Hovannes Baqramyan 2 dekabr 1897-ci ildə anadan olub.[3]
Xatirəsi
Baqramyan ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı olanda onun vətənində büstünün ucaldılması məsələsi ortaya çıxıb. O, Azərbaycanın Şəmkir rayonunun Çardaxlı (Çənlibel) dağ kəndində anadan olub. Bu kənd rayon mərkəzindən xeyli uzaqda yerləşir. Onun arzusu isə büstünü gənc yaşlarında təhsil aldığı Kirovabad (indiki Gəncə) şəhərində qoymaq imiş. MK-nın bürosunda məsləhətləşmələr olmuş və müəyyən edilmiş qaydalardan kənar olsa da, onun xahişini təmin etmək qərarına gəlinmişdir. Kirovabadda şəxsən Baqramyan özü böyük bağı olan ən gözəl bir sahə seçmiş və orada onun büstü qoyulmuşdur. Sonralar Baqramyan onun doğma kəndində döyüş şöhrəti muzeyi yaradılmasını da istəmişdir. Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin qərarı ilə böyük muzey kompleksi tikilmişdir[4].
↑"MƏN HƏMİŞƏ LİBERALLIĞIN ƏLEYHİNƏ OLMUŞAM". "TEATRALNAYA JİZN" JURNALI ÜÇÜN ANDREY KARAULOVA MÜSAHİBƏSİ (Heydər Əliyevin nitqləri, çıxışları, məruzələri, müsahibələri, bəyanatları. 1989 (noyabr)–1993 (iyun)) (29 noyabr 1989-cu il) (az.)