Antuan Ogüsten Kurno

Antuan Ogüsten Kurno
fr. Antoine-Augustin Cournot
Doğum tarixi 28 avqust 1801(1801-08-28)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 31 mart 1877(1877-03-31)[1][3][…] (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Elm sahələri iqtisadiyyat, riyaziyyat
Təhsili
  • Paris Elm fakültəsi[d]
Mükafatları "Fəxri Legion" ordeni komandoru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[1][2][…], Qre[d]31 mart 1877[1][3][…], Paris) — Fransa filosofuriyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur.

Həyatı

Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə,

1823-cü ildə Antuan Sorbonna Universitetində riyaziyyat üzrə dərəcə alır. Sonra xatirələrini yazmaqda köməyə ehtiyacı olan bir sahə marşalının xüsusi katibi olur. Kurno xeyli müddət bu işdən öz məqsədləri üçün uzaqlaşır; belə ki, marşalın işçisi olduğu on il ərzində mexanika və astronomiya sahələri üzrə iki doktorluq dərəcəsi alır. Bundan əlavə, bir neçə məqaləsini dərc etdirən Antuan hüquq üzrə dərəcəyə də yiyələnir.[4]

Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir.

1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi.

Fəaliyyəti

İqtisadiyyat

Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalarduopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır. 1838-ci ildə dərc olunmuş "Sərvət nəzəriyyəsində riyazi prinsiplərin tədqiqi"[5] kitabında Kurno riyazi formul və simvolların iqtisadi təhlilə tətbiqindən istifadə etmişdi. Bu kitab çox tənqid olunmuş və Kurnonun sağlığında çox da uğur əldə edə bilməmişdi. Alim eyni kitabı iki dəfə yenidən yazmağa cəhd etmişdi. Bununla belə, həmin kitabın bu gün də iqtisadiyyata təsiri hiss olunmaqdadır. Bu gün bir çox iqtisadçı bu kitabın müasir iqtisadi təhlil üçün ayrılma nöqtəsi olduğuna inanır. Kurno funksiyaehtimal nəzəriyyələrini iqtisadi təhlilə təqdim etmişdir. O, tələb və təklif qaydasının qiymət funksiyası kimi ilk düsturunu irəli sürmüş və faktiki olaraq Alfred Marşallın işini təqribən otuz il qabaqlayaraq tələb və təklif əyrisinin qrafikini çəkmişdi.

Kitabında təsvir etdiyi Kurno duopoliya modeli həmçinin Neş tarazlığı (təmiz/xalis strategiya) və optimal strategiya konsepsiyalarını ictimaiyyətə təqdim edirdi.

Kurno hesab edirdi ki, iqtisadçılar riyazi vasitələrdən yalnız ehtimal olunan hədləri müəyyən etmək və daha az sabit faktları daha mütləq şərtlərlə ifadə etmək üçün istifadə etməlidirlər. Daha sonra o, riyaziyyatın iqtisadiyyatda praktik istifadəsinin mütləq şəkildə ciddi ədədi dəqiqliyi ehtiva etmədiyini bildirirdi.

Bu gün Kurnonun gördüyü işlər ekonometrikada da tanınır. O, həm də Leon Valrasın atası və özünün sinif yoldaşı Ogüst Valrasın siyasi iqtisadiyyat və riyaziyyat müəllimi idi. Kurno və Ogüst Valras, Leonu təhrik edirdilər ki, siyasi iqtisadiyyatda özünü sınasın. Bütün bunlarla yanaşı, Kurno, həmçinin Leon Valras və onun tarazlıq nəzəriyyəsi üçün ilham mənbələrindən biri olmuşdur.

İqtisadiyyat sahəsində görkəmli riyaziyyatçı özünün oliqopoliya nəzəriyyəsinə görə tanınır: həmin nəzəriyyə onun şərəfinə Kurno rəqabəti adlandırılıb.[6]

Fəlsəfə

Kurno determinizm (fizikada) və indeterminizm üzrə apardığı tədqiqatlarla yadda qalıb.

Həyatda heç nəyin təsadüfən baş vermədiyinə inanan Pyer Simon Laplasdan; və təsadüf və səbəbiyyətin bir-biri ilə əlaqəsi olmadığını düşünən Aristoteldən fərqli olaraq, Kurno onların hər ikisini bir araya gətirərək, təsadüfiliyi iki müstəqil səbəbli hadisənin qarşılaşması[7] kimi müəyyən edirdi. Bu tərif hətta mükəmməl müəyyənedici hadisələrdə də təsadüfiliyin olmasına imkan verir və əlaqəli olmayan siqnalların (məsələn, temperatur və səs) birləşməsi ilə təsadüfi say yaratmaq üçün istifadə olunur.

İstinadlar

  1. 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. 1 2 Antoine Augustin Cournot // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  3. 1 2 Antoine-Augustin Cournot // Encyclopædia Britannica (ing.).
  4. Sandmo, Agnar. Economics evolving. Princeton: Princeton university press. 2011. səh. 146. ISBN 9780691148427.
  5. Antoine Augustin Cournot. Researches Into the Mathematical Principles of the Theory of Wealth. Macmillan. 1897.
  6. Varian, Hal R., Intermediate microeconomics: a modern approach (7), W. W. Norton & Company, 2006, səh. 490, ISBN 0-393-92702-4
  7. Thierry Martin. "Cournot (A)". encyclo-philo.fr (fransız). 13 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2017..

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!