Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər.
Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir.
Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir.[4] Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər.
932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir. Büveyhilər 932–1028-ci illərdə Cibal əyalətini, 934–1062-ci illərdə Fars əyalətini, 936–1048-ci illərdə Kerman əyalətini, 945–1055-ci illərdə Bağdad şəhəri mərkəz olmaqla İraqi Ərəb əyalətini idarə etmişdirlər.
945-ci ildə İraqın Büveyhilərin əlinə keçməsi ilə Abbasi xəlifələri faktiki Beveyhilərin oyuncağına çevrildilər. Beləki onların şərti hakimiyyəti yalnız Büveyhilərin icazəsi ilə saxlanılmışdı. Büveyhilər dövründə yeni türk dalğaları artıq əsasən indiki İraqın şimalında Səmərra, Mosul, Kərkük, Ərbil kimi stratejik əhəmiyyətə sahib şəhərlərdə yerləşməyə başladılar.[4] Yeni dalğa ilə gələn türklər özlərini Quz adlandırıdılar.[4]
Abbasi xəlifəsi Qaimin xahişi ilə 1055[4]-ci ildə Böyük Səlcuqlu İmperatoru Sultan Toğrul Qınıq öz ordusu ilə Bağdada daxil oldu və Ərəb İraqında Beveyhilərin hakimiyyətinə son qoydu. İraq türklərinin ən böyük tayfalarından biri olan bayatların Ərəb İraqına ilk gəlişləri 1055-ci ildə Səlcuqluların gəlişi ilə birlikdə baş vermişdir.[4]
Sayları
"Dorling Kindersley" beynəlxalq nəşriyyat evinin 2010-cu ildə Londonda nəşr etdirdiyi atlasa görə 30.7 milyon nəfər olan İraq əhalisinin 3%–ni türkmanlar təşkil edir.[5]
Suphi Saatçiyə[6] görə 1990-cı ilə 17.742 milyon nəfər təxmin edilən İraq əhalisinin 2.129 milyon nəfərini və ya 12%–ni türkmanlar təşkil edirdi.[7]
Kərküklü alim Erşat Hürmüzlü[8] 2003-cü ildə İstanbulda (ərəb dilində) nəşr edilmiş "Türkmanlar ve İrak" kitabında (səh. 81–84) 1957-ci siyahıyaalınmasının 1959-cu ildə elan olunmuş nəticələrinə əsaslanaraq, həmçinin müvafiq zaman intervalında İraq əhalisinin təbii artımı göstəricilərini nəzərə alaraq apardığı hesablamaya əsasən ümumi əhalisi 25 milyon nəfər olan İraqda türkmanların sayının 2 milyondan az olmadığını təxmin etmişdir.[9]
İraqlı yazar Əhməd əl–Hürmüziyə görə İraqda sayları 2 milyondan çox olan türkmanların əksəriyyəti müsəlman olsa da onlardan təqribən 30 min nəfəri xristiandır.[10]
Rəsmi
1927, 1934, 1947, 1957, 1965, 1977, 1987 və 1997-ci illərdə İraqda ölkə əhalisi rəsmən siyahıya alınmışdır. Rəsmi siyahıya almaların yekunlarına əsasən :
1957-ci (həmin ildə elan olunmuş ilkin məlumatlara əsasən) il İraqda Türkmanlar 136,800 nəfər (və ya əhalinin 2,16%-i):
Kərkük vilayətində 83,371 nəfər
Kərkük şəhərində 45,306 nəfər
1977-ci il İraqda Türkmanlar 132,000 nəfər (və ya əhalinin 1,15%-i):
