Artualı Bonna (fr. Bonne d'Artois; 1396 – 17 sentyabr 1425, Dijon) — Never qrafı və Burqundiya hersoqinası.
İlk evliliyi 20 iyun 1413-cü ildə Burqundiya hersoqu Cəsur Filippin oğlu Never qrafı Filipplə baş tutdu. Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi.
- Çarlz, Never qrafı (1414-1464)
- Con, Never qrafı (1415-1491)
Ancaq cəmi 2 il sonra əri Azenkur döyüşündə həlak oldu. Ərinin ölümündən sonra bir yaşlı oğlu Çarlz qraf təyin edildi və Bonna oğlunun mülklərini idarə etməyə başladı.
İkinci evliliyi isə 30 noyabr 1424-cü ildə mərhum ərinin qardaşı oğlu Burqundiya hersoqu Xeyirxah Filipplə baş tutdu. Ancaq ikinci evliliyindən övladı olmadı. Cəmi bir il sonra 15 sentyabr 1425-ci ildə Dijonda vəfat etdi.
Mənbə
- Blockmans, W.; Prevenier, W. [in Dutch] (1999). Edward Peters (ed.). The Promised Lands: The Low Countries Under Burgundian Rule, 1369–1530. Translated by Elizabeth Fackelman. University of Pennsylvania Press. ISBN 978-0-8122-1382-9
- Gillespie, Alexander (24 August 2017). The Causes of War, Volume 3: 1400 CE to 1650 CE. Hart Publishing. ISBN 978-1-84946-646-2
- Campbell, Lorne (1998). National Gallery Catalogues: The Fifteenth Century Netherlandish Schools. National Gallery company. ISBN 978-1-85709-171-7
- Vaughan, Richard (2004). Philip the Good: The Apogee of Burgundy. Boydell Press. ISBN 978-0-85115-917-1
İstinadlar
- ↑ 1 2 Kindred Britain.