(Marie's the Name) His Latest Flame 1961-ci ildə Elvis Presli tərəfindən audio lentə yazılmış musiqidir. Musiqinin sözləri Dok Pomus və Mort Şumana məxsusdur və ilk ifaçısı Del Şennon olmuşdur.[1][2][3] Lakin musiqinin ən uğurlu və məşhur versiyasını məhz Elvis Presli 1961-ci ilin avqust ayında ifa etmişdir. Həmçinin mahnı nüfuzlu Billboard Hot 100 hit-paradında nömrə 4 olaraq və UK Singles Chart hit-paradında ardıcıl 4 həftə nömrə 1 olaraq qiymətləndirilmişdir.
1961-ci ilin 25 iyun tarixində Neşvill şəhərində yerləşən RCA studiyasında lentə alınmışdır.[4]