İraq hökumətinin 1957-ci il əhalinin siyahıya alınmasının 1958-ci il inqilabından sonra 1959-cu ildə elan etdiyi son göstəricilərinə görə İraq əhalisinin təxminən 9%-i (567,000 nəfər)[12][13] türkmanlar olmuş, Kərkük vilayətində əhalinin yarıdan çoxunu (180,000 nəfər) türkmanlar, 1/3-ni isə kürdlər təşkil etmişdir.[14] Digər siyahıya almalarda (1977, 1987, 1997-ci illər) isə tükmanların ərəb və ya kürd kimi siyahıya alınaraq sayları qəsdən az göstərilmişdir. Təxmini mütəxəssis qiymətləndirilmələrinə görə indi sayları təxminən İraq əhalisinin 13%-i qədərdir.[15][16][17]
Məskunlaşdıqları yaşayış məntəqələri
Hazırda Türkmanlar İraqın 8 elində məskunlaşıblar .[18]
Ninəvə mühafazası
3 sentyabr 1970-ci ildə Mosul mühafazası adı dəyişdirilərək Ninəvə mühafazası olmuşdur. Ninəvə mühafazası inzibati cəhətdən Mosul, Təlafər, Tilkəf, Sincar, Həmdəniyə, Məxmur, Şixan və Hətrə qəzalarına bölünür. Mühafazanın ümumi əhalisi 2003-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən 2,473,727 nəfərdir .[19]
Türkmanlar Mosul şəhərində, Mosul qəzasının kəndlərində, Təlafər şəhərində , Təlafər qəzasının qəsəbə və kəndlərində, Səncər qəzasının bəzi kəndlərində yaşayırlar .
Mosul qəzası
Mosul şəhərinin əhalisi də daxil olmaqla qəzadakı əhalinin ümumi sayı 2003-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən 1432,2 min nəfərdir .
Təlafər qəzasının əhalisinin mütləq əksəriyyətini türkmanlar təşkil edir. Telafer şəhərinin əhalisi də daxil olmaqla qəzanın ümumi əhalisi 1976-cı ildə 132.845 nəfər, 1987-ci il siyahıyaalınması zamanı 235.015 nəfər, 2003-cü ilə olan rəsmi təxminə əsasən isə 300.878 nəfər olmuşdur. Qəza 3.039 km² ərazini əhatə edir.
Təlafər qəzası inzibati cəhətdən 4 nahiyyəyə ayrılır: Təlafər, Zimmər, Rəbiyyə və Ayadiya. Zimmər nahiyyəsi 1984-cü ildə yaradılıb, onun sahəsi 768 km², əhalisi 1987-ci il siyahıyaalınmasına əsasən 34.885 nəfər , 2007-ci ilin may ayına olan təxminə əsasən isə 142.080 nəfərdir (94.720 nəfəri türkman, 24.162 nəfəri ərəb , 23.198 nəfəri kürd olmaqla). Təlafər nahiyyəsinin sahəsi 2.271 km², əhalisi 1987-ci il siyahıyaalınmasına əsasən 200.130 nəfərdir. Telafer nahiyyəsinda bir dənə də olsa qeyri-türk yaşayış məntəqəsi mövcud deyildir. Bütün qəzada irili-xırdalı şəhər, qəsəbə və kəndlərin sayı 300-dür . Onların çoxunda türkmanlar əhalinin əksəriyyətini təşkil edirlər .
Qəzadakı bəzi böyük türkman kəndləri: Ağbuğa, Ağbulaq , Ağtəpələr, Antallav, Arpatəpə , Ankenni (Efkənni), Azzotəpəsi, Buxur, Cəddu, Cəgən Xarabi, Cubara, Cuma, Çordağtəpə, Çeliylilər, Tarrı (Tar, tarla deməkdir , Tarrı isə tarlalar), Damlamaca, Daşlıdərə, Dəvəboynu (2 kənd), Efkənli (bu kənd bucaq mərkəzidir), Fəqa, Hamra, Harala, Harna, Irfi, Qırmızı, Qızılquyu, Qızıl Par, Korquyu, Kubbuk, Quyu, Malvirən, Mistah, Miççə , Mühəlləbiyə , Sonbar, Səca, Sübhan (Sapan), Sualtı, Şeyx İbrahim, Purmu, Üçtəpələr.
Səncər qəzası
Səncər qəzasının əhalisi 2003-cü il siyahıya almasına əasən 166,5 min nəfərdir. Qəzadakı nisbətən böyük türkman kəndləri : Meydanqulu, Sibate, Sino və Tellavi .
