Əbdürrəhman Cami

Əbdürrəhman Cami
Doğum tarixi 7 noyabr 1414[1][2]
Doğum yeri
Vəfat tarixi 9 noyabr 1492[1][2] (78 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı, musiqi nəzəriyyəçisi, filosof
Əsərlərinin dili fars dili
Vikimənbənin loqosu Əbdürrəhman Cami Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdürrəhman Camitacik şairi, musiqişünası, filosofalimi.

Həyatı

Böyük taçik şairi, musiqişünası, filosof və alimi Əbdürrəhman Nurəddin ibn Əhməd hicri qəməri ilə 817-ci il şəban ayının 8-də, miladi ilə 1414-cü il noyabrın 7-də Cam şəhərində (Xorasan) anadan olmuşdur.

Çox kiçik yaşlarından oxumağa başlamış, ilk təhsilini atasından almış, sonra isə Herat şəhərinin Xuş bazarında olan Dilgəş mədrəsəsində oxumuşdur. Burada Caminin müəllimi dövrünün məşhur sufilərindən olan ərəbist(?) mövlana Cüneydi Üsuli idi.

İstedadlı və zəhmətsevən olduğundan, kitabları tez oxuyub qurtarır və bir müddərrisdən başqasına keçirdi. Cami ilə məşğul olan müəllim və müddərrislər onun hafizəsinə heyran qaldıqlarını bildirir, bunu başqalarına deməkdən çəkinmirdilər. Məsələn, dövrünün ən görkəmli müəllimi və bilikli alimlərindən hesab edilən mövlana Xacə Əlaəddin Əli Səmərqəndi demişdir ki, o ömründə Cami qədər hafizəli və istedadlı şagird görməmişdir.

Bir az sonra Heratda tədris edilən bütün elmlərə kifayət qədər yiyələndikdən sonra, məlumatını artırmaq, xüsusilə də Heratda zəif tədris edilən təbiət elmlərini öyrənmək üçün Səmərqəndə getmək qərarına gəlir və orada məşhur astronom Uluqbəyin yaxın əməkdaşlarından olan Qazizadə Ruminin nücum və başqa təbiət elmləri sahəsində oxuduğu mühazirələrə qulaq asır. Səmərqənddəki müvəffəqiyyəti heç də Heratdakından az olmur. O, Səmərqənddən Herata qayıtdıqda, öz tələbkarlığı və çətin imtahan götürməsi ilə şöhrət tapmış, "Baharistan" da adı çəkilən mövlana Əli Quşçiyə həndəsə və cəbrdən imtahan verir. Əli Quşçi sualı axıra çatdırmamış Cami onun nə demək istədiyini başa düşür və dərhal cavab verir, özünün Səmərqəndə səfərinin hədər getmədiyini sübut edir.

Sufi təriqətlərindən nəqşbəndiliyi sevmiş və öz mürşüdü olaraq şeyx Sədəddin Kaşqarinin ardınca getmişdir. Nəqşbənd zülmə dözməyi, günahları bağışlamağı təbliğ edir, musiqi, rəssamlıq bə başqa incəsənət növləri ilə məşğul olmağa mane olmurdu. Bahəddin Nəqşbəndinin dediklərinə ciddi riayət etməyi tələb edən şeyx Sədəddin Kaşqari Caminin tərbiyəsinə böyük fikir verir və onun nəqşbəndi təriqətinin mürşüdü olmasına çox çalışırdı. Cami də öz növbəsində Sədəddin Kaşqarinin məsləhətlərinə əməl edir. Onun göstərişlərindən kənara çıxmırdı. Cami əsərlərində nəqşbəndi ideyalarının çox açıq və aydın inikası müşahidə edilir. Bir çox səfərlər etmiş və bu səfərlər zamanı müxtəlif sufi şeyxləri, alim, şair, incəsənət ustaları, dövlət xadimləri ilə, şah, sultan, saqan və müxtəlif silkə xas olan adamlarla görüşmüşdür.

