Hizb əl-Vəfd (ərəb. حزب الوفد; mənası – Nümayəndələr partiyası) — 1918–1953-cü illərdə milli azadlıq hərəkatına rəhbərlik edən liberal-milliyətçi istiqamətli Misirin ən böyük tarixi partiyası. Misir krallığının konstitusiyalı monarxiyaya doğru təkamülünü dəstəkləmişdir.[1] 1952-ci il inqilabından sonra ləğv edilmişdir.
1918-ci ilin noyabrında Səd Zəğlul tərəfindən yaradılmışdlr. Əvvəlcə 7 nəfərdən ibarət komitə idi. 1924-cü ildə kütləvi siyasi parlament partiyasına çevrilmişdir. 1927-ci ildən Mustafa Nəhhas Paşa rəhbərlik edirdi. Bu, milli burjuaziyanın partiyası idi ki, onun tərkibinə ziyalıların, mülkədarların və xırda burjuaziyanın nümayəndələri də daxil idi. Misirin müstəqil burjua dövlətinə çevrilməsini özünün əsas məqsədi kimi görür, lakin bəzən ingilis imperialistləri ilə danışıqlar aparır, kütlələrin inqilabi fəaliyyətini cilovlayırdı. 1952-ci il inqilabından sonra, 1953-cü ilin yanvarında yeni hökumət tərəfindən ləğv edilmişdir.
Partiyanın varisi 1983-cü ildə yaradılmış Yeni Vəfd Partiyasıdır.
İstinadlar
- ↑ Osman, Tarek, Egypt on the Brink, by Tarek Osman, (Yale University Press, 2010), p.26
Əlavə ədəbiyyat
- Луцкий В. Арабские страны. — М., 1947.
- Ватолина Л. Н. Современный Египет. — М.—Л., 1949.
- Кильберг X. И. Египет в борьбе за независимость. Антиимпериалистическое национально-освободительное движение 1918—1924 гг. — Л., 1950.
- Абдаррахман ар-Rафии. Восстание 1919 г. в Египте. — Перев. с араб. — М., 1954.
- Голдобин А. М. Египетская революция 1919 г. — Л., 1958.