Hökumət əleyhinə nümayişə çıxmış kütlə ilə polis arasında toqquşma başlayıb. Qətif şəhərində başlanmış toqquşmada polis səs qumbaralarından, rezin dəyənəklərdən istifadə edir. Bunun nəticə vermədiyini görən asayiş keşikçiləri havaya atəş açmağa başlayıb. Ən azı 1 nəfərin güllə yarası aldığı bildirilir. [1]. Səudiyyə Ərəbistanın iqtidarın istefasını tələb edən qüvvələrlə polis arasında toqquşma olub. Ölkənin cənubunda əhalinin böyük hissəsini şiələrin təşkil etdiyi zəngin neft ehtiyatlarına malik Qətif bölgəsində keçirilən mitinqə polis sərt şəkildə müdaxilə edib. Polis öncə nümayişçilərə dağılışmağı əmr edib, sonra isə havaya atəş açıb. Daha sonra toqquşmalar başlayıb və 15 nəfər yaralanıb. Polisin aksiyanı dağıtmaq üçün həqiqi güllələrdən istifadə etdiyi bildirilir. Səudiyyə Ərəbistanı hökuməti şiələri İranın qızışdırdığını iddia edir. Xarici işlər naziri Səud əl-Feysəl Qətifdəki olaylara görə ad çəkmədən Tehranı ittiham edib. Səudiyyə Ərəbistanı xalqının istədiyi istiqamətdə islahatların həyata keçiriləcəyini deyən nazir nümayişçilərin məqsədinin ölkəni xaosa sürükləmək olduğunu bildirib. [2][3]