1472-ci ilin payızında Məkkəyə ziyarətə getmək qərarına gəlir. O, bu səfərində Nişabur, Səbzəvar, Bəstam, Damqan, Qəzvin, Həmədan, Kərbəla, Məkkə, Mədinə, Dəməşq, Hələb və Təbriz kimi şəhərləri gəzir və onların bəzilərində aylarla qalıb oradakı alimlərlə görüşür, bəzən isə ciddi mübahisə etməli olur.

1492-ci il noyabr ayının əvvəllərində özünü pis hiss etməyə başlayır, xəstəliyi get-gedə şiddətlənir, nəhayət, məhərrəmin 17-də, yəni noyabrın 8-də səhər vəfat edir. Bəzilərinin fikrincə, noyabrın 9-da ölmüşdür. Sovet ədəbiyyatında hər iki tarixi göstərənlər var. Dəfn mərasimi Nəvainin yaxından iştirakı ilə təşkil edilir.

Caminin ölümünə Nəvai tarixi maddə yazmış, onu məşhur Hüseyn Vaiz oxumuşdur. İki beytdən ibarət olan bu şeirdə əbcəd hesabı ilə Caminin 894 hicri, yəni miladi 1492-ci ildə vəfat etdiyi bildirilir.

Özündən sonra böyük bir miras qoyub getmişdir. M.A. Salyenin dediyinə görə, alimlər Caminin əsərlərinin sayını 50 qəbul edirlər ki, bunlardan da 34-ü nəsr, 16-sı şeirlə yazışmışdır. Nəsr əsərləri içərisində bədii əhəmiyyəti olan yalnız "Baharistan"dır.

Yaradıcılığı

Caminin nə vaxtdan şairliyə başladığı hələ dəqiq təyin edilməmişdir. Lakin onun hələ lap cavan vaxtlarından şeirə böyük həvəs göstərdiyini yazırlar. Onun elmə məlum olan ən qədim əsəri 856 (1452)-ci ildə Əbdülqasim Baburə ithaf etdiyi "Müəmma haqqında risalə"dir. Adıçəkilmiş kitab onun ilk əsəri kimi nəzərə alınarsa, təxmini hesablamaya görə, ömrünün sonuna qədər fasiləsiz, ildə azı bir-iki əsər yazmışdır. Əsərlərinin miqdarı haqqında müxtəlif fikirlər vardır. Əsərlərinin sayını onun müridi və ən yaxın dostu, özbək şairi Əlişir Nəvai – 35, Şah İsmayılın oğlu Sam mirzə – 45, Caminin Tərcümeyi-halını yazan Əbdülqafur Lari – 47, Şirxan Ludi 1690-1691-ci ildə yazdığı "Miratul-xəyal" ("Xəyal güzgüsü") adlı təzkirəsində isə 99 göstərir. Y.E. Bertelsin fikrinə görə, 45-47 rəqəmləri həqiqətə daha yaxındır. Ən məşhur əsərləri üç divanı, "Həft övrəng", sufi şeyxlərin həyat və tərcümeyi-halına həsr edilmiş "Nəfəhatül-üns" və "Baharistan"dır.

Cami Əlişir Nəvaninin məsləhəti ilə birinci divanı "Fətihətəş-şəbab" (1479-cu il), yəni "Gəncliyin başlanğıcı", ikinci divanı "Vəsitətül-İqd" (1489-cu il), yəni "Həmayılın ortası", üçüncü divanı "Xatimətül-həyat" (1491-ci il), yəni "Həyatın sonu" adlandırmışdır. Cami divanlarını Nəvainin təklifinə görə belə adlandırdığını müqəddimədə özü qeyd edir.

Caminin "Nəfəhatül-üns min həzəratül-Qüds", yəni "Müqəddəs yerlərdən əsən dostluq nəsimi" əsəri özündən əvvəl yaşamış sufilərin, həməsri olan sufi şair və alimlərin həyatına həsr edilmişdir. Maraqlı burasıdır ki, 600-dən artıq şair, alim, şeyx və başqalarının tərcümeyi-halı izah edilən bu əsərdə iyirmidən çox qadının adı çəkilir ki, bunlar da öz əsərlərinin görkəmli sufilərindən hesab edilmişdir.

