Avropa Gənclər Parlamenti (ing. European Youth Parliament) və ya qısaca AGP (ing. EYP) qeyri-partizan, müstəqil təhsil layihəsi olub gənc avropalı vətəndaşların tələbatları üçün fəaliyyət göstərir.[1] Avropa Gənclər Parlamenti gənclərdə müstəqil düşünmə və sosial təşəbbüsləri dəstəkləyir. On minlərlə gənc Avropa Gənclər Parlamentinin regional, milli, beynəlxalq sessiyalarında iştirak edib, dostluqların əsası qoyulub və beynəlxalq əlaqələrin əsası qoyulub. Bununla da Avropa Gənclər Parlamenti Avropanın birləşməsinə öz töhfəsini verməkdədir.[2]
Hazırda Avropa Gənclər Parlamenti Avropada debatlar, mədəniyyətlərarası görüşlər, təhsil işləri və ideyalar mübadiləsinə xidmət edən ən geniş platformadır. Bu parlament minlərlə gəncin könüllü fəaliyyətini təmin edən 40 Avropa assosiasiyası və təşkilatını birləşdirir.[3]
Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyi
Beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyi 2010-cu ildə təsis edilib. Təşkilat özündə vətənpərvər, dövlətin siyasətinə sadiq, intellektual səviyyəli, fəal gəncləri birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkan yaradır.[4] İndiyə qədər AGP Azərbaycan 9 Milli Seçim Konfransı, 8 Məktəb Sessiyası və 7 Üniversite Sessiyası təşkil etmişdir. Qarşıdan gələn Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası da məhz AGP Azərbaycan təşkilatçılığı ilə 2023-cü ilin Avqust ayında Bakı şəhərində baş tutacaqdır.
AGP Azərbaycan İdarə Heyəti
- Güldanə Dadaşova (Prezident);
- Möhtərəm Qasımova (Vitse-Prezident);
- Cerennil Soylu (Əhatələndirmə və İnkluzivlik üzrə idarə heyətinin üzvü);
- Əli Kərimov (Beynəlxalq Əlaqələr üzrə idarə heyətinin üzvü);
- Riyad Vəliyev (Üzvlərlə iş üzrə idarə heyətinin üzvü);
- Riad Şahbazov (Büdcə İnkişafı üzrə idarə heyətinin üzvü);
- Samir Məmmədov (Milli fəaliyyətlər üzrə idarə heyətinin üzvü);
- Jalə Ələkbərli (İctimaiyyətlə Əlaqələr üzrə idarə heyətinin üzvü);
- Mələk Rrazadə (İnsan Resursları üzrə idarə heyətinin üzvü).
Müşahidə Şurasının üzvləri:
- Məhəmməd Əliyev;
- Sevda Mansurova;
- Elmira Əliyeva.
"Mənim Parlamentim - My Parliament" layihəsi
Layihənin məqsədi Azərbaycanlı gəncləri Azərbaycan Respublikası Milli Məclisinin və deputatların fəaliyyəti ilə yaxından tanış etmək və onların maarifləndirilməsinə töhfə verməkdir. Daimi xarakter daşıyan bu layihə çərçivəsində gənclərin Milli Məclisin üzvləri və komitə sədrləri ilə görüşləri keçirilmişdir:
- Vüsal Hüseynov (Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin rəisi);[5]
- Fuad Muradov (Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri);[4]
- Azay Quliyev (Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti);[6]
- Məlahət İbrahimqızı (Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı).[7]
- Səməd Seyidov (Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri) [8]
Avropa Gənclər Parlamentinin Milli Komitələri
AGP-nin Milli Komitələri (MK):
Azərbaycan və Avropa Gənclər Parlamenti
- Avropa Gənclər Parlamentinin Seçki Konfransı (may, 2006) [9]
- AGP Ukraynanın 2-ci Sumı Regional Sessiyası (5-8 iyul, 2007, Sumı, Ukrayna)[10]: Rəşad Mehbaliyev;
- Avropa Gənclər Parlamentinin II Beynəlxalq Forumu (15-19 sentyabr, 2010, Batumi, Gürcüstan): Elçin Ağai, Ataxan Həsənov, Nadir Saraclı, Fərid Məmmədov, Turxan Əliyev, Ənvər Qurbanov, Nərmin Axundova, Fərid Osmanov, Kənan Qasımlı, Əsgər Hüseynov, Cəfər Cəfərov, Tahirə Əliyeva, Ceyhun Orucov, Duriyyə Mehdiyeva[11]
- AGP Polşanın 17-ci Krakov Regional Sessiyası[12], (5-10 may, 2011, Krakov, Polşa): Rəşad Mehbaliyev [13], Ramil Əzməmmədov.
- AGP Gürcüstanın III Beynəlxalq Forumu [14] (12-16 Avqust, 2011, Batumi, Gürcüstan): Toğrul Musayev, Kamal Cəfərli[15], Elşən Həsənov, Aysel Qayibxanova, Ayna Cavanşir, Türkan Vüsatlı[16]
- AGP-nin 69-cu Beynəlxalq Sessiyası,İstanbul [17] Tayfun Qüdrətli,Cavid Səmədzadə,Bədir Bayramov,Aysel Qayıbxanova
İstinadlar
Xarici keçidlər