Avropa Hun imperiyası

Avropa Hun imperiyası
Bayraq
Bayraq
Rəsmi dilləri
Paytaxt Buda və ya Seqed
İdarəetmə forması Monarxiya (XanlıqBaşbuğluq)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qərbi Hun İmperatorluğu (IV əsr — 470-ci il)

Qərbi Hun imperiyası və ya Avropa Hun imperiyası (378–470) — Hun türklərinin Avropaya yürüşləri sayəsində Avropada yaranmış türk dövləti.

Tarixi

Böyük Hun İmperiyası dağılandan sonra hun tayfaları qərbə doğru hərəkət edib VolqaUral çayları ətrafındakı torpaqları ələ keçirdilər. Onların qərbə doğru əziyyətli yürüşü sonra da uzun müddət davam etdi. Hunların və digər xalqların qərbə axını "Xalqların böyük köçü" adlanır.

"Xalqların böyük köçü" eramızın IV əsrindən hunlarla başlayaraq VI əsrə qədər davam etdi. Hunlar Böyük Çin səddindən Fransaya qədər gedib çıxmışdılar. "Xalqların böyük köçü" VI əsrdə slavyanların Bizans imperiyasında məskunlaşması ilə başa çatdı. 370-ci ildə hunlar qərbə doğru hərəkət edərək Don sahilində alanları məğlub etdilər. Balamir Qara dəniz sahillərində, ostqot tayfalarını məğlub edərək Krımı ələ keçirdi və Ostqot dövlətinin varlığına son qoydu. 371-ci ildə ostqotlar məğlub oldular(Balamir tərəfindən) onların başçısı Germanirix bu məğlubiyyətə dözməyib özünü öldürdü. Bundan sonra 378-ci ildə, Dunay çayı sahilində digər qot tayfalarını məğlub edərək, Pannoniyada(Macarıstanın qərbi) məskunlaşan hunlar İdil(Volqa) çayından, Dunay çayına qədər ərazilərdə Qərbi(Avropa)Hun dövlətini qurdular. Qərbi Hun dövlətində mühüm qərarlar, tayfa başçılarının toplantısında verilirdi.

Hunlar Dnestr çayı sahillərində yaşayan vestqotlarla qarşılaşdılar. Hunlar çayı keçib vestqot kralı Atanarixin ordusuna arxadan zərbə vurdular, o isə ordusu ilə Roma İmperiyasının himayəsinə keçdi. Onun hunlara qarşı tikdirdiyi "Atanarix səddi" indi də qalmaqdadır.

400-cü ildə hunlar Dunay çayı sahilinə çatdılar və burada digər qot tayfalarını məğlub etdilər. Bir sıra xalqlar hunlara qoşuldu, hunlar qüvvətləndi. Hunlar Pannoniyada qərarlaşdılar. İdil (Volqa) çayından Dunay çayına qədər ərazini ələ keçirdilər. Hun hökmdarı Balamir (374–400) ordunu möhkəmləndirdi.

Hunların digər bir hissəsi 395-ci ildə Dərbənd keçidindən keçərək Cənubi QafqazaÖn Asiyaya yayıldılar. Onlar DəcləFərat çayları arasını, Suriya, Fələstin ərazisini tutdular. Çoxlu qənimət ələ keçirdikdən sonra "yanar odlar"ın (Abşeron yarımadasının) yanından keçərək geri qayıtdılar. Hunların bir hissəsi Azərbaycan ərazisində məskunlaşmış, Azərbaycan xalqının formalaşmasında iştirak etmişlər.

Balamirin ölümündən sonra yerinə Ulduz xan (400–410) keçdi. O, 404–409-cu illərdə Bizans üzərinə hücum etdi. Bizans sülh bağlamağa məcbur oldu. Onun ölümündən sonra hakimiyyətə Qaradon xan keçdi. O, daha çox dövlətin sərhədləri ilə məşğul olmuşdur. Onun yerinə keçən Muncuq xan çox yaşamadı, oğlu Attila çox gənc olduğu üçün hakimiyyətə əmisi Rua keçdi. Attila əmisinin bütün hərbi səfərlərində iştirak etdi və özünü bacarıqlı sərkərdə kimi göstərdi.