Cami əsərlərini dövrünün məşhur hökmdarlarına ithaf etməkdən boyun qaçırmamış və ya qaçıra bilməmişdir. Son dərəcə qürurlu, böyüklərə baş əyməyən Caminin əsərlərini müxtəlif hökmdarlara həsr etməsinin əsas səbəbini çamişunaslar onun maddi gəlir axtarmasında deyil, məhz əsərlərinin məzmununda, əllərində külli miqdarda ixtiyar olan hökumət başçılarına təsir göstərməkdə, onları ədalətə, mərhəmətə sövq etməkdə görürlər. Caminin bütün əsərlərində, fəlsəfi-ictimai istiqamətindən asılı olmayaraq, insanpərvərlik, ədalət və səxavətin tərənnüm edildiyini görürük. Cami nəqşbəndi təriqətinin mürşüdü və şeyxi mövqeyinə yüksəldikdə də heç vaxt təəssübkeş-fanatik olmamış, ədaləti, mərhəməti, düzlüyü üstün tutmuşdur. Başqa əsərlərində olduğu kimi, "Baharistan"da da həmin fikrin bədii ifadəsinə tez-tez təsadüf edilir. Bu nöqteyi-nəzərdən, yəni humanizm və ədaləti tərənnüm etmək, fanatizmə qarşı çıxmaq nöqteyi-nəzərindən Cami öz dövrünün fəlsəfi-ictimai görüşlərindən yüksəkdə durur. Firdovsi, Nizami, Sədi və başqa Şərq klassikləri kimi, Cami də bu halda öz sinfinin mənafeyindən yüksəyə qalxmış və xalq ideyalarını bədii formada təcəssüm etdirməyi bacarmışdır.

"Yusif və Züleyxa" romanı onu dünyaya tanıtdıran əsəridir. "Baharıstan" isə Caminin bədii əhəmiyyəti ilə seçilənidir.

Divanları

  • "Fətihətəş-şəbab" ("Gəncliyin başlanğıcı", 1479-cu il)
  • "Vəsitətül-İqd" yəni ("Həmayılın ortası", 1489-cu il)
  • "Xatimətül-həyat" yəni ("Həyatın sonu", 1491-ci il)

Əsərləri

  • Həft övrəng
  • "Müəmma haqqında risalə" (Əbdülqasim Baburə ithaf) – 1452-ci il (H.q. 856-cı il)
  • "Baharistan" (1487-ci il)
  • "Nəfəhatül-üns" və "Həzəratül-Qüds", yəni ("Müqəddəs yerlərdən əsən dostluq nəsimi")

Həmçinin bax

İstinadlar

  1. 1 2 Jāmī // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Mənbə

  • "Baharistan". Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1964. 92 səh. 40.000 tiraj. (farscadan azərbaycan dilinə tərcümə, müqəddimə və qeydlər Rəhim Sultanovundur)
  • Y.E.Bertels. Cami (Dövrü, həyatı və yaradıcılığı) 1949-cu il. (rus dilində)
  • Xanbaba Müşar "Fars və ərəbcə çap olunmuş kitab müəllifləri" (fars dilində) 3-cü cild. 1963-cü il.

Xarici keçidlər

Read other articles:

Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada November 2022. A Próxima VítimaGenreTelenovelaPembuatSílvio de Abreu[1]PemeranSusana VieiraJosé WilkerTony RamosCláudia OhanaAracy Balabanian Gianfrancesco GuarnieriNatália do ValeVivianne PasmanterLima DuarteMarcos FrotaCecil ThiréLagu pembukaVítima...

 

Pour l’article homonyme, voir Champlain. Mer de ChamplainReconstitution approximative de l'étendue maximale de la mer de Champlain.GéographiePays  Canada États-UnisCoordonnées 45° 20′ N, 74° 50′ OGéologieType Mermodifier - modifier le code - modifier Wikidata La mer de Champlain est une ancienne mer aujourd'hui disparue qui couvrait, à l'issue de la dernière période glaciaire, les basses-terres du Saint-Laurent. Cette mer est notamment l'ancêtre ...

