Artuş (e. ə. II əsr – e.ə. 63) — erməni əsilli İberiya çarı. I Artaksiasın oğlu idi. Hakimiyyət dövrü boyu Romalılarla müharibə etmişdi. Eramızdan əvvəl 65-ci ildə Qney Pompeyə qarşı Armazi qalasını itirdi. 9000 əsgər öldürüldü, 10000 nəfər isə qul edildi. 2 il sonra kral vəfat etdi.