Uldız dövrü

  • Uldız, Bizansı təzyiq altına almaq məqsədiylə Trakya üzərinə yeridi. Barış istəyən Trakya qubernatoruna "Günəşin batdığı yerə qədər hər yeri zəbt edə bilərəm" deyərək Bizansa meydan oxudu. Türklərin gücündən çəkinən Bizans, müqavilə bağlayaraq Hunların üstünlüyünü qəbul etdi.
  • Bu dövrdə Hunlar, Orta Avropadan Xəzərin şərqinə qədər uzanan geniş torpaqlara sahib olmuşdular. Dövlətin şərq bölgəsini Karatonun idarə etdiyi bilinirsə də, bu hökmdar haqqında çox məlumat yoxdur.

Rua dövrü

  • 412–422-ci illəri arasında Avropa Hun Dövləti ilə əlaqədar çox bir məlumata rast gəlinməməkdədir. Hökmdar soyundan gələn Rua 422 ilində taxtı ələ keçərərək, ölkəni qardaşları Muncuk, Oktar və Aybars ilə birlikdə idarə etdi. Muncukun erkən ölümü üzərinə Aybars ölkənin şərq qanadının rəhbərliyinə, Oktar isə qərb qanadının rəhbərliyinə gətirildi.
  • Rua, Uldızın təyin etdiyi Hun xarici siyasətini tətbiqə davam etdi. Casusluq fəaliyyətlərini irəli sürərək Bizans üzərinə bir səfər təşkil etdi (422). Bu səfər nəticəsində Bizans ağır bir vergiyə bağlandı.
  • Qərb Romadakı taxt qarışıqlıqlarından faydalanmaq istəyən Bizans, İtaliyaya qüvvət göndərdi. Bu səbəbdən Rua, altmış min şəxsiyyət bir ordunu Qərb Romanın köməyinə göndərərək Bizans İmperatoru Theodosiusı (Teodosyus) döyüşmədən geri çəkilmək məcburiyyətində buraxdı.
  • Bizans üzərinə edəcəyi yeni bir səfərə hazırlanarkən 434 ilində öldü. Yerinə qardaşı Muncukun oğulu Atilla keçdi.

Attila dövrü

  • Attilla(At idilə), əmisi Ruanın yanında yetişdi və onunla birlikdə müxtəlif səfərlərə qatılaraq dövlət rəhbərliyini və ordu komandirliyini çox yaxşı öyrəndi. Avropa Hun İmperatorluğunun Qərbi Romadaki səfiri olmuşdur. Onun zamanında Avropa Hun Dövləti ən parlaq dövrünü yaşadı.
  • Taxta çıxınca, ölkəni qardaşı Bleda ilə birlikdə idarə etdi.
  • 434 ildə Margos Andlaşması imzalandı.

Bu razılaşmaya görə

  • Bizans, Hunlara ödəməkdə olduğu vergini iki bərkinə çıxaracaq,
  • Bizans, Hunlara bağlı qövmlərlə andlaşma etməyəcək,
  • Ticari əlaqələr sərhəd qəsəbələrində davam edəcək,
  • Bizans, əlindəki Hun əsirləri qaytaracaqdı.

Attilanın səfərləri

Avropa Hun İmperiyası ~ M. S.400

Birinci Balkan səfəri (441–442)

Attila Bizansın Marqos müqaviləsinin hökmlərinə əməl etməməsi nəticəsində Bizans üzərinə səfərə çıxdı. Şərq Trakyaya qədər irəliləyən Hun ordusundan çəkinən Bizans, barış istəmək məcburiyyətində qaldı. Bu müqavilə ilə Attila Bizansın ödədiyi vergini artırdığı kimi bəzi sərhəd qalalarını da ələ keçirdi. Bu səfərdən sonra Avropa Hunlarına Balkanların yolunu açılmış oldu.

