14 iyul inqilabı (ərəb.1958 حركة 14 تموز) və ya 1958-ci il İraq inqilabı[2] — İraqda kral ailəsinin güllələnməsi və respublika qurulması ilə sona çatan silahlı çevriliş. 1958-ci ildə ildə reallaşan qanlı hərbi çevriliş nəticəsində 1921-ci ildən İraqı idarə edən Haşimilər sülaləsi devrilərək, bütün kral ailəsi güllələndi. Krallıq ləğv edilib, respublika elan edildi. General Əbdülkərim Qasım respublika başçısı oldu. İraq bu inqilabın ardından Bağdad paktından çıxdığını açıqladı. İnqilab həmçinin İraq və İordaniya arasında 6 ay əvvəl qurulan Haşimilər Ərəb Federasiyasına da son verdi. Üsyanın başçılarından olan general Əbdülkərim Qasım 1963-cü il hərbi çevrilişinə qədər İraqın baş naziri oldu. Bu dövr isə xüsusilə kommunizm və etnik milliyyətçiliyin sürətlə yayıldığı illərdir.
İraqHaşimilər sülaləsinin rəhbərlik etdiyi konstitusiyalı monarxiya idi. Gənc kral II Feysal bin Qazi əslində ölkənin idarəedilməsindən uzaq tutulurdu.[3] İraqın daxili və xarici siyasəti Şahzadə Abdül-İlahın rəhbərliyi altında hakim elitası tərəfindən idarə olunurdu.[4]
İraq ordusunda respublikaçı-qəsdçi təşkilat 1949-cu ildə yaradıldı. Yeddi ərəb dövlətinin yenicə yaranan İsrail dövlətinə qarşı 1948-1949-cu illərdə apardığı müharibədə məğlub olmaları[5] həmin təşkilatın yaranmasına təkan verdi. Onun əsasını sadəcə mayor rütbəsi daşıyan, amma şəxsi keyfiyyətlərinə görə zabitlər arasında böyün nüfuzu olan Rıfat əl-Həcc Sirri qoydu.
İranda Baş nazir Müsəddiqin nefti milliləşdirməsi və Böyük Britaniya ilə əlaqələri kəsməsindən,[6][7] eləcə də MisirdəCamal Əbdül Nasirin rəhbərliyi altında millətçi zabitlərin monarxiyanı devirməsindən[8] sonra İraqda da monarxiya və onun yürütdüyü ingilispərəst xarici siyasətə qarşı müxalif əhvali-ruhiyyə gücləndi. Narazı hərbçilərdən əlavə ölkədə qeyri-leqal şəkildə liberal, millətçi, solçu partiyalar fəaliyyət göstərirdilər. 1955-ci ildə ABŞ-nin himayəsi altında Böyük Britaniya, Türkiyə, İraq, İran və Pakistanın iştirakı ilə Mərkəz Müqaviləsi Təşkilatının (The Central Treaty Organization – CENTO) yaradılması,[9] eləcə də Nasirin Süveyş kanalını milliləşdirməsindən sonra baş verən Süveyş böhranı zamanı[9] İraq iqtidarının Misiri dəstəkləməməsi narazılıqları daha da alovlandırdı.[9] Bu illərdə respublikaçı zabitlər arasında general Əbdülkərim Qasım və polkovnik Əbül Salam Arif irəli çıxmağa başlayırlar.
Ölkənin müxtəlifyönümlü siyasi təşkilatları isə 1957-ci ildə Milli Birlik Cəbhəsində (MBC) birləşdilər.[10][11] MBC ordudakı müxalif zabitlərlə sıx əlaqə saxlayırdı. 1957-ci ilin dekabrında kral II Feysələ orduda qəsdçi təşkilatın olması barədə informasiya daxil olanda, o, yalnız hərbi tapşırıq yerinə yetirən hərbi hissələrə döyüş sursatının verilməsini tapşırdı. Bu da hazırlanın çevrilişi həyata keçirməyi xeyli çətinləşdirdi. Amma bir müddət sonra əlverişli şərait yarandı.