 

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (أكتوبر 2023) فالينت ليدي فالينت ليدي في 2022 تأريخ(باهاماس) اسم السفينة: فالينت ليديالمالك: مجموعة فيرجن بين كابيتالالمشغّل: فيرجن فوياجيزحوض بناء السفن: فينكانتييري إيطال

よっかいちし 四日市市 四日市港ポートビルと四日市港 四日市ふれあいモール 四日市市立博物館 四日市コンビナート 四日市とんてき 市庁舎位置 四日市市旗 四日市市章1897年8月1日制定 国 日本地方 東海地方、近畿地方都道府県 三重県市町村コード 24202-1法人番号 6000020242021 面積 206.44km2総人口 301,956人 [編集](推計人口、2023年10月1日)人口密度 1,463人/km2隣接自治

 

2016 Fed CupDetailsDuration6 February – 13 NovemberEdition54thAchievements (singles)← 2015 2017 → The 2016 Fed Cup was the 54th edition of the most important tournament between national teams in women's tennis. The final took place on 12–13 November and was won by the Czech Republic for the third year in a row, and for the fifth time in six years.[1][2][3] World Group Further information: 2016 Fed Cup World Group Participating teams Czech Republic Franc...

 

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (أكتوبر 2021)   هيئة الاتصالات الكورية هيئة الاتصالات الكورية‌ شعار هيئة الاتصالات الكورية البلد كوريا الجنوبية  المقر الرئيسي كوريا الجنوبية تاريخ التأسيس 29 ف...

Hak lesbian, gay, biseksual, transgender (LGBT) di Eropa bervariasi menurut negara. Lima dari tujuh negara yang telah melegalisir pernikahan sesama jenis terletak di Eropa. Meskipun pernah terjadi penganiayaan terhadap kaum lesbian dan gay dari masa Kekaisaran Romawi hingga abad ke-20, kaum gay lebih diterima di Eropa dibanding di benua lainnya. Legislasi menurut negara Artikel utama: Hak LGBT menurut negara Eropa Utara Negara Homoseksual legal? Pengakuan hubungan sesama jenis Pernikahan sesa...

 

This article includes a list of references, related reading, or external links, but its sources remain unclear because it lacks inline citations. Please help to improve this article by introducing more precise citations. (January 2017) (Learn how and when to remove this template message) Josef Stenbäck at old age A National romantic church in Primorsk, Leningrad Oblast. Josef Daniel Stenbäck (May 2, 1854, Alavus — April 27, 1929, Helsinki) was a Finnish church architect and engineer. He d...

 

Artikel ini membahas mengenai bangunan, struktur, infrastruktur, atau kawasan terencana yang sedang dibangun atau akan segera selesai. Informasi di halaman ini bisa berubah setiap saat (tidak jarang perubahan yang besar) seiring dengan penyelesaiannya. Silver StarInformasi umumLokasiDubai, Uni Emirat ArabPerkiraan rampung2008Data teknisJumlah lantai40Desain dan konstruksiArsitekAlbert Speer & Partner GmbHPengembangDubai Properties Silver Star merupakan sebuah menara bertingkat 40 di Busin...

Supergroup of unicellular organisms belonging to the domain EukaryotaFor an explanation of very similar terms, see Eukaryota. ExcavataTemporal range: Neoproterozoic–present Pha. Proterozoic Archean Had. Giardia lamblia, a parasitic diplomonad Scientific classification (obsolete as paraphyletic) Domain: Eukaryota (unranked): Excavata(Cavalier-Smith), 2002 Phyla and classes see text Three types of excavate cells. Top: Jakobida, 1-nucleus, 2-anterior flagellum, 3-ventral/posterior flagellum, 4...

 

British artist (1917-2002) Myfanwy KitchinKitchin in her studioBorn1917 (1917)Newbury, Berkshire, EnglandDied2002 (aged 84–85)Alma materHornsey School of ArtSlade School of Fine ArtUniversity of ReadingWalsall College of ArtKnown forPaintingceramics Myfanwy Kitchin (1917–2002) was a British artist known for her paintings and, later in her career, ceramic sculptures. Biography Kitchin was born in Newbury, Berkshire into a Welsh family.[1] She studied at the ...

