6–7 sentyabr hadisələri

6–7 sentyabr hadisələri
Əsas münaqişə: Türklərin yunan mülklərini talan etməsi
Ümumi məlumatlar
41°02′13″ şm. e. 28°59′06″ ş. u.HGYO
Yeri İstanbul, Türkiyə
Hücumun hədəfi İstanbul yunanlarının şəxsi mülkləri, pravoslav kilsələri və qəbiristanlıqları
Tarix
  • 6–7 sentyabr 1955-ci il
Ölü sayı Dəqiq sayı bilinməsə də, sayının 13-30 və ya daha çox olduğu təxmin edilir.[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

6–7 sentyabr hadisələri (türk. 6-7 Eylül Olayları), Sentyabr hadisələri (yun. Σεπτεμβριανά) və ya İstanbul talanı — 1955-ci il sentyabrın 67-də İstanbulda yaşayan Türkiyə yunanlarına qarşı təşkil edilmiş kütləvi hücumdur. Gladio-nun Səfərbərlik Təftiş Şurasının Türkiyə qolu, eləcə də Kontrgerilla və bugünkü Milli Kəşfiyyat Təşkilatının sələfi olan Milli Təhlükəsizlik Xidməti tərəfindən planlaşdırıldığı və dəstəkləndiyi iddia edildi..[2] Bir gün əvvəl Türkiyə mətbuatında çıxan Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün Yunanıstanın Saloniki şəhərində doğulduğu evin bombalandığı iddiası ilə bağlı yalan xəbərlər hadisələrə səbəb olub.[3] Daha sonra ələ keçirilən Türkiyə konsulluğu rəsmisi, bombanı hadisələri qızışdırmaq üçün hazırladıqlarını etiraf etsə də, Türkiyə mətbuatı buna göz yumaraq bombanın yunanlar tərəfindən atıldığını iddia etdi.[4]

Hadisələr

1955-ci ildən başlayaraq Demokrat Partiyası hökuməti getdikcə çətinləşən iqtisadi vəziyyətlə üzləşdi və xüsusilə yüksək inflyasiya səbəbindən həyat səviyyəsi aşağı düşən təbəqənin etibarını itirdi. Şübhəli üsullarla müxalifəti susdurmaq cəhdləri mətbuatın, ziyalıların, tələbələrin də Demokrat Partiyasından uzaqlaşmasına səbəb oldu.[5] Məsələn, Almaniya Xarici İşlər Nazirliyinin bir hesabatında, hadisələrdən 15 gün əvvəl müxalifəti nəzarətdə saxlamaq üçün 7 sentyabr 1955-ci ildə İstanbul, Ankara və İzmirdə hərbi vəziyyət elan edilməsinə qərar verildiyi bildirilir.[5] 1956-cı ildə müxalifəti basqı altında saxlamaq üçün "Mətbuat və toplantılar haqqında" qanuna qoyulan məhdudiyyətlər də 67 sentyabr hadisələrini əsaslandırıldı.[5] Menderes hökumətinin azlıqlara qarşı başlanğıcdakı liberal siyasəti getdikcə çətinləşən iqtisadi şəraitlə dəyişdi və münasibətlər gərginləşdi.[5]

Kipr türklərinə qarşı təzyiqlər 1955-ci ildə Türkiyə ictimaiyyətinin gündəmində birinci yer tuturdu. O dövrdə Türkiyənin ən çox satılan qəzeti olan "Hürriyyət"in manşetində İstanbulda yaşayan yunan azlıqların öz aralarında ianə toplayaraq kiprli yunanların Enozis dəstələrinə göndərdiyi yazılmışdı.[6] Xarici işlər rəsmiləri Londonda Kipr danışıqlarını davam etdirərkən, Atatürkün Salonikidəki evində bomba partlaması xəbəri ilk dəfə 6 sentyabr 1955-ci ildə saat 13:00 xəbərlərində radio ilə yayımlandı.[7] (Atatürkün evinə bomba atdığı iddia edilən Saloniki Universitetinin Siyasi Elmlər fakültəsinin tələbəsi Oktay Engin daha sonra qiyabi mühakimə olundu.[8] Oktay Engin 22 fevral 1992-ci il və 18 sentyabr 1993-cü il tarixləri arasında Nevşehir valisi təyin edildi.)