Kərkük eli
Elin əhalisi 2003-cü ildə aparılmış siyahıya almaya asasən 839,121 nəfərdir .[20]
Kərkük şəhəri: 1997-ci ildə aparılmış son rəsmi siyahıya almaya əsasən 370,661[21] nəfər əhalisi var.
Elin əhalisi 2003-cü ildə aparılmış siyahıya almaya əsasən 1,077,785 nəfərdir .[22] Türkmanlar Səlahəddin elinin Tuzxurmatu elçəsinin şəhər , qəsəbə və kəndlərində məskunlaşıblar .
Tuzxurmatu elçəsi 1952-ci ildə Kərkük elinin tərkibində təşkil edilib , 1976-cı ildə Kərkük elindən qoparılaraq Səlahəddin elinə birləşdirilib . Elçə inzibati cəhətdən Navcul, Amırlı və Süleymanbəy bucaqlarına ayrılır.
Elçə əhalisi 1977-ci il siyahıya almasına əsasən 98,560 nəfər , 1987-ci il siyahıya almasına əsasən isə 86,253 nəfər , 2003-cü il siyahıya almasına əsasən 103,4 min nəfər olmuşdur. Elçənin əhalisinin əksəriyyətini Türkmanlar təşkil edir. Elçədəki türkman əhalinin çoxluğu islamın şiə təriqətinə etiqad edir.
Elçədəki Türkman əhalini əmələ gətirən türk əsilli tayfalar: Xatlan tayfası, Bəndər tayfası, Çayır tayfası, Qara Ulus tayfası, Bayat tayfasının Vali Əli qəbiləsi, Bayat tayfasının Əsaffi qəbiləsi, Musəvi qəbiləsi, Qulami tayfasının Dəffa qəbiləsi, Əl Vəndivi tayfası, Əl Bayat tayfası, Muradlı tayfası.
Tuzxurmatu qəsəbəsi: eyni adlı elçənin inzibati mərkəzi və ən iri yaşayış məntəqəsidir. Qəsəbə Ağsu çayının sahilində yerləşir. Onun sahəsi 35 kvadrat kilometrdir. Tuzxurmatu qəsəbəsinin əhalisini Türkmanlar təşkil edir. Tikrit şəhəri ilə arasındakı məsafə 96 km-dir.
Amırlı qəsəbəsi – eyni adlı bucağın inzibati mərkəzidir . Qəsəbə əhalisini türkmanlar təşkil edir .
Bucağın adı
Bucağın əhalisi, 1977
Bucağın əhalisi, 1987
Amırlı
15,104
22,522
Süleymanbəy
7,719
11,733
Ərbil eli
Diyalə eli
Diyalə eli 6 elçəyə bölünür: Kifri , Xalis , Şəhrəban (dəyişdirilmiş hazırkı adı Müqdədiyə), Bələdruz , Baquba , Xanəqin. Türkmanlar Diyalə elinin Xanəqin , Bələdruz , Kifri və Şəhrəban elçələrində məskunlaşıblar .