İkinci Balkan səfəri (447)

I Balkan Səfərindən sonra Bizans imzaladığı andlaşma şərtlərində uzaqgörənliklən vergini ödəmədiyi üçün Attila yenidən səfərə çıxdı. İki qola ayrılan Hun ordusunun bir qolu Yunanıstana girir Teselyaya qədər irəlilədi. Digər qolu isə Sofiya, Filibe və Lüleburgaz şəhərlərini tutaraq Büyükçekmece yaxınlarına qədər çatdı. Bizans Imparatoru barış istəmək məcburiyyətində qaldı.

Edilən Anotolyos Antlaşmasına görə:

  • Bizans ödədiyi vergini üç bərkinə çıxaracaq,
  • Döyüş təzminatı ödənəcək
  • Tunanın cənubundakı yerlər əsgərlər təmizləndiriləcəkdi.

Qərb Roma (Qalliya) səfəri (451)

Roma Imparatorunun qızıyla evlənən Attila, cehiz olaraq imperatorluq torpaqlarının yarısını istəyincə, bunu qəbul etməyən Qərb Romanın üzərinə yeridi. Katalaun ovalığında Attila, 100 mini türk geri qalanıda gərməyin və islav qövmlərindən ibarət olan 200 min şəxsiyyət bir ordu ilə ikən roma ordusu da eyni bölgəyə 200 min şəxsiyyət ordu ilə gəlmişdi. Hun düşməni olan barbarların hamısı Aetsi ordusunun safında idilər. 20 iyun 451 günü dünyanın iki yarısı biribiri üzərinə yüklendio günə qədər görülmüş ən qanlı döyüş oldu döyüş 24 saat davam etdi iki tərəfdə cok böyük ziyan gördü böyük itkinlər verdi lakin döyüş günü axşamı roma ordusu dağıldı.

Romanı dəstəkləyən Qərb Qot ordusu da kralları döyüşdə ölüncə çəkilmək məcburiyyətində qalmışdır. Attila çəkilməkdə olan Aetsini izləmədi ordusunu istirahət etdirdi. Zatən məqsədinə çatmış Romanın əsgər anbarı sayılan Galyanı işğal etmişdi. bundan sonrakı ilk ciddi hücumda bütün romanı tam olaraq çökəltəcəyi qəti idi.

Aradan keçən 20 gündə Attila ordusunu öz paytaxtının bulundugu bölgəyə gətirdi. Döyüş sonrasında dünya onun yenilmezligini bir dəfə daha anlamış və qəbul etmişdi. Bu döyüşdən 1 il sonra Attila Dağıttığı Roma İmparatorlugunun hamısını idarəsi altına almaq icin hərəkətə keçdiyi zaman, ona etiraz edəcək gücləri qalmamışdı. 452-ci ildə Attila Po düzənliyinə gəldi və Romadan yola cıkan Papa Leo Türk Başbugu dincliyinə cıktı və Attiladan Romanı əsirgəməsini istədi bütün şərtləri qəbul etdiklərini zatən Attilanın Romaya hakim oldugunu söylədi. Yalnız Xristianlıq mərkəzinin yıxılmaması xahişini çatdırdı və Attila Romaya hücum etmədən vergilərini daha da qatlı almış oldu və hakimliyini tanıtmış olmuşdu.

İtaliya Səfəri (452)

Atillanın Romanı tutmama səbəbləri

Papanın diz çökərək xahiş etməsi

Romanın xristiyanlar üçün müqəddəs yer olması

Sasanilərin hun sərhədlərində təhlükə yaradması Attila 452-ci ildə yüz minlik ordusu ilə Alp dağları üzərindən İtaliyaya girdi. Papa I. Leo başçılığında bir heyət Romanın bağışlanmasını istədi. Papanın xahişini qəbul edən Attila geri döndü.

