2010 FİFA Dünya Kuboku finalı

2010 FİFA Dünya Kuboku finalı
Turnir FİFA Dünya Kuboku 2010
Uzatma dəqiqələri nəticəsində
Tarix 11 avqust 2010
Yer Sokker siti, Yohannesburq
Matçın adamı Andres İnyesta (İspaniya)
Hakim Hovard Uebb (İngiltərə)
Tamaşaçı 84.490
Hava Buludlu
2006
2014

2010 FİFA Dünya Kuboku finalı11 avqust 2010-cu ildə Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yerləşən Sokker siti stadionunda qazanan komandanı təyin etmək üçün oynanılan matç. 0-0 olan hesab uzatma dəqiqələrinin 116-cı dəqiqəsində Andres İnyestanın vurduğu qolla dəyişdi. Hesab 1-0 oldu və İspaniya kubokun sahibi oldu. Niderlandın sarı kartlarının sayı və sərt oyunu tənqid olundu. 1950-ci ildə dördüncü yeri tutaraq FİFA Dünya Kubokunda ən böyük müvəffəqiyyətə imza atan İspaniya bu çempionatda ilk dəfə kuboku qazandı. 19741978-ci illərdə məğlub olduğu son matçlardan sonra Niderland, bu matçda da məğlub olaraq, bu sahədə rekorda imza atdı. Matçdan sonra ilk dəfə Avropa komandası, öz qitəsi xaricində təşkil edilən Dünya Kubokunu qazanmış oldu.

Finalçı komanda olan Niderlandİspaniya daha əvvəl heç bir Dünya Kuboku və ya Avropa Çempionatında qarşılaşmamışdı. İlk dəfə 1920 Yay Olimpiya Oyunlarında qarşılaşan iki komanda arasında ümumi 9 matç oynandı.[1] Hər iki komanda dörd oyun qazandı və bir matç bərabərliklə sona çatdı.[1]

Hər iki komanda daha əvvəl Dünya Kubokunu qazanmamışdı. Niderland iki dəfə finala yüksəlmiş və məğlub olmuşdu. 1974 Dünya Kuboku finalında Almaniyaya 2-1,[2] 1978 Dünya Kuboku finalında isə Argentinaya 3-1 hesabı ilə məğlub olaraq hər iki turnirdə ikinci oldu.[3] İspaniya üçün finala qədər yüksəlmək FİFA Dünya Kuboku tarixində ən böyük müvəffəqiyyət oldu. 1950 Dünya Kubokunda dördüncü yeri tutan İspaniya; 1934, 1986, 19942002-ci illərdə isə dörddəbir finala yüksəldi.[4] İspaniya, Dünya Kuboku finalında oynayan 12-ci fərqli komanda oldu.[5]

Matçın sonunda Niderland yüksəldiyi finalların dördünü məğlub olan Almaniyanın arxasından, finalda ən çox məğlub olan ikinci komanda oldu.[5] İspaniya isə qazandığı kubokla Dünya Kubokunu qazanan 8-ci ölkə olaraq, kubok baxımından İngiltərə və Fransaya bərabər oldu.[5]

Finala gedən yol

2010 Dünya Kubokuna İspaniya sonuncu Avropa Çempionatı olan 2008 Avropa Çempionatının çempionu və 2007-ci ildən 2009-cu ilə qədər oynadığı 35 matçda məğlub olmayaraq, (Həmçinin seçmə mərhələsində oynadığı 10 matçın hamsını qazanaraq) bu sahədə rekorda imza atan komanda kimi qatıldı.[6] Digər tərəfdən Niderland seçmə mərhələsində oynadığı 8 matçın hamsını qazanmış və mərhələnin lideri olaraq, turnirdə iştirak etmək haqqı qazandı.[7]

