2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsi #Discover #Kəşf et
2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsi — 13-cü ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 21 noyabr 2015-ci il tarixində Bolqarıstanın paytaxtı Sofiyada, Armeec Arenasında keçirilmişdir. Bolqarıstan müsabiqəyə ilk dəfə ev sahibliyi etmişdir. 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsində 17 ölkə iştirak etmişdir. Bu ölkələrdən Avstraliya və İrlandiya ilk dəfə olaraq müsabiqədə iştirak etmişdir. Eyni zamanda Albaniya 2 illik və Makedoniya isə 1 illik fasilədən sonra müsabiqəyə qayıdıb. 2014-cü ildə müsabiqədə iştirak etmiş İsveç, Kipr və Xorvatiya isə 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.
Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Not My Soul" mahnısı ilə Malta təmsilçisi Destini Çukunyere qalib gəlib. Bu Maltanın müsabiqədə ikinci qalibiyyəti oldu.
Səslər açıqlandıqdan sonra ilk üçlüyü qazanan ölkələr mükafatlandırılıb.