1967-ci il futbol üzrə SSRİ çempionatı SSRİ-nin 29-cu futbol çempionatı olmaqla, 1967-ci ilin 2 aprel — 4 dekabr tarixləri arasında keçirilmişdir. Turnirin qalibi Kiyevin «Dinamo» komandası olmuşdur.
Sonuncu — 19-cu yeri tutmuş Leninqradın «Zenit» komandası "Oktyabr inqilabının 50- illiyi şərəfinə" adı ilə (inqilabın 50-ci ildönümü həmin ilə təsadüf etmişdir), idman prinsiplərinə zidd olaraq «А» qrupunda saxlanılmış və 1968-ci il üçün güclülər dəstəsindəki komandaların sayı 20-yə çatmışdır.[1]