Hadisələrin gedişi
İnqilabi şəraitin yetişməsi
1958-ci ilin ortalarında Livanda daxili vəziyyət gərginləşdi. Burada 1943-cü ildə bağlanan və ölkənin çoxməzhəbli tərkibini nəzərə alan Milli pakta əsasən, Prezident vəzifəsini maronit-xristian, Baş nazir vəzifəsini isə sünnü müsəlman, parlamentin sədri vəzifəsini isə şiə müsəlman tuturdu. 1950-ci illərdə bütün ərəb dünyasını sarsıdan hadisələr Livandan da yan keçmədi. Xristian prezident qərbyönümlü siyasətə üstünlük verirdi, müsəlmanlar – xüsusən də sünnü müsəlmanlar – isə ərəb həmrəyliyinin tərəfdarı idilər. 1958-ci il fevralın 1-də Misir və Suriya Birlərşmiş Ərəb Respublikasını yaradanda Livan müsəlmanları da bu birliyə qoşulmağa tərəfdar oldular, xristianlar isə yox. Üstəlik, prezident Şamun dalbadal prezident seçilməyə məhdudiyyət qoyan konstitusiyanı dəyişdirmək istədi.[12] Nəticədə tərəflər arasında silahlı toqquşmalar başladı.
İraq və İordaniya da 1958-ci il fevralın 14-də Haşimi Ərəb Federasiyası yaratmışdılar.[9] İordaniya Livan ilə həmsərhəd olduğundan buradakı hadisələrdən ciddi narahatlıq keçirirdi və İraqdan kömək istədi.[13] İraq hökuməti də özünün 3-cü diviziyasının 19-cu və 20-ci briqadalarını İordaniyaya göndərməyi qərara aldı.
13 iyul
İyulun 13-də gecə saatlarına qədər, kral sarayı Qasr əl-Rihabda Kral II Feysal, Nuri Səid və Əbdül İlahın 14 iyul 1958-ci il tarixində İstanbulda keçirilməsi planlaşdırılan Bağdad Paktına daxil ölkələrin görüşünə getməsi şərəfinə ziyafət təşkil edildi. Bağdad hava limanında İraq nümayəndə heyətini Türkiyəyə çatdırmalı olan təyyarənin son hazırlıqları tamamlanmaq üzrə idi.[14] Bütün bunlar monarxın toyu ərəfəsində baş verirdi.
14 iyul
İraq hökümətinin İordaniyaya göndərməyi qərara aldığı 3-cü diviziyanın 19-cu briqadanın komandiri Əbdülkərim Qasım, 20-ci briqada da isə Əbül Salam Arif xidmət edirdi. Mənsuriyədə yerləşən bu hissələr İordaniyaya getmək üçün əvvəlcə cənuba, Bağdada doğru hərəkət etməli, paytaxtın yanından isə şərqə dönərək İordaniyaya yollanmalı idilər. Amma hər şey belə olmadı.