Niderland turnirin əvvəllərində oynadığı matçlarda Meksikanı 2-1, Qananı 4-1, Macarıstanı 6-1 hesabı ilə məğlub edərək,[8] 6 iyun tarixində Cənubi Afrika Respublikasına gəldi.[9] Macarıstan matçının ikinci hissəsində zədələnən Aryen Robben isə qəfildən 6 gündən sonra, 12 iyun tarixində Cənubi Afrika Respublikasına gəldi.[10] İspaniya da, Niderland kimi turnirdən əvvəl oynadığı üç qarşılaşmanı qazandı. Səudiyyə Ərəbistanı 3-2, Cənubi Koreyanı 1-0, Polşanı 6-0 hesabı ilə məğlub edən İspaniya[8] turnir başladığı gün (11 iyun) Cənubi Afrika Respublikasına gələrək 32 komanda arasından ölkəyə daxil olan sonuncu komanda oldu.[11]

Nəticədə Niderland E qrupunda Danimarkanı 2-0, Yaponiyanı 1-0, Kamerunu 2-1 hesabı ilə məğlub edərək bütün matçları qazandı. Qapısına sadəcə bir qol vurulan Niderland, 9 xal ilə turnirdə ilk sıraya yüksəlib.[12] Turnirin iki mərhələsində Slovakiyanı 2-1 hesabı ilə məğlub edən komanda dörddəbir finalda kuboku ən çox qazanan komanda olan Braziliya ilə qarşılaşdı. İlk dəqiqələrdə 1-0 məğlub olduqları matçı 2-1 qalib olan Niderland yarımfinalda keçmiş çempion komandalarından biri olan Uruqvaya rəqib oldu. 3-2 hesabı ilə Uruqvayı məğlub edən Niderland 2008-ci ilin oktyabr ayından bu yana oynadığı 14-cü matçını qazandı.[7][13] H qrupunda mübarizə aparan İspaniya isə, İsveçrə ilə oynadığı ilk matçında 1-0 məğlub oldu. Digər oynadığı matçlarda Hondurası 2-0, Çilini 2-1 hesabı ilə məğlub edərək 6 xalla qrupun lideri oldu.[12] II mərhələdə Portuqaliyanı, dörddəbir finalda Paraqvayı, yarımfinalda isə keçmiş çempionlardan biri olan Almaniyanı 1-0 hesabı ilə məğlub edərək finalda Niderlandın rəqibi oldu.[13]

Finala gedən yolda oynanılan 6 matçda Niderland 12 qol vurdu. Qapısına 5 qol vuruldu. İspaniya isə 7 qol vurdu. Qapısına 2 qol vuruldu. Matçdan əvvəl Niderlandlı Uesli Sneyderİspaniyalı David Vilya, Alman Tomas MüllerUruqvaylı Dieqo Forlan ilə birlikdə vurduqları beş qolla bombardir mövqeyində idilər.[14] Tomas MüllerDieqo Forlan komandalarında birdən çox qol vuran tək oyunçulardır.

Niderland Tur İspaniya
Rəqib Nəticə Qrup mərhələsi Rəqib Nəticə
 Danimarka 2-0 1-ci matç  İsveçrə 0-1
 Yaponiya 1-0 2-ci matç  Honduras 2-0
 Kamerun 2-1 3-cü matç  Çili 2-1
Komanda O Q H M VQ BQ OH B
Niderland 3 3 0 0 5 1 +4 9
Yaponiya 3 2 0 1 4 2 +2 6
Danimarka 3 1 0 2 3 6 −3 3
Kamerun 3 0 0 3 2 5 −3 0
Qrup cədvəli
Komanda O Q H M VQ BQ OH B
İspaniya 3 2 0 1 4 2 +2 6
Çili 3 2 0 1 3 2 +1 6
İsveçrə 3 1 1 1 1 1 0 4
Honduras 3 0 1 2 0 3 −3 1
Rəqib Nəticə Pley-off mərhələsi Rəqib Nəticə
 Slovakiya 2-1 2-ci tur  Portuqaliya 1-0
 Braziliya 2-1 Dörddəbir final  Paraqvay 1-0
 Uruqvay 3-2 Yarımfinal  Almaniya 1-0

Matç topu

Final matçı üçün xüsusi olaraq hazırlanmış Cabulani

Final bütün turnirdə istifadə olunan top Cabulaninin qızıl rəngli modeli olan Cobulani ilə oynanıldı.[15] Topun adı matçın oynanılacağı yer Sokker siti stadionunun yerləşdiyi Yohannesburqun ləqəbi "Yoburq"-dan götürülmüşdür.[15] Topun qızıl rəngdə olması, kubokun rəngi ilə birlikdə, şəhərin ləqəbi olan "Qızıl şəhəri" yada salır.[15] 2006 FİFA Dünya Kubokunda istifadə edilən Timqeyst topundan sonra Cobulani, Dünya Kuboku finalı üçün xüsusi olaraq istehsal edilən ikinci top olmuşdur.[15]

