Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — 2010-cu ildə istehsal olunmuş bədii filmdir. Film Luis Kerrollun "Alisa möcüzələr ölkəsində" və "Alisa güzgü arxasında" əsərlərinin əsasında hazırlanmışdır.[7]
19 Yaşlı Alisa Kinqslinin həyatı gözlənilməz dəyişikliyə uğrayır. Onun şərəfinə hazırlanmış viktorian məclisində lord və ledi Eskotun varlı amma ağılsız oğlu Hemiş ona evlənmək təklif edir. Cavab verməyən qız qaçır və gördüyü bir dovşanının arxasınca gedir. Ağ Dovşanı izləyən Alisa onun kiçik bir deşikdə gözdən itdiyini görür. Gözlənilmədən həmin deşikdən içəri düşən Alisa qəribə və sirli tunnel vasitəsiylə çoxlu qapısı olan dairəvi bir zala düşür. Burada isə bir qapıdan keçərək Möcüzələr Diyarına daxil olur...