Ah, ədalət! — qısametrajlı televiziya tamaşası rejissor Mirzə Əliyev tərəfindən 1997-ci ildə ekranlaşdırılmışdır. Teletamaşa Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin həyatını əks etdirir. Teletamaşada rolları Nazir Rüstəmov, Azad Şükürov, Məleykə Məmmədova, Əfqan Soltanov, Kazım Abdullayev, Rafiq İbrahimov və Elman Təvəkküloğlu ifa edirlər.
Məzmun
Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin (Nazir Rüstəmov) həyatını əks etdirir.[1] Teletamaşada ziyalıların ona qarşı çıxışları, onun yaradıcılığını əsassız tənqid etmələri, digərlərinin isə cidd-cəhdlə onun tərəfini tutmaları, Cavidin haqsız yerə həbsi, həbsdə Mişkinaz (Məleykə Məmmədova) xanımla son görüşü, uzun illər sonra Cavidin nəşinin Azərbaycana gətirilməsi lirik şəkildə tərənnüm olunur.
Filmin üzərində işləyənlər
- Əsər müəllifi: Nafilə Abuzərli
- Rejissor: Mirzə Əliyev
- Operator: Abbasağa İmanov
- Rəssam: Rəfael Əlizadə
Rollarda
- Nazir Rüstəmov — Hüseyn Cavid
- Azad Şükürov — Cavidin tərəfdarı
- Məleykə Məmmədova — Mişkinaz Cavid
- Əfqan Soltanov — Cavidin tərəfdarı
- Kazım Abdullayev — Cavidə qarşı çıxan
- Rafiq İbrahimov — Cavidə qarşı çıxan
- Elman Təvəkküloğlu — Cavidə qarşı çıxan
Film haqqında
Televiziya tamaşası Nafilə Abuzərlinin "Cavid" poeması əsasında ekranlaşdırılıb.[2]
İstinadlar
Həmçinin bax
|
---|
Pyesləri | | |
---|
Poemaları | |
---|
Sözlərinə bəstələnmiş mahnılar | |
---|
Əsərlərinə çəkilmiş filmlər və teleseriallar | |
---|
Haqqında çəkilmiş filmlər | |
---|
Haqqında yazılan kitablar | |
---|
Ailəsi | |
---|
Xatirəsi | |
---|