Xaneqin elçəsi (qədhəsi) 1921-ci ildə yaradılıb, onun sahəsi hazırda 2,794 km², əhalisi 1957-ci il siyahıya almasına əsasən 58,499 nəfər (34,199 nəfəri kürd, 17,238 nəfəri ərəb, 3,124 nəfəri türkman), 1965-ci il siyahıya almasına əsasən 85,088 nəfər (46,725 nəfər kürd , 30,932 nəfər ərəb, 2,918 nəfər türkman, 4,513 nəfər digər etnik qruplar), 1977-ci il siyahıya almasına əsasən 98,855 nəfər (66,657 nəfəri ərəb, 27,042 nəfəri kürd, 4,177 nəfəri türkman, 1,039 nəfəri digər etnik qruplar), 1987-ci il siyahıya almasına əsasən 101,398 nəfər (73,116 nəfər ərəb , 24,505 nəfər kürd , 3,777 nəfər türkman), 1997-ci il siyahıya almasına əsasən isə 127,989 nəfərdir (92,461 nəfəri ərəb , 29,460 nəfəri kürd , 6,068 nəfəri türkman) . 1997-ci il siyahıya alması zamanı Mədain və Qaratəpə bucaqları Xaneqin elçəsinə daxil deyildi. 1957–1977-ci illərdə Xaneqin elçəsi Xaneqin , Qaraxan (ərəbləşdirilmiş adı Cələvlə), Qızıl Rabat (ərəbləşdirilmiş adı Sədiyə), Qaratəpə (ərəbləşdirilmiş adı Qoratu) və Mədain bucaqlarından ibarət idi. Hazırda (1987-ci ildən indiyədək) Xaneqin elçəsi inzibati cəhətdən 3 bucağa ayrılır: Xaneqin, Qaraxan və Qızıl Rabat . 1997-ci il siyahıya almasına əsasən Xaneqin bucağında 49,968 nəfər, Qaraxan bucağında 46,147 nəfər, Qızıl Rabat bucağında isə 31,874 nəfər əhali yaşayır. Türkman qəsəbələri Qızıl Rabat və Qaraxan eyni adlı bucaqların inzibati mərkəzləridir.
Bələdruz elçəsi (qədhəsi) 2,017 km² əraziyə, 1987-ci il siyahıya almasına əsasən 48,625 nəfər əhaliyə malikdir. Elçə inzibati cəhətdən 2 bucağa (nahiyyəyə) ayrılır : Bələdruz və Mendeli. Bələdruz bucağının ərazisi 504 km², əhalisi 1987-ci il siyahıya almasına əsasən 40,533 nəfərdir. Mendeli bucağının ərazisi 1,513 km² , əhalisi 1987-ci il siyahıya almasına əsasən 8,092 nəfərdir . Türkman qəsəbəsi Məndəli bucağın inzibati mərkəzidir.
Kifri elçəsi (qədhəsi) 1975-c ildə Kərkük elindən qoparılaraq Diyalə elinə birləşdirilmişdir. Elçənin sahəsi 1,928 km² , əhalisi 1987-ci il siyahıya almasına əsasən 28,600 nəfər, inzibati mərkəzi Kifri qəsəbəsidir . Kifri elçəsi inzibati cəhətdən 2 bucağa (nahiyyəyə) ayrılır: Kifri və Qara Təpə. Kifri bucağı 1,015 km² əraziyə və 1987-ci il siyahıya almasına əsasən 10,536 nəfər əhaliyə malikdir . Qara Təpə bucağı 913 km² əraziyə , 1987-ci il siyahıya almasına əsasən 18,064 nəfər əhaliyə malikdir . Kifri və Qara Təpə qəsəbələri eyni adlı bucaqların inzibati mərkəzləridir .
Şəhrəban (Müqdədiyə) elçəsi 1955-ci ildə yaradılıb. Elçənin ərazisi 524 km², əhalisi 1977-ci il s.a. əsasən 72,649 nəfər, 1987-ci il s.a. əsasən 78,671 nəfərdir.
Vasit mühafazası
Ərazisi 17,153 km², əhalisi 2003-cü il siyahıya almasına əsasən 913,386 nəfər olan Vasit mühafazası inzibati cəhətdən 6 qəzaya ayrılır: Kut (2003-cü ildə 374,547 nəfər), Nəmaniyə (2003-cü ildə 107,618 nəfər), Hay (2003-cü ildə 136,208 nəfər), Bedra (2003-cü ildə 20,601 nəfər), Əziziyə (2003-cü ildə 112,900 nəfər) və Süveyrə (2003-cü ildə 161,602 nəfər). Türkmanlar Bədrə və Əziziyə qəzalarında məskunlaşıblar.
Bedra qəzası inziati cəhətdən 2 nahiyyəyə ayrılır: Zirbatiyə və Cəssən. Zirbatiyə bucağı 1,835 km² əraziyə, 1987-ci il siyahıyaalmasına əsasən 12,715 nəfər əhaliyə malikdir. Zirbatiyə bucağının inzibati mərkəzi türkmanların əksəriyyət olduğu Bedra qəsəbəsidir.