 

Canal basin in Tower Hamlets, London Limehouse Basin , Canary Wharf in background, October 2015 Limehouse Basin is a body of water 2 miles east of London Bridge that is also a navigable link between the River Thames and two of London's canals. First dug in 1820 as the eastern terminus of the new Regent's Canal, its wet area was less than 5 acres (2 hectares) originally, but it was gradually enlarged in the Victorian era, reaching a maximum of double that size, when it was given its characteri...

Три царства за Ернстом Геккелем в його праці «Загальна будова організмів» (Generelle Morphologie der Organismen) 1866 рік У біологічній класифікації ца́рство — це таксономічна категорія найвищого рангу після домену. В деяких класифікаціях, особливо застарілих, таксономічною категоріє...

 

American television sitcom Grounded for LifeGenreSitcomCreated by Bill Martin Mike Schiff Starring Donal Logue Megyn Price Kevin Corrigan Lynsey Bartilson Griffin Frazen Jake Burbage Bret Harrison Richard Riehle Theme music composer Ben Vaughn Dean Ween Gene Ween Composers Dean Ween Gene Ween Spek Country of originUnited StatesOriginal languageEnglishNo. of seasons5No. of episodes91 (list of episodes)ProductionExecutive producers Marcy Carsey Tom Werner Caryn Mandabach Bill Martin Mike Schiff...

 

State highway in Dickinson and Marquette counties in Michigan, United States M-95Leif Erickson Memorial HighwayM-95 highlighted in redRoute informationMaintained by MDOTLength55.162 mi[1] (88.775 km)Existed1934[2][3]–presentMajor junctionsSouth end CTH-N near KingsfordMajor intersections US 2 / US 141 in Iron Mountain M-69 near Sagola North end US 41 / M-28 in Humboldt LocationCountryUnited StatesStateMichiganCounties...

For the Satanic ritual, see Black Mass. Not to be confused with the house music collective[1] known for their 1997 single Wonderful Person. This article relies excessively on references to primary sources. Please improve this article by adding secondary or tertiary sources. Find sources: Black Masses – news · newspapers · books · scholar · JSTOR (February 2011) (Learn how and when to remove this template message) 2010 studio album by Electr...

 

Crowdsourcing platform developed by Google CrowdsourceDeveloper(s)GoogleInitial releaseAugust 29, 2016; 7 years ago (2016-08-29)Stable release(s)2.0.410690281 / November 22, 2021; 2 years ago (2021-11-22)[1] Operating systemAndroid, webPlatformAndroid 4.4+Size43.1 MBTypeCrowdsourcing platformWebsitecrowdsource.google.com  Crowdsource is a crowdsourcing platform developed by Google intended to improve a host of Google services through the user-f...

 

This article is about the town in New Brunswick. For the civil parish, former local service district, and rural census subdivision, see Grand Falls Parish, New Brunswick. For other uses, see Grand Falls (disambiguation). Town in New Brunswick, CanadaGrand Falls Grand-SaultTown Coat of armsLogoMotto: Cor Unum  (Latin: For One Heart)Grand FallsCoordinates: 47°02′04″N 67°44′22″W / 47.0344°N 67.7394°W / 47.0344; -67.7394CountryCanadaProvinceNew B...

List of events ← 2018 2017 2016 2019 in Croatia → 2020 2021 2022 Decades: 1990s 2000s 2010s 2020s See also: Other events of 2019 Timeline of Croatian history This article lists events from the year 2019 in Croatia. Incumbents President – Kolinda Grabar-Kitarović Prime Minister – Andrej Plenković Speaker – Gordan Jandroković Events 5–6 January – Snow Queen Trophy in Zagreb 2 August – 2019 Zagreb shooting 26–29 September – 2019 ABA League Supercup in Zagreb Deaths...

 

Person who makes announcements in an audio medium or a physical location This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Announcer – news · newspapers · books · ...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!