Bağdad həndəvərinə çatdıqda, 19-cu briqada burada ehtiyatda durdu, 20-ci briqada isə qəflətən paytaxta daxil oldu.[15]
Hərbçilər şəhərin mühüm məntəqələrini ələ keçirməyə başladılar.[15] Arifin göndərdiyi bir batalyon da səhər 5-ə işləmiş əl-Rahab kral sarayını mühasirəyə aldı. Kral qvardiyasının çoxu üsyançılara tərəf keçdi, az bir hissəsi isə müqavimətə cəhd etdi, amma tank atəşindən sonra onlar da təslim oldular. Qiyamçılar səsgücləndirici vasitəsilə kral ailəsinə yanğın başlayan sarayı tərk etməyi təklif etdilər. Az sonra saraydan aralarında hakim xanədanın üzvləri ilə yanaşı qulluqçuların da olduğu 14 nəfər çıxdı. Onları üzü divara saxlayandan sonra isə hərbçilərdən biri atəş açaraq hamını öldürdü. Ölənlər arasında II Feysəl və onun dayısı, kral azyaşlı olduğu müddətdə ölkəni naib kimi idarədə edən Əbd əl-İlah da vardı.[16] 14 nəfərin arasında yalnız Əbd əl-İlahın arvadı Xəyyam sağ qaldı. Qəsdçilər əvvəlcə onun da öldüyünü güman etdilər. Sağ qaldığını anlayanda isə daha toxunmadılar. Onu "Əl-Rəşid xəstəxanasına göndərdilər."[17]
II Faysalın meyidi əvvəlki iqamətgahının qarşısında kütləvi şəkildə nümayiş etdirildi. Kral ailəsinin digər nümayəndələrindən fərqli olaraq, gənc kralın cəsədi təhqirə məruz qalmadı, onu gizlicə dəfn etdilər.
Kral ailəsinin qətliamından sonra iraqlıların xüsusi nifrət etdikləri başqa bir şəxsin – yeddi dəfə ölkənin Baş naziri postunu tutan və ingilispərəst siyasətin əsas siması hesab olunan Nuri əl-Səidin axtarışına başlandı. Onun tutulması üçün 10.000 İraq dinarı mükafat təyin edildi.[18] Amma onu yalnız ertəsi gün, çadraya bürünərək ölkədən qaçmaq istərkən yaxalamaq mümkün oldu. Bəzi versiyalara kütlənin əlinə sağkeçmək istəməyən əl-Səid özünü güllələdi, başqa ehtimala görə isə yaxınlıqdakı əsgər tərəfindən öldürüldü.[19] Həm əl-Səidin, həm də Əbd əl-İlahın cəsədləri əhali tərəfindən küçələrdə süründü, həqarətlərə məruz qaldı.[4][15]
İyulun 15-də səhər saat 6-da radio bütün ölkəyə zülmə qarşı silahlı bir qiyamın baş verdiyini, kralın və sülalənin devrildiyini, hökumətin dağıldığını elan etdi. Üsyanın liderlərindən olan Əbül Salam Arif xalqa müraciət etdi.
Bir müddət sonra keçmiş kral iqamətgahının yaxınlığındakı meydan insan izdihamı yaşadı.[16] Əbdülkərim Qasım komendant saatı tətbiq edənə qədər kütləvi izdiham daha da qəzəbləndi, bu da Əl-Səidin cənazəsinin dəfn edildiyi günün ertəsi kütləvi çıxışların və talanların qarşısını ala bilmədi. Kütlə tərəfindən Kral sülaləsinin qurucusu I Faysalın abidəsi Dəclə çayına atıldı, bir neçə nazirin və İngiltərə səfirliyinin binası yandırıldı (bu yanğın söndürüldü).[20]
Nəticəsi
Dərhal təsirlər
Əbdülkərim Qasımın qəfil çevrilişi ABŞ hökumətini təəccübləndirmişdi. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Alen Dales, prezident Duayt Eyzenhauerə bunun arxasında Nassirin olduğuna inandığını söyləmişdi. Dales Yaxın Şərqdə zəncirvari bir reaksiya meydana gələcəyindən və İraq, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə və İran hökumətlərinin məhvə məhkum olacağından qorxurdu.[21] Haşimilər monarxiyası SSRİ-nin bölgəyə müdaxiləsinin qarşısını almaqda Qərb dünyasının etibarlı müttəfiqi idi, buna görə də çevriliş Vaşinqtonun Yaxın Şərqdəki mövqeyini xeyli zəiflətdi.[21] Amerikalılar bu prosesin yayılmasını istəmirdilər.[22]