Türkman qəsəbəsi Əziziyə eyniadlı qəzanın inzibati mərkəzidir.
Bağdad eli
Bağdad eli (2003-cü il s.a.-da 6,024,300 nəfər) inzibati cəhətdən 8 elçəyə ayrılır : Xərx (2003-cü il s.a.-da 1,541,500 nəfər) , Rusafa (2003-cü il s.a.-da 1,252,000 nəfər) , Səddam (2003-cü il s.a.-da 936,800 nəfər) , Ədhəmiyə (2003-cü il s.a.-da 808,500 nəfər) , Qədimiyə (2003-cü il s.a.-da 728,500 nəfər) , Mahmudiyə (2003-cü il s.a.-da 350,100 nəfər) , Əbu Qərib (2003-cü il s.a.-da 289,400 nəfər) və Mədain (2003-cü il s.a.-da 117,500 nəfər) . Bağdad elinin yaşayış məntəqələrində 50 min türkman ailəsi məskunlaşmışdır .
Dil və din
Dillərinə ərəb dili və osmanlı dili təsir etmişdir. XX əsrin 30-cu illərində ərəb dilinin İraqda dövlət dili statusu almasından sonra ərəb dilinin türkmanların danışıq dilinə təsiri nisbətən artmışdır. Elmi mənbələrdə Türkmanların ana dili olaraq Azərbaycan dilinin Cənubi Azərbaycan ləhcəsində (daha dəqiq Əfşar şivəsində)[24] danışdıqları, Türkiyə türkcəsinin İstanbul ləhcəsində təhsil aldıqları və latın qrafikalı əlifbadan istifadə etdikləri qeyd edilir.[25]
Türkmanların əksərən müsəlmandır. 65% İslamın şiə, 35%-i isə sünni təriqətinə etiqad edir. Onların azlığı Roma-Katolik kilsəsinə tabe olan xristianlardır,[1][2][26] onların sayının 30 minə yaxın olduğu təxmin edilir.[27] Türkmən İncil Tərəfdaşlığı Əhdi-cədid İraq türkmən ləhcəsinə tərcümə edib və 2021-ci ildə 2000 nüsxə çap edib paylayıb.[28]
↑Country Factfiles. — Iraq, page 239. // Atlas. Fourth Edition. Editors: Ben Hoare, Margaret Parrish. Publisher: Jonathan Metcalf. First published in Great Britain in 2001 by Dorling Kindersley Limited. London: Dorling Kindersley, 2010, 432 pages. ISBN 9781405350396
Orijinal mətn (ing.)
Population: 30.7 million Religions: Shi'a Muslim 60%, Sunni Muslim 35%, other 5% Ethnic Mix: Arab 80%, Kurd 15%, Turkmen 3%, other 2%
↑Tarihi Gelişim İçinde Irak’ta Türk Varlığı. 1. Baskı. Yazar: Suphi Saatçi. İstanbul: Tarihi Araştırmalar ve Dokümantasyon Merkezleri Kurma ve Geliştirme Vakfı Yayını, 1996, sayfa 32. ISBN 9789757555391
↑Sitat səhvi: Yanlış <ref> teqi; unpo-pr-ir-turk-2.7.15 adlı istinad üçün mətn göstərilməyib
↑İraq Türkmən Cəbhəsi : Irak Türklerinin yerleşim durumuArxivləşdirilib 2009-06-25 at the Wayback Machine-…Irak'taki Türk nüfusu, Türkiye Cumhuriyeti'nin Irak'la sınır teşkil ettiği Hakkari Siirt illeri hattından başlar, Musul şehrinin kuzey doğusunda bulunan Irak'ın en büyük ilçesi konumunda olan Telafer Şehri'ni (Irak'ın Türk yerleşim bölgesinin kuzey ucudur) içine alır. Telafer şehri bir Türk şehri olmakla birlikte nüfusu bir milyona yakındır. Telafer 'den itibaren şerit halinde devam eden Türk yerleşim bölgesi Musul'u içine alarak doğuya ve güneye doğru ilerler doğuda diğer bir Türk şehri olan Erbil şehri bulunmaktadır. Erbil 'in güneyinde Altın Köprü ilçesi, güneye doğru aynı uzaklıkta da Irak Türklüğünün en büyük