Hakimlər

İngiltərə Futbol Federasiyasına bağlı olan Hovard Uebb final matçının hakimi olaraq təyin edildi.[16] Köməkçi hakimlik vəzifəsi Darren KannMayk Mullarkiyə dördüncü və beşinci hakimlik vəzifəsi isə sıra ilə yapon Yuiti NişumuraToru Saqaraya verildi.[16] 1950 Dünya Kuboku finalı hakimi Corc Riderdən,[17] 1954 Dünya Kuboku finalı hakimi Uilyam Linqdən[18]1974 Dünya Kuboku finalı hakimi Cek Teylordan sonra,[2] Hovard Uebb Dünya Kuboku final matçına hakim olaraq təyin edilən dördüncü ingilis hakim oldu.

Cənubi Yorkşirin Roterem şəhərində polis, 1971-ci ildə doğulmuş (46 yaş) Uebb,[19] 2003-cü ildən Premyer Liqa matçlarına hakim təyin edilirdi. 2005-ci ildə FİFA-da hakim olan Uebb, 2010 UEFA Çempionlar Liqası finalı[20]2009 İngiltərə Kuboku finalında iştirak etmişdir.[21] Kann və Mullarki 2010 Dünya Kubokunda üç matçı idarə edən Uebbin bütün matçlarında ona kömək etmişdir. Uebb qrup müsabiqələrində İspaniya-İsveçrəSlovakiya-İtaliya matçlarını, I mərhələdə isə Braziliya-Çili matçını idarə etdi.[16] Bu üç matçın heç birində qırmızı vərəqə istifadə etməyən və penalti qərarı verməməsinə baxmayaraq, Uebb, orta hesabla 5.67 sarı vərəqə göstərdi və turnirdə ən çox sarı vərəqə istifadə edən ikinci hakim oldu. Finalda göstərdiyi 14 sarı (Con Heytinqaya iki sarı ardı ilə qırmızı) vərəqə ilə, 1986-cı ildə keçirilən finaldakı 6 sarı vərəqəlik rekordu geridə buraxaraq 2010-cu ildə keçirilən Dünya Kuboku finalının ən çox sarı vərəqə verilən Dünya Kuboku finalı olmasına gətirib çıxarmışdır.[22] Sarı vərəqələrin doqquzu matçın normal zamanında gəlmişdi.[23] Final matçından sonra Uebbin turnir ərzində göstərdiyi sarı vərəqələrin sayı 31-ə yüksəldi və matçda göstərdiyi sarı vərəqələrin sayı orta hesabla 7.75 oldu.

Heyətlər

İspaniya heyətindəki üç futbolçu İngiltərə klublarında, digər bütün futbolçular İspaniya liqalarında forma geyinirdi.[24] Niderland heyətindəki futbolçuların doqquzu öz ölkəsinin liqasında, altısı Almaniyada, beşi İngiltərədə, ikisi İtaliyada, biri İspaniyada öz karyerasına davam edirdi.[25]

Matçdan əvvəl

Cənubi Afrika Respublikası prezidenti Ceykob Zuma və digər yüksək vəzifəli adamlar, matçdan əvvəl sahədə olan futbolçularla görüşərkən.

