildə Alma-Atanın "Jeleznodorojnik" FK-nun üzvü olmuşdur. 2006-cı il Avropa Gənclər Futbol Çempionatının seçmə turnirində iştirak edir.
İki-üç ay Çelsi akademiyasında təhsil alır.[6] Bir mövsüm Portsmutun gənclər komandasında oynayır və İngiltərə çempionatının bürünc mükafatçısı olur.[7][8]
2011-ci ildə Astana FK-da oynayır. 21 oktyabr 2012-ci ildə Qazaxıstan çempionatında yeganə oyunu keçirir - "Sunkar" klubunun ev oyununda "Aktobe" ilə ikinci hissənin ortalarında meydana çıxır.
2017-ci ilin fevral-oktyabr aylarında[9] FIFA, UEFA və milli assosiasiyalarla əlaqələr üzrə Qazaxıstan Futbol İttifaqının sədr müavini işləyir.
Döyüşə bərabər əməliyyatlarda iştirakına görə Britaniya mükafatına layiq görülür.
Kokainə aludə olduğu üçün narkotik aludəçiləri üçün bir klinikada müalicə alır.
2019-cu ilin oktyabrında Londonda bir polis məmuruna edilən hücum səbəbindən şərti cəzaya məhkum edilir. 2019-cu ilin iyununda Nazarbayev başqasının otağında intihara cəhd edir. Hökm şərti cəza, davamlı narkotik asılılığı müalicəsi, ictimai iş və cəriməni əhatə edir.[10]
13 fevral 2020-ci ildə Aysultan Nazarbayev İngiltərədən siyasi sığınacaq istəyir. Keçmiş prezidentin nəvəsi bu qərarı ailəsinin təzyiqi ilə izah edir. O, "Rusiya və Qazaxıstan hökuməti arasında genişmiqyaslı korrupsiya haqqında" məlumatının olmadığı bildirir.
16 avqust 2020-ci ildə Aysultan Nazarbayev Londonda ürək tutmasından dünyasını dəyişir.[11][12][13]
Ailəsi
Həyat yoldaşı - Alima Nazarbayeva (2013-cü ilin avqustundan), Kairat Boranbayevin qızı. Bu evlilikdən onların iki övladı olmuşdur: qızı Amelie (9 iyun 2016-cı il təvəllüdlü) və oğlu Sultan.
İstinadlar