İnqilabdan 13 gün sonra, sərbəst referendumdan sonra müvəqqəti konstitusiya elan edildi. Qanun layihəsinə görə, İraq respublika oldu, ərəb millətinin bir hissəsi elan edildi və konstitusiyada rəsmi dövlət dini İslam olaraq əksini tapdı. Həm senat, həm də deputatlar palatası ləğv edildi. Qanunvericilik səlahiyyətləri Suverenlik Şurasının təsdiqi ilə Nazirlər Kabinetinə verildi. İcra funksiyası da Nazirlər Kabinetinə həvalə edildi.[21]
1959-cu ildə qeyri-sabitlik
14 iyul inqilabından dərhal sonra İraqda monarxiya devrildi, respublika elan olundu. Ölkədə hakimiyyət dərhal üsyanın liderlərinin əlinə keçdi. Yeni İraq Respublikasının müvəqqəti konstitusiyası prezident seçilənə qədər dövlət başçısı səlahiyyətlərinin "suveren respublika hökuməti" deyilən orqana verilməsini nəzərdə tuturdu. Şura üç nəfərdən ibarət idi: sədr Məhəmməd Nəcib ər-Rübaisünni ərəbləri, Məhəmməd Mehdi Kubba şiə ərəbləri, Xalid ən-Nəqşbəndi isə kürdləri təmsil edirdi.[23] Respublikada gerçək hakimiyyətə isə Azad zabitlər təşkilatının rəsmi lideri 44 yaşlı general Əbdülkərim Qasım rəhbərlik edirdi. O, baş nazir və müdafiə naziri idi. Onun müavini Azad zabitlərin millətçi qanadının başçısı 37 yaşlı Əbül Salam Arif idi. Arif həm də Daxili İşlər naziri vəzifəsini daşıyırdı.[21] Amma az keçmədi ki, 14 iyul çevrilişinin bu iki rəhbəri arasındakı münasibətlər pisləşməyə başladı. Arif ərəb millətçisi (qövmiyyə) və Birləşmiş Ərəb Respublikasına qoşulmağın tərəfdarı idi. Qasım isə İraqın müstəqil qalmasını (vətəniyyə) istəyirdi və hətta Nasiri sevməyən kommunistlərə meyl edirdi. İki lider arasındakı konflikt senyabrın 12-də Arifin rəhbərlikdən uzaqlaşdırılaraq Qərbi Almaniyaya səfir təyin edilməsilə nəticələndi. O, bu vəzifəni tutmaqdan imtina etdikdə isə həbs edildi. Məhkəmə 14 iyul çevrilişinin əsas qəhrəmanını edama məhkum etdi, amma Qasım cəzanı ömürlük həbslə əvəzlədi, 1961-ci ildə isə azad etdi.[24][25]
Baş nazirin hakimiyyəti getdikcə avtoritar şəkil alırdı və narazıların sayını artırırdı. Qövmiyyə və panərəbizmə meyl edən, ideologiyası ərəb millətçiliyi və sosializm olan BƏƏS partiyasının üzvləri xüsusilə narazı idilər. Əbdülkərim Qasım özünə təhlükə saydığı bir sıra zabitləri, o cümlədən orduda ilk respublikaçı təşkilatın banisi Rıfat əl-Həcc Sirri, Nazim ət-Tabakcalı və digərlərini qondarma ittihamlarla edam etdirdikdə nüfuzuna xeyli xələl gətirdi.[26]
1959-cu ilin martında Mosulda hökumət əleyhinə üsyan baş verdi, amma yatırıldı.[27] BƏƏS partiyasının üzvləri Baş naziri öldürmək üçün bir neçə cəhd etdilər. Belələrindən birini sonralar İraqın diktatoru olacaq Səddam Hüseyn həyata keçirdi. Sonralar həmin hadisə ətrafında xeyli mifologiya formalaşmışdı. Əslində isə qəsdin uğursuz alınmasının səbəbkarı Səddam Hüseyn idi. 1959-cu ilin otyabrın 7-də həyata keçirilməli olan qəsd zamanı Səddama ikinci dərəcəli vəzifə tapşırılmışdı. O, Qasımı öldürəcək qəsdçilərin hadisə yerindən uzaqlaşmasını təmin etməli idi. Amma Baş nazirin avtomobili yanından keçdikdə əsəbləri dözmədiyindənmi, ya da şöhrət istəyindənmi, atəş açdı. Amma Qasım yalnız yaralandı, sürücüsü isə öldü. Səddam hadisə yerindən qaça bildi.
