Valualı Mişel (Burqundiya hersoqinası)

Valualı Mişel
fr. Michelle de Valois
10 sentyabr 1419 – 8 iyul 1422
ƏvvəlkiBavariyalı Marqarita
SonrakıArtualı Bonna
Şəxsi məlumatlar
Doğum tarixi 11 yanvar 1395
Doğum yeri
Vəfat tarixi 8 iyul 1422 (27 yaşında)
Vəfat yeri
Atası VI Şarl[1]
Anası Bavariyalı İzabel[1]
Həyat yoldaşı
Ailəsi Valua sülaləsi
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Valualı Mişel (fr. Michelle de Valois; 11 yanvar 1395, Paris8 iyul 1422, Gent) — Fransa kralı VI Karlın qızı, Burqundiya hersoqinası.

11 yanvar 1395-ci ildə doğuldu. Atası Fransa kralı VI Karl, anası isə Bavariyalı İzabelladır. 28 yanvar 1405-ci ildə Burqundiya hersoqu Qorxusuz Conun oğlu və varisi Filipplə nişanlandı və 1409-cu ilin iyununda hələ 13 yaşında ikən evləndirildi. Hər ikisi də Fransa kralı II Conun nəticəsi idi. Digər tərəfdən Mişelin qardaşı dofen Lüdovik də hersoqun qızı Marqarita ilə evləndirildi. Cütlüyün bu nigahdan Aqnessa adlı bir qızı doğulsa da, körpə ikən vəfat etdi.

Qaynatası Qorxusuz Conun qardaşı dofen Karl tərəfindən sui-qəsd nəticəsində öldürülməsi nəticəsində iki ailə arasında qalan Mişelin səhhəti pisləşdi. Əri Xeyirxah Filipp Burqundiya hersoqu təyin edildi. Ancaq Mişel hersoqina ünvanını çox daşıya bilmədi. 1522-ci ildə anidən səhhəti pisləşdi və vəfat etdi.

Mənbə

  • Smith, Kay Douglas; Smith, Robert Douglas; DeVries, Kelly (2005). The Artillery of the Dukes of Burgundy, 1363–1477. Boydell Press. pp. 16–19. ISBN 978-1-84383-162-4
  • Royle, Trevor (2008). Lancaster against York : the Wars of the Roses and the foundation of modern Britain. New York: Palgrave Macmillan. p. 60. ISBN 9781403966728
  • Vaughan, Richard (2005). John the Fearless. The Dukes of Burgundy. Vol. 2 (reprinted new ed.). Boydell Press. ISBN 978-0851159164

İstinadlar

  1. 1 2 3 4 Kindred Britain.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!