2010 FİFA Dünya Kuboku matçları ərzində Almaniyanın bütün matçlarını doğru olaraq proqnoz verən İlbiz Paul, final matçı proqnozunda da müvəffəqiyyətli oldu.[26]

Matçdan əvvəl Kolumbiyalı müğənni Şakira səhnəyə çıxaraq, Dünya Kuboku üçün xüsusi olaraq yazılan "Waka Waka" mahnısını ifa etdi. Şakiraya atəşfəşanlıq və işıq nümayişləri yoldaşlıq etdi.[27] Şakiradan sonra səhnəyə Ladysmith Black Mambazo çıxdı.[28] Turnirdə iştirak edən 32 ölkənin bayraqlarının işıq köməyi ilə meydana gətirdiyi sahədə rəqs nümayişləri təşkil edildi.[28]

Matçı stadionda izləməyə gələn insanlar arasında Niderlandİspan kral ailələri[29] ilə ev sahibi Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma (kubok mərasimində stadionda olmuşdur.[30]) keçmiş prezident Nelson Mandela,[31] Nobel mükafatı laureatı Desmond Tutu[28]Cənubi Afrikalı aktrisa Şarliz Teron var idi.[32] İspaniya tribunalarında Rafael NadalPau Qasol[33] yer alırdı. Zimbabve prezidenti Robert Muqabe, Birləşmiş Millətlər Təşkilatının keçmiş baş katibi Kofi Annan, Morqan Friman, Naomi KempbellParis Hilton matçı izləyənlərin arasında idi.[28][32]

Matç

Xülasə

11 avqust 2010-cu il tarixində Yohannesburqun Sokker siti stadionunda Niderlandla İspaniya matçının 116-cı dəqiqəsində Andres İnyestanın vurduğu qol hesabı 1-0 dəyişdi. İspaniya ilk dəfə Dünya Kubokunu qazanma sevincini yaşadı.[34]

İstinadlar

  1. 1 2 John Ley ve Ian Chadband. "World Cup final: Holland v Spain match preview". The Daily Telegraph (İngiliscə). 10 avqust 2010. 11 July 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2018.
  2. 1 2 "Match Report Final 1974" (İngiliscə). FIFA.com. 25 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2018.
  3. "Arjantin - Hollanda maç raporu" (İngiliscə). FIFA.com. 4 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2018.
  4. "Team Profile: Spain" (İngiliscə). ESPNsoccernet. 2011-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2010.
  5. 1 2 3 "Previous FIFA World Cups" (İngiliscə). FIFA.com. 21 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2018.
  6. "FACTBOX - Spain's 35 match unbeaten run" (İngiliscə). Reuters. 20 iyun 2010. 18 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
  7. 1 2 Saunders, Steven. "World Cup 2010: Netherlands' perfect winning streak can match historic feat of Brazil 1970" (İngiliscə). Goal.com. 11 avqust 2010. 16 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
  8. 1 2 "Pre-World Cup Friendlies - Schedule, Results" (İngiliscə). Goal.com. 6 iyun 2010. 16 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
  9. Jones, Grahame L.; Baxter, Kevin. "The Netherlands arrives in South Africa without Arjen Robben". Los Angeles Times (İngiliscə). 6 iyun 2010. 31 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
  10. "Robben arrives in Johannesburg" (İngiliscə). FIFA.com. 12 iyun 2010. 15 June 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
  11. "Spain finally arrive in South Africa" (İngiliscə). Sportinglife.net. 11 iyun 2010. 17 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
  12. 1 2 "2010 FIFA Dünya Kupası-Grup maçları" (İngiliscə). FIFA.com. 29 June 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
  13. 1 2 "2010 FIFA Dünya Kupası-Eleme aşaması maçları" (İngilizce). FIFA.com. 9 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
  14. "World Cup 2010 goalscorers" (İngiliscə). BBC Sport. 13 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2018.
  15. 1 2 3 4 "Glittering golden ball for Final" (İngiliscə). FIFA.com. 20 aprel 2010. 14 avqust 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  16. 1 2 3 "Referee designations: matches 63 – 64" (İngiliscə). FIFA.com. 8 avqust 2010. 12 avqust 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2018.
  17. "Match Report Final 1950" (İngiliscə). FIFA.com. 4 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2018.
  18. "Match Report Final 1954" (İngiliscə). FIFA.com. 1 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2018.
  19. Fifield, Dominic. "World Cup 2010: England's Howard Webb to referee World Cup final" (İngiliscə). Durban: The Guardian. 8 avqust 2010. 1 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2018.
  20. "Webb gets Madrid assignment" (İngiliscə). UEFA.com. 20 may 2010. 23 May 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2018.
  21. Mawhinney, Stuart. "Webb appointed for The Final" (İngiliscə). Futbol Federasyonu. 21 aprel 2009. 22 January 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2018.
  22. "South Africa 2010 in numbers" (İngiliscə). FIFA.com. 13 avqust 2010. 16 July 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
  23. "Spain are world football champions" (İngiliscə). Al Jazeera. 12 avqust 2010. 2 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
  24. "2010 FIFA World Cup - Spain" (İngilizce). FIFA.com. 16 June 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
  25. "2010 FIFA World Cup - Netherlands" (İngiliscə). 2010-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2010.
  26. "Ahtapot Paul'ün son dünya kupasıydı!." CNN Türk. 11 avqust 2010. 2010-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2018.
  27. Habertürk Spor Gazetesi. Dubleci Matador //. s. 6-7. 12 avqust 2010
  28. 1 2 3 4 "Mandela appears at closing ceremony" (İngiliscə). ESPNsoccernet. Associated Press. 12 avqust 2010. 2011-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2018.
  29. "Willem Alexander en Máxima bij WK-finale" (Felemenkçe). Algemeen Dagblad. 2011-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2018.
  30. "Finali milyarlar izledi". Star. StarGazete.com. 12 avqust 2010. İstifadə tarixi: 7 iyun 2018. (#invalid_param_val)
  31. "Mandela estará en el Soccer City pero no se quedará a ver la final". Marca (İspanyolca). 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2018.
  32. 1 2 "Freeman, Theron to attend World Cup final". Times Live (İngilizce). 10 iyul 2010. 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2018.
  33. "Apoyo de lujo para La Roja en la gran final" (İspanyolca). MARCA.com. 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2018.
  34. Dall, James. "World domination for Spain". Sky Sports. 11 avqust 2010. 2010-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2018.