şehri ve Irak Türklüğünün merkezi olan Kerkük bulunmaktadır. Kerkük şehri civarında Türk yerleşim bölgesi genişler. Kerkük'ün güneyine doğru inildikçe Türk yerleşim bölgeleri Dakuk (Tavuk), Tuzhurmatu, Tazehurmatu, Kifri gibi büyük ve önemli Türk ilçeleri ve yüzlerce köyden oluşan Bayat köyleri bulunmaktadır. Ayrıca kuzeyden güneye doğru inildikçe bu tür köylere sürekli rastlamak mümkündür. Bu şerit, çoğunluğunu Türkmen yerleşim bölgelerinin oluşturduğu pek çok kasaba ve yüzlerce köyü de içine alarak Bağdat'ın 120 km doğusuna kadar ilerler diğer Türk kasabaları olan Bedre ve Mendeli 'yi de içine alarak uzanır. Görüldüğü gibi Irak Türkleri, daha çok ülkenin kuzey ve orta bölgelerinde yerleşmekte olup yukarıda belirtilen şehirler ile Bağdat kentine yayılmış durumdadırlar. Bağdat şehrinde 200.000'den fazla Irak Türkü bulunmaktadır. Irak'taki nüfus projeksiyonu 1921, 1926, 1947, 1957 ve 1965 yapılan sayımlarındaki oranlarla 1976 sayımında 11.505.000 iken 1988'de 18.100.000 olarak bulunmuştur. Bu sayımlardaki Irak etnik yapısı aşağıdaki şekilde ortaya çıkmıştır. Arap %62 Türk %15 Kürt %20 Hıristiyan %3 Bu oranlara göre, Irak nüfusunu 20.000.000 (yirmi milyon) olarak alırsak ve Irak'ta bugüne kadar yapılan bütün sayımlar, yıllık büyüme oranı ve buradaki etnik nüfus dağılımını da göz önüne alırsak tahmini nüfus etnik yapıya göre şöyledir; Arap 12.400.000 Türk 3.000.000 Kürt 4.000.000 Hıristiyan 600.000 Ancak yine de Irak'taki Türk varlığının sayısını kesin olarak bilmek çok güçtür.
↑Etnologue report for language code :azbArxivləşdirilib 2024-12-24[Date mismatch][Timestamp date length] at the Wayback Machine---Lewis, M. Paul (ed.), 2009. Ethnologue: Languages of the World, Sixteenth edition. Dallas, Tex.: SIL International.
↑Hann, Geoff. Iraq: The ancient sites and Iraqi Kurdistan. Bradt Travel Guides. 2015. ISBN9781841624884. There are estimated to be some three million Turkmen in Iraq, but despite ... There are also about 30,000 Christian 'Catholic'Turks and some Jews living in Iraq...
1960 FIBA Asia Championship1st Asian Basketball ChampionshipTournament detailsHost nationPhilippinesDatesJanuary 16–28Teams7 (from all Asian federations)Venues1 (in 1 host city)Champions Philippines (1st title)MVP Carlos Badion1963 > The 1960 ABC Championship was the first edition of the ABC Championship, a tournament which was held by FIBA Asia. The tournament which was held in Manila, Philippines saw seven teams compete in a round-robin tournament with the...
Chinese actor, film director, screenwriter and film producer In this Chinese name, the family name is Zhang (张). ProfessorZhang YimouZhang in 2019BornZhang Yimou (张艺谋) (1951-11-14) 14 November 1951 (age 72)Xi'an, Shaanxi, ChinaAlma materBeijing Film AcademyOccupation(s)Film director, producer, cinematographer and actorSpouses Xiao Hua (肖华) (m. 1978–1988) Chen Ting (陈婷) (m. 2011...