Bizansla münasibətlər

Roma İmperiyası zəifləmiş, xalqların ona qarşı üsyanları güclənmişdi. Burqundiyada baş verən üsyan Attila tərəfindən yatırıldı və onun kralı öldürüldü, ərazisi Hun dövlətinə qatıldı. Atilla əvvəl Qərbi Roma İmperiyasını, sonra isə Bizansı tutmağı planlaşdırmışdı. O, iki ilə 200 minlik ordu (140 mini hunlar idi) hazırladı. Bizans sülhün şərtlərini pozduğu üçün 447-ci ildə Atilla ikinci dəfə Balkana yürüş etdi. Konstantinopolu mühasirəyə aldı. İmperator II Feodesi sülh üçün elçi göndərdi və Atillanın bütün şərtləri qəbul edildi. İmperator birdəfəlik 6 min, hər il isə 2 min librə qızıl miqdarında təzminat verməli oldu. Dünayın cənub ətrafındakı torpaqlar da hunlara verildi. 447-ci il sülhü Bizans üçün çox ağır oldu və onu xeyli zəiflətdi.

Bundan sonra Attilanın əsas hərbi səfəri Qərbə oldu. Atilla nişanlısı Honoriyaya imperiyanın düşən hissəsini istədi. İmperator bu təklifi rədd etdi. Bu isə müharibəyə səbəb oldu. Attila 200 min ordu ilə Fransada Orleana qədər irəlilədi. Burada 451-ci ildə Katalaunda uşaqlıq dostu Aetsinin başçılıq etdiyi Roma ordusu ilə qanlı döyüşə girdi. Hər iki tərəfdən 160 min əsgər öldürüldü və hər iki ordu geri çəkildi. Atilla 452-ci ildə Roma darvazaları qarşısına gəldi. Papa III Leon böyük bir elçi ilə onun yanına gəldi və şəhəri dağıtmamağı xahiş etdi. hunlar onların şərtlərini qəbul etdi. Atilla şəhərə toxunmayıb oranı tərk etdi. 453-cü ildə Atillanın burnundan qan açıldı və qəfildən öldü. Bundan sonra Hun dövləti zəiflədi və 470-ci ildə dağıldı. Onun yerində Bulqar, Suvar, Avar və Xəzər xaqanlıqları kimi yeni dövlətlər yarandı.

Qərbi Hun İmperiyası hərbi-feodal dövlət idi. O, hərbi qənimətlərlə yaşayırdı və təsərrüfatı çox zəif idi. Onlarda qəbilə-tayfa münasibətləri güclü idi. Bir neçə qəbilə və tayfa birləşməsi bir "el" təşkil edirdi. Qoşun bu prinsip üzərində qurulmuşdu. Onlarda ev qulları var idi. Onlar böyük mal-qara sürülərinə malik idilər. Təsərrüfatın əsasını köçəri maldarlıq təşkil edirdi. Keçi tükündən kəndir toxuyur, ondan döyüşdə və atı tutmaq üçün kəmənd kimi istifadə edirdilər. Yundan keçə toxuyurdular və bununla alaçıqların üstünü örtürdülər. Onlar qızıl və gümüş əşyalar düzəltməkdə avropalılardan qabaqda idilər.

Avropa Hun Xanları

Hun əsgərləri

Suverenlik Sahəsi

Cənub Rusiya, Rumıniya, Yuqoslaviyanın şimal bölgəsi, Macarıstan, Avstriya, Çexoslovakiya, CənubOrta Almaniya (Şərq Fransadan Ural Dağlarına; Şimal Macarıstandan Bizans qapılarına qədər olan sahə). Sahə: təxminən 4.000.000 km²'dir.

Avropa Hunlarının Türk və Dünya tarixinə qatqıları

Avropa Hunlarının parçalanmasının səbəbləri

  • Ələ keçərdikləri torpaqlarda getdikcə əhali olaraq azlıq təşkil etmələri.
  • Davamlı Türk köçləriylə bəslənə bilməmələri.
  • Nizamlı və möhkəm bir dövlət təşkilatı qura bilməmələri.
  • Yerləşik mədəniyyət ilə mübarizə edilməsi.
  • Yerləşik mədəniyyətin mənfi təsirləri.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!