Avstriya–Osmanlı müharibəsi — Avstriya ilə Osmanlı imperiyaları arasında aparılan müharibələr ardıcıllığından ikincisi. Bu müharibə Macarıstan uğrunda getmişdir.
Sultan I Süleymanın ordusu Macarıstanda 1541-ci ildə Budanı və 1543-cü ildə Esterqom qalasını almışdır. Müharibə 1547-ci il İstanbul müqaviləsinə əsasən nəticlənmiç, Macarıstan krallığı üç hissəyə bölünmüşdür. Qərb və şimal hissəsi Habsburqların hakimiyyətində, mərkəzi hissəsi sultan canişinlərinin idarəsində qalmış, şimal hissəsinin hakimləri isə Osmanlının vassalları hesab olunmuşdur.[1]