Franz Troglauer (* 8. Juli 1754 im Markt Mantel; † 6. Mai 1801 in Amberg) war ein deutscher Räuberhauptmann und Wilderer in der Oberpfalz und Franken. Inhaltsverzeichnis 1 Leben 2 Literatur 3 Weblinks 4 Einzelnachweise Leben Vilseck Burg Dagestein. Hier saß Franz Troglauer 1796/97 in Untersuchungshaft, wahrscheinlich in einer Zelle nahe dem Eingangstor. Geboren und aufgewachsen im Markt Mantel in der bayerischen Oberpfalz, soll er schon in seiner Jugend ein Dieb und Räuber gewesen sein. ...
Esta é uma lista com as obras escritas sobre o inventor brasileiro Santos Dumont. Estima-se que exista mais de três dezenas de obras sobre o aviador[1] e esta lista baseia-se em grande parte no artigo Ramalho 2013, com algumas obras não consideradas ou lançadas posteriormente a publicação do artigo. Entre obras de ficção histórica, é possível citar o Homem com Asas, do autor Arthur Japin.[2] Obras Título Autor Ano Editora ISBNOL Fonte A conquista do ar pelo aeronauta brasileito Sa...
هذه المقالة تحتاج للمزيد من الوصلات للمقالات الأخرى للمساعدة في ترابط مقالات الموسوعة. فضلًا ساعد في تحسين هذه المقالة بإضافة وصلات إلى المقالات المتعلقة بها الموجودة في النص الحالي. (نوفمبر 2019) تقرير الاستدامة[1] هو تقرير تنظيمي يقدم معلومات حول الأداء الاقتصادي والب...
香港副總督Lieutenant Governor of Hong Kong官邸司令總部大樓任命者英國君主设立1843年6月26日首任德己立爵士末任加士居废止1902年 香港副總督(英語:Lieutenant Governor of Hong Kong,簡稱副港督)於早期香港政府地位僅次於香港總督,高於輔政司,於1843年至1902年之間設立,惟副總督在香港殖民地政府中只屬於虛位,並沒有任何權力,故只有總督離開香港或同時兼任輔政司時才有實質...
This article does not cite any sources. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Neil Sedaka On Stage – news · newspapers · books · scholar · JSTOR (August 2011) (Learn how and when to remove this template message) 1974 live album by Neil SedakaNeil Sedaka On StageLive album by Neil SedakaReleased1974GenrePopLabelRCA Records Neil Sedaka On Stage is a...
AG-25 Class overview Operators Imperial Russian Navy Ukrainian Navy Finnish Navy Soviet Navy In service1916 In commission- 1950 Planned17 Completed11 Cancelled6 Lost9 Retired2 General characteristics Class and typeDiesel-electric submarine TypeHolland 602 type submarine, 602F, 602GF, 602L, 602R Displacement 355 long tons (361 t) surfaced 433 long tons (440 t) submerged Length150 ft 3 in (45.80 m) Beam16 ft (4.9 m) Draught12 ft 6&...
Nine Inch Nails song Every Day Is Exactly the SameSingle by Nine Inch Nailsfrom the album With Teeth ReleasedApril 4, 2006Recorded2004Length4:56LabelInterscope/NothingSongwriter(s)Trent ReznorProducer(s)Trent ReznorAlan MoulderAtticus Ross (additional)Nine Inch Nails singles chronology Only (2005) Every Day Is Exactly the Same (2006) Survivalism (2007) Halo numbers chronology Halo 20(2005) Halo 21(2006) Halo 22(2007) Every Day Is Exactly the Same is the third and final single by American indu...
American legislative district New York's 55thState Senate districtSenator Samra BroukD–Rochester Registration40.3% Democratic28.7% Republican24.2% No party preferenceDemographics77% White10% Black8% Hispanic3% AsianPopulation (2017)294,445[1]Registered voters204,872[2] New York's 55th State Senate district is one of 63 districts in the New York State Senate. It has been represented by Democrat Samra Brouk since 2021, succeedi...