Read other articles:

1977–1988 political party in South Africa New Republic Party Nuwe Republiekparty (Afrikaans)LeaderSir de Villiers Graaff (interim) Radclyffe Cadman Vause Raw Bill SuttonFounded1977Dissolved1988Merger ofUnited PartyDemocratic PartyMerged intoDemocratic PartySucceeded byIndependent PartyIdeologyConservatism Power sharing Pro-CommonwealthPolitical positionCentre-rightPolitics of South AfricaPolitical partiesElections Politics of South Africa Constitution Bill of Rights...

 

Pusat Akuatik DeodoroCentro Aquático de DeodoroDeodoro Aquatics CentreAlamatRio de JaneiroBrasilLokasiDeodoro Pusat Akuatik Deodoro adalah tempat renang di Deodoro, Rio de Janeiro, Brasil, yang menyelenggarakan acara renang di Pentathlon modern pada Olimpiade Musim Panas 2016 .[1] Referensi ^ Deodoro Aquatics Center. Rio 2016. Diarsipkan dari versi asli tanggal 5 Juli 2016. Diakses tanggal 4 Maret 2016.  Parameter |url-status= yang tidak diketahui akan diabaikan (bantuan) W...

 

تمثيل لبنية الأوكسيجيناز الشحمية.[1] إنزيمات الأوكسيجيناز الشحمية[2] أو الليبوكسيجيناز هي عائلة من الإنزيمات الحاوية على الحديد، والتي لا تحوي على الهيم،[3] والتي تقوم بتحفيز تفاعل إضافة الأكسجين الجزيئي (أكسدة) إلى الأحماض الدهنية المتعددة غير المشبعة في اللي...

Naval battle between Octavian and Antony/Cleopatra (31 BC) Battle of ActiumPart of the War of ActiumAnachronistic baroque painting of the battle of Actium by Laureys a Castro, 1672Date2 September 31 BCLocationIonian Sea, near the promontory of Actium in Greece38°56′04″N 20°44′19″E / 38.93444°N 20.73861°E / 38.93444; 20.73861Result Victory for OctavianBelligerents Romans supporting Octavian Romans supporting AntonyPtolemaic EgyptCommanders and leaders Octavi...