Bunun üzərinə Mithat Perinə məxsus və Gökşin Sipahioğlunun baş redaktoru olduğu[7] Demokratik Partiya tərəfdarı "İstanbul Ekspres" qəzeti ümumi tirajı 20.000 civarında olsa da, sentyabrın 6-da "Babamızın evi bombalandı" başlığı ilə ikinci sayını 290.000 nüsxə ilə çap etdi. O dövrdə yaradılan Kipr Türk Dərnəyinin üzvləri tərəfindən İstanbulun hər yerində satılmağa başlandı və ictimaiyyəti təşviqat üçün istifadə edildi.[7][9]

Həmin sayda Kipr Türk Dərnəyinin baş katibi Kamil Önal, "Müqəddəslərə toxunanlara bunu baha ödətəcəyik və bunu açıq şəkildə söyləməkdə heç bir eybi görmürük" söyləyirdi.[7][9] Kipr Türk Cəmiyyətinin[5] təşəbbüsü və digər gənclər təşkilatlarının, peşə birliklərinin, Demokratik Partiya təşkilatının[5] və bəzi rəsmi və qeyri-rəsmi qurumların təklif və təşviqi ilə, yerli izdiham və şəhərə kənardan gətirilən kütlələr tərəfindən sentyabrın 6-da axşam saatlarında Cümhuriyyət tarixində misli görünməmiş bir talan və dağıntı aktı həyata keçirilmişdir.

İlk hücum saat 19:00 radələrində Şişlidəki Haylayf Şirniyyat dükanına edilir.[10] Daha sonra artan kütlə Qumqapı, Samatiya, Yeddiqüllə və Bəyoğluna doğru hərəkət edərək qeyri-müsəlmanların birlikdə yaşadığı bir çox məhəllələrdə öncə yunanların, daha sonra ermənilərin, yəhudilərin və hətta səhvən bəzi türklərin dükanlarına hücum edərək talan etməyə başladı. İstanbulda yunan azlığın evlərinə, iş yerlərinə və ibadət yerlərinə qarşı edilən bu hücumlarda polis passiv mövqe nümayiş etdirdi. Yunan vətəndaşlarının ünvanlarını öncədən bilən iyirmi-otuz nəfərdən ibarət mütəşəkkil dəstələr şəhər daxilində şəxsi minik avtomobilləri, taksi və yük maşınları, həmçinin avtobus və bərə kimi nəqliyyat vasitələri ilə daşınırdı. Sentyabrın 7-si səhərə qədər davam edən hücumlarda kilsəsinaqoqlar da daxil olmaqla 5 mindən çox mülk dağıdılır, milyonlarla dollar dəyərində mallar küçələrə səpələnib və talan edilir.

Talan İstanbulun hər yerində eyni üsulla edilirdi. Mağazalara hücum edənlər əvvəlcə daş ataraq vitrinləri sındırır, qaynaq aparatı və məftil kəsicilərin köməyi ilə dəmir barmaqlıqları qərər, daha sonra içindəki alət və dəzgahları çıxararaq param-parça edirdilər.

Kilsələr və qəbiristanlıqlar da öz paylarını aldı: kilsələrin içərisindəki müqəddəs rəsmlər, xaçlar, ikonalar və digər müqəddəs əşyalar məhv edildi, İstanbuldakı 73 yunan pravoslav kilsəsinin hamısı yandırıldı.

İzmit və Adabazarıdan olan soyğunçular geri qayıtmaq üçün Heydərpaşa vağzalına gələrkən, qarət etdikləri mallarla birlikdə yaxalandılar. Onların əksəriyyətinin başqa şəhərlərdən (məsələn, 145 nəfər Sivasdan, 117 nəfər Trabzondan, 116 nəfər Kastamonudan, 111 nəfər Ərzincandan) gətirildiyi məlum olub.[11][12]