General Qasımın kürdlərlə münasibətləri də korlandı. 1961-ci ildə kürdlər Mustafa Bərzaninin rəhbərliyi altında üsyan qaldırdılar. Qasımın Xuzistana iddialarına cavab olaraq İran, eləcə də Misir bu üsyanı dəstəklədi. Hökumət qoşunlarının say və texniki üstünlüyünə baxmayaraq, kürdlər partizan taktikası hesabına onlara ağır zərbələr endirdilər.
Qasım hökümətinin tədbirləri
Üsyançıların əvvəlcədən nəzərdə tutduqları bir çox məsələlər yerinə yetirilmədi. Qasım İraqı Bağdad Paktından çıxardı, ingilis hərbi bazalarını ölkədən kənarlaşdırdı və SSRİ ilə hərbi və texniki yardım haqqında müqavilə bağladı.[28] Bütün partiyaları qadağan edərək, kommunistlərin yarı qanuni fəaliyyət göstərməsinə və hətta bu vaxta qədər gücünün dayağı olan silahlı dəstələr yaratmasına icazə verdi.[28]
Lakin Əbdülkərim Qasım bir sıra mütərəqqi islahatlar da həyata keçirdi. Yeni İraq konstitusiyası fərq tanımadan bütün İraq vətəndaşlarını bərabər elan edirdi. Hətta İraqın ərəb və kürdlərin birgə dövləti olduğu yazılırdı. Bununla belə, Qasım kürdlərin muxtariyyət istəklərini rədd etdi. Hökumət əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində xeyli addımlar atdı, xəstəxanalar və məktəblər tikildi. Aqrar islahatla iri torpaq sahibliyini məhdudlaşdırdı, torpaqsız kəndlilərə torpaq verdi. Səkkiz saatlıq iş günü tətbiq edildi. Gecəqondularda yaşayan bağdadlılar üçün Mədinət əl-Taura (inqilab şəhəri, sonralar Saddam-siti, indi isə Sədr-siti adlanır) adlı rayon salındı və burada 35 min sosial mənzil tikildi.
Əbdülkərim Qasım monarxiya zamanı həbs edilən siyasi məhbusları azad etdi. Siyasi partiyaların fəaliyyətinə rəsmən icazə verilməsə də, demək olar ki, leqal fəaliyyət göstərməyə başladılar. Ata tərəfdən sünnü, ana tərəfdən şiə olan Qasım bu iki icma arasında balanslaşdırılmış siyasət yürüdürdü. İraq qadınları bu illərdə kişilərlə hüquq bərabərliyi qazandılar. Çoxarvadlılılıq qadağan edildi, nikah üçün minimum hədd 18 yaş oldu, boşanma zamanı qadınların hüquqlarını qoruyan qanunlar qəbul olundu. İraq kommunist partiyasının üzvü Naziha əl-Dulaimi nəinki İraqda, bütün ərəb dünyasında ilk qadın nazir oldu.[29]
1960-cı illərdə Qasımın mövqeləri xeyli zəiflədi. Bundan istifadə edən Əbdülsalam Arif BƏƏS partiyasından olan zabitlərin köməyi ildə 1963-cü fevralında Bağdadda üsyan qaldırdı. Baş nazir müqavimət göstərməyə cəhd etdi, ancaq məğlub oldu. Fevralın 9-da həyatına toxunulmayacağı vədindən sonra təslim oldu. Amma fevralın 8-də devrilmiş baş naziri və iki generalı yaxınlıqdakı telestudiyaya gətirdilər və burada güllələdilər.[30] Çevrilişdən sonra Əbdülsalam Arif İraqın prezidenti, BƏƏS üzvü, general Əhməd Həsən əl-Bəkr isə Baş nazir oldu.[24]
İnsan hüquqları pozuntuları və kütləvi köç