 

Visegrád GroupKelompok VisegradKeanggotaan4 negara Eropa TengahPemimpin• Rotasi kepresidenan [1] Pendirian15 Februari 1991 Visegrád group logo Visegrád Group, atau disebut sebagai Visegrád Four atau V4, adalah aliansi dari empat negara Eropa Tengah – yaitu Republik Ceko, Hungaria, Polandia dan Slowakia – dengan tujuan kerjasama dan lebih memperkokoh integrasi di dalam Eropa. Nama kelompok ini dalam bahasa keempat negara itu adalah Visegrádská čtyřka atau V...

 

Artikel ini adalah bagian dari seriPolitik dan ketatanegaraanIndonesia Pemerintahan pusat Hukum Pancasila(ideologi nasional) Undang-Undang Dasar Negara Republik Indonesia Tahun 1945 Hukum Perpajakan Ketetapan MPR Undang-undang Perppu Peraturan pemerintah Peraturan presiden Peraturan daerah Provinsi Kabupaten/kota Legislatif Majelis Permusyawaratan Rakyat Ketua: Bambang Soesatyo (Golkar) Dewan Perwakilan Rakyat Ketua: Puan Maharani (PDI-P) Dewan Perwakilan Daerah Ketua: La Nyalla Mattalitti (J...

Barco NVJenisNaamloze vennootschapKode emitenEuronext: BARkomponen BEL 20IndustriTeknologiDidirikan1934PendiriLucien De PuydtKantorpusatKortrijk, BelgiaTokohkunciCharles Beauduin & An Steegen, Direktur UtamaProdukteknologi tampilan, teknologi proyeksi, sarana konektivitas, pengolahan gambarPendapatan€1,029 miliar (2018)[1]Karyawan3600 (2018)Situs webwww.barco.com Barco NV adalah perusahaan teknologi asal Belgia yang bergerak di bidang teknologi proyeksi dan pencitraan digit...

 

Weapon that can kill many people or cause great damage Not to be confused with Weapons of Mass Destruction (album), Weapons of Mass Distortion, or Weapons of Mass Distraction. The examples and perspective in this article deal primarily with the United States and do not represent a worldwide view of the subject. You may improve this article, discuss the issue on the talk page, or create a new article, as appropriate. (April 2022) (Learn how and when to remove this template message) Weapons of ...

 

2017 Chinese filmThe Mysterious FamilyTheatrical release posterDirected byPark Yu-hwanWritten byPark Yu-hwanProduced byPan ShulingStarringAriel LinJiang WuKara HuiChen XiaoLan Cheng-lungProductioncompanyHengye PicturesDistributed byHengye PicturesRelease date April 21, 2017 (2017-04-21) Running time92 minutesCountryChinaLanguageMandarinBox officeUS$2.2 million (China)[1][2]NT$9.9 million (Taiwan)[3] The Mysterious Family (Chinese: 神秘家族; also ...

Estonian footballer Brent Lepistu Lepistu with Estonia U19 at the 2012 UEFA European Under-19 ChampionshipPersonal informationDate of birth (1993-03-26) 26 March 1993 (age 30)Place of birth Tallinn, EstoniaHeight 1.85 m (6 ft 1 in)Position(s) MidfielderTeam informationCurrent team FCI LevadiaNumber 39Youth career2002–2011 FloraSenior career*Years Team Apps (Gls)2012 Flora III 1 (0)2010–2016 Flora U21 89 (6)2013–2017 Flora 113 (12)2009–2010 → Elva (loan) 13 (2)200...

 

DreamWorks Animation media franchise The CroodsCreated byKirk DeMiccoChris SandersJohn CleeseOwnerDreamWorks Animation(Universal Pictures)Years2013-presentFilms and televisionFilm(s) The Croods (2013) The Croods: A New Age (2020) Animated series Dawn of the Croods (2015–2017) The Croods: Family Tree (2021–2023) GamesVideo game(s) The Croods: Prehistoric Party! (2013) The Croods (2013) AudioSoundtrack(s) The Croods The Croods: A New Age The Croods is an American media franchise by DreamWor...

 

Mass shooting in Dayton, Ohio 2019 Dayton shootingPart of mass shootings in the United StatesA memorial site commemorating the victims of the shootingMap of the events of the shooting within the Oregon Historic DistrictLocationNed Peppers Bar 419 East 5th StreetDayton, Ohio, United StatesCoordinates39°45′26″N 84°11′03″W / 39.7572°N 84.1843°W / 39.7572; -84.1843DateAugust 4, 2019 (2019-08-04) c. 1:05 – 1:06 a.m. (EDT UTC−04:00)TargetP...