Dəymiş zərər

Türkiyə mətbuatının məlumatına görə, 11 nəfər, bəzi yunan mənbələrinə görə isə 15 nəfər[13] həlak olmuşdu. Sabancı Universitetinin müəllimi Dr. Dilek Güvənin "Sabah" qəzetinə verdiyi müsahibəyə görə, ölüm sayının az olması qruplara "ölüm olmasın" əmrinin verilməsi ilə bağlıdır. Rəsmi məlumata görə, 30 nəfər, qeyri-rəsmi məlumatlara görə isə 300 nəfər xəsarət almışdı. Güvənin sözlərinə görə, təcavüzə məruz qalan və utandığından və ya qorxusundan şikayət edə bilməyən qadınların sayının rəsmi rəqəmlərdə 60 göstərildiyi halda 400-ə yaxın olduğu təxmin edilir.[2] Bundan əlavə, Güvən 67 sentyabr hadisələri adlı kitabında bu hücumların arxasında Britaniya rəsmilərinin olduğunu qeyd edir.[14]

4214 ev, 1004 iş yeri, 73 kilsə, bir sinaqoq, iki monastır, 26 məktəb və fabrik, otel və bar kimi məkanlarda daxil olmaqla 5317 məkan hücuma məruz qalmışdı.[5]

Maddi zərərin, o günün dəyəri ilə 150 milyon — 1 milyard türk lirəsi arasında olduğu təxmin edilir.[15] Demokrat Partiyası hökuməti qeydiyyata alınmış zərərçəkənlərə ümumilikdə 60 milyon lirəyə yaxın təzminat ödədi.[5]

O dövrün qəzetlərinin yazdığına görə, "əsl günahkarlar türkləri təhrik edən yunanlardır". Dağıdılan iş yerlərinin yalnız 59 faizinin yunanlara, qalan 17 faizinin ermənilərə, 12 faizinin isə yəhudilərə aid olması və hətta dinini dəyişmiş insanlara, hətta müsəlman beloruslara məxsus yerlərə də hücum edilməsi, 67 sentyabr hadisələrinin sadəcə Kiprlə bağlı rumlara qarşı bir qisas olmadığının göstəricisi.

İstinadlar

  1. "Arxivlənmiş surət" (PDF). 2022-04-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-02. (#first_missing_last)
  2. 1 2 "Arxivlənmiş surət". 2018-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-13.
  3. "Arxivlənmiş surət". 2008-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-13. (#first_missing_last)
  4. "Arxivlənmiş surət". ISSN 1911-0359. 19 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 October 2023. (#first_missing_last)
  5. 1 2 3 4 5 6 7 8 "Arxivlənmiş surət". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-13.
  6. "Arxivlənmiş surət". 2009-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-13.
  7. 1 2 3 4 . İstanbul. ISBN 975-342-336-5 s.25-31.
  8. 6–7 Eylül Olaylarının önemli ismi Oktay Engin'in 21–22 Ocak 2001 tarihli Yeni Şafak gazetesi söyleşisi Arxivləşdirilib 2010-06-29 at the Wayback Machine-devamı Arxivləşdirilib 2009-04-25 at the Wayback Machine URL eşirim tarihi: 2 Ağustos 2009]
  9. 1 2 "Rum azınlığa yönelik 6–7 Eylül terörü", Cumhuriyetin 75. Yılı, Cilt 2 1954–1978, Yapı Kredi Kültür Sanat Yayıncılık, İstanbul, 1998, ISBN 975-363-937-6, s. 392.
  10. "Arxivlənmiş surət". 2016-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-13. (#first_missing_last)
  11. Emekli hakim Amiral Fahri Çokerin Tarih Vakfı’na bıraktığı belgelerde yer alan rakamlar
  12. . Taksim, İstanbul. ISBN 9789944174688. (#first_missing_last)
  13. Daha sonra öldüğü söylenen bazı kişilerin Yunanistan’da yaşadığı anlaşılmıştır.
  14. (Türkçe). ISBN 978-975-05-0436-5 https://books.google.com.tr/books?id=hjgeNQAACAAJ&dq=dilek+g%C3%BCven+6-7+eyl%C3%BCl+olaylar%C4%B1&hl=tr&sa=X&redir_esc=y (#bare_url_missing_title). (#first_missing_last)
  15. "Arxivlənmiş surət". 2014-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-23.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!