Hərbiçilər monarxiya tərəfdarlarına qarşı ağır repressiyalara başladılar.[31] Qasımın zindanlarında Haşimi monarxiyasını üzvləri və bir çox hörmətli tərəfdarları məhv edildi.[32] Monarxiya rejiminin görkəmli xadimləri həbsxanaya atıldı. Onların arasında Kral Hərbi Kəşfiyyatının başçısı general Əhməd Mare, general Vifik Aref və başqaları var idi. 1958-ci il inqilabından dörd il sonra yüz minlərlə iraqlı ölkəni tərk etdi.[32]
Küveyt Universitetinin politologiya professoru və 2001-ci ildə Vaşinqtonda Küveyt Məlumat Ofisinin direktoru olan Şafeeq N. Ghabranın dediyinə görə: "1958-ci 14 iyul inqilabından sonra İraqın hakim quruluşu, siyasi uzlaşmadan məhrum bir dövlət yaratdı. Rəhbərləri əks fikirdə olanları məhv etdilər, xəbərdarlıq etmədən əmlaklarına əl qoydular, düşmənlərinə qarşı ittihamlar uydurdular və xəyali daxili düşmənlərlə döyüşdülər. Bu vəziyyət mütləq bir lideri və hərbiləşdirilmiş İraq cəmiyyətini monarxiya dövründə mövcud olan cəmiyyətdən tamamilə fərqləndirdi".[32]
↑As in Kuwait for example: "The situation in Kuwait is very shaky as a result of the coup in Iraq, and there is a strong possibility that the revolutionary infection will spread there." See Keefer, Edward C.; LaFantasie, Glenn W., redaktorlar Special National Intelligence Estimate: The Middle East Crisis. Washington, July 22, 1958 // Foreign Relations of the United States, 1958–1960, Volume XII: Near East Region; Iraq; Iran; Arabian Peninsula. Washington, DC: United States Department of State. 1993. səh. 90.
The frantic Anglo-American reaction to the developments in Iraq, which Allen Dulles asserted was "primarily a UK responsibility", makes for an interesting read, beginning hereArxivləşdirilib 2020-07-15 at the Wayback Machine.
↑Gibson, Bryan R. Sold Out? US Foreign Policy, Iraq, the Kurds, and the Cold War. Palgrave Macmillan. 2015. xxi, 45, 49, 57–58, 121, 200. ISBN978-1-137-48711-7.
↑ 123Ghabra, Shafeeq N., "Iraq's Culture of Violence"Arxivləşdirilib 2008-07-19 at the Wayback Machine, article in Middle East Quarterly, Summer 2001, accessed 16 October 2013; in a footnote at the end of the first sentence ("... political compromise."), Ghabra cites Sa‘d al-Bazzaz, Ramad al-Hurub: Asrar ma Ba‘d Hurub al-Khalij, 2d ed. (Beirut: al-Mu'assasa al-Ahliya li'n-Nashr wa't-Tawzi‘, 1995), p. 22.
هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (مارس 2017) فيات 500 (2007)معلومات عامةالنوع A-segment (en) العلامة التجارية فيات كرايسلر المصنع فيات كرايسلر الإنتاج (2007-الآن)التجميع بولندا و المكسيكالشركة الأم فياتمواقع الويب ...
New Zealand zoologist Graham TurbottQSOGraham Turbott, 1975[a]BornEvan Graham Turbott(1914-05-27)27 May 1914Stanley Bay, New ZealandDied12 December 2014(2014-12-12) (aged 100)Auckland, New ZealandAlma materAuckland University College (MSc)Spouse Olwyn Mary Rutherford (m. 1940; died 1994)Scientific careerFieldsOrnithology, zoologyInstitutionsAuckland War Memorial MuseumCanterbury MuseumThesisSome observations on the distribu...