Là một mô hình kinh doanh kinh điển do Nhóm nghiên cứu Boston (BCG đưa ra nhằm xác định chu trình sống của một sản phẩm. Chu trình này được thể hiện bằng một ô hình chữ nhật có 4 phần; được biết đến dưới những cái tên nổi tiếng như BCG matrix (hay B.C.G. analysis, BCG-matrix, Boston Box, Boston Matrix). Ma trận này được đưa ra lần đầu bởi Bruce Henderson của Boston Consulting Group vào năm 1970 nh...

 

Not to be confused with Disney Institute. Global training program of The Walt Disney Company Disney UniversityFormer nameUniversity of DisneylandEstablished1955; 68 years ago (1955)[1] in Anaheim, California, United StatesFounderVan France[2]Parent institutionThe Walt Disney Company Disney University (DU), formerly known as University of Disneyland,[3] is the global training program for employees of the parks and experiences divisions at The Walt Disn...

 

1953 British film The Steel KeyOriginal Australian daybill posterDirected byRobert S. BakerWritten byJohn Gilling & Roy ChanslorProduced byRobert S. BakerMonty BermanStarringTerence Morgan Joan Rice Raymond LovellCinematographyGerald GibbsEdited byPeter TaylorMusic byFrank CordellProductioncompanyTempean FilmsDistributed byEros Films (U.K.)Release date May 1953 (1953-05) (U.K.) Running time69 min.CountryUnited KingdomLanguageEnglish The Steel Key is a 1953 British second fea...

Antrian pemilih ekspatriat Prancis di Lausanne, Switzerland pada putaran pertama Pemilihan Presiden Prancis 2007 Ekspatriat (Inggris: expatriate) artinya seseorang yang tinggal sementara maupun menetap di luar negara di mana dia dilahirkan dan dibesarkan, atau dengan kata lain, orang yang berkewarganegaraan asing yang tinggal di Indonesia, biasanya oleh karena suatu tugas negara atau profesional. Diambil dari bahasa Latin ex = luar, patria = negara atau ibu pertiwi. Bacaan lebih lanjut Cardy,...

 

Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada Desember 2022. Ini adalah nama Papua (Moi), marganya adalah Osok Paulus Osok (Lenang, Kecamatan Lambaleda, Kabupaten Manggarai, Nusa Tenggara Timur, 15 Oktober 1922 - Merauke, Papua, 15 Maret 2007) adalah seorang tokoh kesehatan masyarakat Indonesia yang aktif dalam...

 

Australian actress and singer Jessica JacobsBornJessica Madison Jacobs(1990-11-14)14 November 1990Canberra, AustraliaDied10 May 2008(2008-05-10) (aged 17)Cheltenham, Victoria, AustraliaResting placeSt. Kilda Cemetery, St. Kilda, Melbourne, Victoria, AustraliaEducationSandringham CollegeOccupation(s)Actress, singerKnown forMelanie Atwood on The Saddle ClubMusical careerGenresDance/electronicInstrumentsVocals, guitar, violinYears active1999–2008 Musical artist Jessica Madison Jacobs...

Chinese pirate This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Cai Qian – news · newspapers · books · scholar · JSTOR (March 2014) (Learn how and when to remove this template message) In this Chinese name, the family name is Cai. Cai Qian (Chinese: 蔡牽; pinyin: Cài Qiān; 1761–1809) was a Chinese s...

 

Gavin NewsomGubernur California ke-40PetahanaMulai menjabat 7 Januari 2019WakilEleni KounalakisPendahuluJerry BrownWakil Gubernur California ke-49Masa jabatan10 Januari 2011 – 7 Januari 2019GubernurJerry BrownPendahuluAbel MaldonadoPenggantiEleni KounalakisWali Kota San Francisco ke-42Masa jabatan8 Januari 2004 – 10 Januari 2011PendahuluWillie BrownPenggantiEd LeeAnggotaBadan Pengawas San Franciscodari distrik ke-2Masa jabatan8 Januari 1997 – 8 Januari 200...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!