2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi "Embrace""Qucaqla"
2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2016) — 14-cü ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 20 noyabr 2016-ci il tarixində "Embrace" (azərb. Qucaqla) devizi altında Maltanın paytaxtı Valletta şəhərində keçiriləcəkdir. Bu Maltanın müsabiqəyə ikinci (2014) ev sahibliyidir.
28 sentyabr 2016-cı il tarixdə Avropa Yayım İttifaqı 17 ölkənin müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir. Bu ölkələrdən İsrail 3 illik, Kipr 1 illik, Polşa isə 11 illik fasilədən sonra müsabiqəyə qayıdır. 2015-ci ildə müsabiqədə iştirak etmiş Monteneqro, San-Marino və Sloveniya isə 2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.
Vallettada keçirilən 2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Mzeo" mahnısı ilə Gürcüstan təmsilçisi Mariam Mamadaşvili qalib gəlib. Bu Gürcüstanın müsabiqədə üçüncü (2008, 2011) qalibiyyəti oldu.
2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün keçirilən mətbuat konfransında Təşkilatçı Qurum 2016-cı ildə müsabiqənin səsvermə formatında böyük dəyişikliklər ediləcəyini bildirmişdir. Səsvermə proseduru artıq ötən illərdəki kimi 50% münsif səsverməsi və 50% SMS səsverməsi deyil, yalnız peşəkar münsif və gənc münsiflər heyətinin qərarı ilə nəticələr müəyyənləşdiriləcək. Bu müsabiqədə ilk dəfədir ki, SMS səsverməsi istifadə olunmayacaq[2].