Asterix the Legionary (Asterix Legionnaire)Date1970SeriesAsterixCreative teamWritersRene GoscinnyArtistsAlbert UderzoOriginal publicationDate of publication1967LanguageFrenchChronologyPreceded byAsterix and the NormansFollowed byAsterix and the Chieftain's Shield Asterix the Legionary is the tenth Asterix book in the Asterix comic book series by Rene Goscinny and Albert Uderzo. It was first published as a serial in Pilote magazine, issues 368–389, in 1966.[1] Synopsis...
Class of light cruisers of the German Imperial Navy SMS Frankfurt as a bombing target in 1921 Class overview NameWiesbaden class Operators Imperial German Navy Preceded byPillau class Succeeded byKönigsberg class Completed2 Lost2 General characteristics TypeLight cruiser Displacement Normal: 5,180 t (5,100 long tons) Full load: 6,601 t (6,497 long tons) Length145.30 m (476 ft 8 in) Beam13.90 m (45 ft 7 in) Draft5.76 m (18 ft 11 ...
Questa voce o sezione sull'argomento armi da fuoco è priva o carente di note e riferimenti bibliografici puntuali. Commento: oltre la metà della voce non ha note puntuali, scarsa affidabilità. Sebbene vi siano una bibliografia e/o dei collegamenti esterni, manca la contestualizzazione delle fonti con note a piè di pagina o altri riferimenti precisi che indichino puntualmente la provenienza delle informazioni. Puoi migliorare questa voce citando le fonti più precisamente. Segui i sug...
1946 Hong Kong constitutional reform proposal Mark Young, Governor of Hong Kong who proposed the introduction of representative democracy Young PlanTraditional Chinese楊慕琦計劃TranscriptionsYue: CantoneseYale RomanizationYèuhng mouh kèih gai waahkJyutpingJoeng4 mou6 kei4 gai3 waak6 The Young Plan was a constitutional reform proposal carried out in 1946 attempting to introduce representative democracy in Colonial Hong Kong. Named after the then Governor, Mark Young, it was the fir...
Santiago Vázquez Información personalNombre de nacimiento Juan Jacobo Vázquez y Feijóo Nombre en español Santiago Vázquez y Feijóo Nacimiento 29 de diciembre de 1787 Montevideo (Uruguay) Fallecimiento 5 de abril de 1847 (59 años)Río de Janeiro (Brasil) Nacionalidad UruguayaInformación profesionalOcupación Diplomático, político y periodista Cargos ocupados Ministro de Relaciones Exteriores de Uruguay [editar datos en Wikidata] Santiago Vázquez (Montevideo, Virreinato de...
ترامواي بسكرة معلومات عامة البلد الجزائر نوع ترامواي حالة قيد الدراسة مكان ولاية بسكرة، المسارات خطين ذهاب وإياب التشغيل المالك مؤسسة مترو الجزائر المشغل شركة تسيير خطوط الترامواي (سيترام) الصفة وسيلة نقل جماعي العربات سيتاديس 402 معلومات تقنية عدد السكك 2 مقياس السكة 1...
В Википедии есть статьи о других людях с фамилиями Воронцова и Измайлова. Ирина Ивановна Воронцова Дата рождения 16 августа 1768(1768-08-16) Дата смерти 10 октября 1848(1848-10-10) (80 лет) Место смерти Санкт-Петербург Страна Российская империя Отец Иван Михайлович Измайлов Мать ...
Asia Television亞洲電視Berkas:Asia Television logo since 2017.pngNama dagangAsia Television Digital Media LimitedNama asli亞洲電視數碼媒體有限公司JenisPerseroan TerbatasIndustriMedia berbasis internetPendahuluRTV (Rediffusion Television)Didirikan29 Mei 1957 (sebagai RTV)24 September 1982 (sebagai ATV, penyiaran TV)18 Desember 2017 (sebagai ATV, penyedia layanan OTT)Kantorpusat33 Dai Shing Street, Kawasan Industri Tai Po, Tai Po, Hong KongTokohkunciWang Zheng (Investor Utama)Ip...