Sergey Biryuzov (rus. Серге́й Семёнович Бирюзо́в; 21 avqust 1904[1] – 19 oktyabr 1964[1][2], Belqrad) — İkinci dünya müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı və Sovet İttifaqı Marşalı.
Bioqrafiya
Sergey Biryuzov 1904-cü ildə Ryazan rayonun Skopin şəhərində anadan olmuşdur. 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1922-ci ildə Qırmızı Orduya qatılaraq Frunze Hərbi Akademiyasına 1934-cü ildə gedənə qədər batolyon komandiri olmuşdur. 1937-ci ildə məzun olduqdan sonra silah diviziyasının rəisi olmuşdur. 1939-cu ildə Xarkov Hərbi Bölgəsində vəzifələndirilmişdir. Həmin ilin avqustunda 1932-ci Diviziyanın komandiri olmuşdur. Cənub-qərb və Bryansk cəbhələrində komandanlıq etmişdir. Döyüşlərdə özü diviziyaya əmrlər vermişdir. Barbarossa əməliyyatı zamanı 5 dəfə yaralanmışdır. Bunlardan ikisi çox ciddi yaralanmalardır.
1942-ci ilin aprelindən noyabrından 48-ci Ordu qərargah başçısı olmuşdur. 1943-cü ilin aprel ayına qədər isə 2-ci Mühafizə Ordusu qərargah başçısı vəzifəsini yerinə yetirmişdir. Bu ordu Saturn əməliyyatı zamanı vacib rol oynamışdır. 1943-cü ilin aprel ayında Fedor Tolbuhin komandanlığındakı Cənub Cəbhəsində vəzifələndirilmişdir.
Mükafatları
- Sovet İttifaqı Qəhrəmanı (no 10828; 1 fevral 1958)
- Yuqoslaviya Xalq Qəhrəmanı (1964)
- Beş Lenin ordeni (27 mart 1942, 6 noyabr 1947, 20 avqust 1954, 1 fevral 1958, 20 avqust 1964)
- Üç Qırmızı Bayraq ordeni (13 sentyabr 1944, 3 noyabr 1944, 20 aprel 1953)
- Suvorov ordeni 1-ci dərəcə (16 may 1944) və ikinci dərəcə (31 mart 1943)
- Kutuzov ordeni, 1-ci dərəcə (17 sentyabr 1943)
- Boqdan Xmelnitski ordeni, 1-ci dərəcə (19 mart 1944)
Medallar
Mənbə
- ↑ 1 2 Sergei Semyonovich Biryuzov // TracesOfWar.
- ↑ Sergej S. Birjusow // Munzinger Personen (alm.).