Halbinsel-Feldzug Teil von: Sezessionskrieg Datum März 1862 bis Juli 1862 Ort Virginia-Halbinsel Ausgang Sieg der Südstaaten Konfliktparteien Vereinigte Staaten 34 Vereinigte Staaten Staaten von Amerika Konfoderierte 1861-4 Konföderierte Staaten von Amerika Befehlshaber George B. McClellan Joseph E. JohnstonRobert E. Lee Truppenstärke 105.857 112.220 Verluste 23.119 29.298 Halbinsel-Feldzug Hampton Roads – Yorktown – Williamsburg – Elthams Landing – Drewrys Bluff – Han...
قصة ليزي الصنف دراما - رعب الموضوع تشاهد ليزي مقتل زوجها الكاتب وترفض التخلي عن أعماله مأخوذ عن قصة ليزي تاريخ الصدور 4 يونيو 2021 (الولايات المتحدة) مدة العرض (موسم واحد) 8 حلقات 50-52 دقيقة للحلقة الواحدة البلد تشيلي - الولايات المتحدة اللغة الأصلية الإنجليزية مواقع التصوير ...
Готфрід Лейбніц. Портрет роботи Б. К. Френка. Музей герцога Антона Ульріха, Брауншвейг. Феофан Прокопович. Посмертний портрет невідомого автора Регуля́рна держа́ва (нім. Regulären staat від лат. regularis — впорядкований, влаштований за правилами) — різновид абсолютної м...
Reservoir in California, United StatesTwitchell ReservoirTwitchell ReservoirShow map of CaliforniaTwitchell ReservoirShow map of the United StatesLocationSan Luis Obispo / Santa Barbara counties, California, United StatesCoordinates34°59′53″N 120°19′59″W / 34.998°N 120.333°W / 34.998; -120.333TypeReservoirPrimary inflowsCuyama River / Huasna RiverPrimary outflowsTerminal (evaporation) / Cuyama RiverBasin countriesUnited StatesWater volume225,000 a...
English writer This article includes a list of general references, but it lacks sufficient corresponding inline citations. Please help to improve this article by introducing more precise citations. (January 2021) (Learn how and when to remove this template message) Ian HamiltonThe cover of Ian Hamilton's Collected PoemsBornRobert Ian Hamilton24 March 1938King's Lynn, Norfolk, EnglandDied27 December 2001 (2001-12-28) (aged 63)London, EnglandNationalityBritishEducationDarlington Gramm...
Freguesia Bairro do Brasil Estátua Pedra da Onça, na Praia da Guanabara, litoral norte da Freguesia.Estátua Pedra da Onça, na Praia da Guanabara, litoral norte da Freguesia. Localização Distrito Ilha do Governador Município Rio de Janeiro História Criado em 23 de julho de 1981 Características geográficas Área total 405,64 ha (em 2003) População total 19,437 (em 2 010)[1] hab. • IDH 0,839[2](em 2000) Outras informações Domicílios 6.864 (em 2...
Übersichtskarte von Berlin-Tiergarten Die Liste der Straßen und Plätze in Berlin-Tiergarten beschreibt das Straßensystem im Berliner Ortsteil Tiergarten mit den entsprechenden historischen Bezügen. Gleichzeitig ist diese Zusammenstellung ein Teil der Listen aller Berliner Straßen und Plätze. Inhaltsverzeichnis 1 Überblick 2 Übersicht der Straßen und Plätze 3 Ehemalige Straßen und Plätze 4 Weitere Örtlichkeiten von Tiergarten 4.1 Parks, Inseln und Kultureinrichtungen 4.2 Gewässe...
1938 spree killing in Japan This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Tsuyama massacre – news · newspapers · books · scholar · JSTOR (May 2021) (Learn how and when to remove this template message) 35°14′52.8″N 134°02′22.2″E / 35.248000°N 134.039500°E / 35.248000; 134...
