Ayaqyalın məhəbbət qısametrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Kinoyumoreska Bakı sakinlərinin həyatından söhbət açır. Hadisələr Bakının küçələrində, gəmidə və mehmanxanada cərəyan edir. Filmdə əsas rolları A. Panova-Potyomkina, Regina Lazareva, Yevgeni Muromski və V. Lenin ifa edirlər.
Kinoyumoreska Bakı sakinlərinin həyatından söhbət açır. Hadisələr Bakının küçələrində, gəmidə və mehmanxanada cərəyan edir.[1]