Football clubTri-Cities OttersFull nameTri-Cities Football ClubNickname(s)OttersFoundedJune 28, 2016; 7 years ago (2016-06-28)StadiumTVA Credit Union BallparkJohnson City, TennesseeOwnerOtter Soccer, LLCHead CoachDavid StricklandLeagueUSL League Two20224th, South Central DivisionPlayoffs: DNQWebsiteClub website Home colours The Tri-Cities Otters are an amateur American soccer club based in Johnson City, Tennessee who most recently competed in the USL League Two in 2022. [...
Dit is een (onvolledige) chronologische lijst van beelden in Bergen op Zoom. Onder een beeld wordt hier verstaan elk driedimensionaal kunstwerk in de openbare ruimte van de Nederlandse gemeente Bergen op Zoom, waarbij beeld wordt gebruikt als verzamelbegrip voor sculpturen, standbeelden, installaties, gedenktekens en overige beeldhouwwerken. Voor een volledig overzicht van de beschikbare afbeeldingen zie de categorie Beelden in Bergen op Zoom op Wikimedia Commons. Geplaatst - Verwijderd Omsch...
88th season of La Liga Football league seasonLa LigaSeason2018–19Dates17 August 2018 – 19 May 2019ChampionsBarcelona26th titleRelegatedGironaHuescaRayo VallecanoChampions LeagueBarcelonaAtlético MadridReal MadridValenciaEuropa LeagueGetafeSevillaEspanyolMatches played380Goals scored983 (2.59 per match)Top goalscorerLionel Messi(36 goals)Best goalkeeperJan Oblak(0.73 goals/match)Biggest home winBarcelona 8–2 Huesca(2 September 2018)Biggest away winLevante 0–5 Barcelona(16 Decembe...
Pemilihan umum Wali kota Bandar Lampung 2015201020219 Desember 2015Kandidat Calon Herman HN Tobroni Harun Muhammad Yunus Partai PDI-P PAN Independen Suara rakyat 358.249 46.814 8.325 Persentase 86,66% 11,33% 2,01% Peta persebaran suara Peta lokasi Kota Bandar Lampung Wali kota petahanaHerman HN PDI-P Wali kota terpilih Herman HN PDI-P Sunting kotak info • L • BBantuan penggunaan templat ini Pemilihan umum Wali kota Kota Bandar Lampung 2015 (Pilwakot Bandar Lampung 20...
هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (فبراير 2020) مثلث النمو أستراليا إندونيسيا تيمور الشرقية تاريخ التأسيس 2012 العضوية أستراليا إندونيسيا تيمور الشرقية تعديل مصدري - تعديل مثلث النمو أستراليا...
Ahmad I al-MansurSultan Maroko Berkuasa1578 - 1603Penobatan1578PendahuluAbd al-MalikPenerusZidan Abu Maali (in Marrakesh)Abou Fares Abdallah (in Fes)Kelahiran1549Fes, MarokoKematian25 Agustus 1603Pinggiran Fes, MarokoAnakZidan Abu MaaliAbou Fares AbdallahAgamaIslam Ahmad I al-Mansur (Arab: أحمد المنصور السعديcode: ar is deprecated , juga disebut El-Mansour Eddahbi Arab: أحمد المنصور الذهبيcode: ar is deprecated ; dan Ahmed el-Mansour) (1549 di Fes[1] ...
2012 Montana House of Representatives election ← 2010 November 6, 2012 (2012-11-06) 2014 → All 100 seats of the Montana House of Representatives51 seats needed for a majorityRegistered681,608[1]4.65%Turnout72.18%[1]15.82% Majority party Minority party Leader Mark Blasdel Chuck Hunter Party Republican Democratic Leader's seat 10th district 79th district Last election 68 32 Seats won 61 39 Seat change 7 7 Po...