İkinci Dünya müharibəsində Sakit okean cəbhəsi

İkinci Dünya müharibəsində Sakit okean cəbhəsi
İkinci Dünya müharibəsi
Tarix 7 dekabr 1941 – 2 sentyabr 1945
Yeri Şərqi Asiya, Cənubi Asiya, Cənub-Şərqi Asiya, Qərbi Sakit okeanHind okeanı
Nəticəsi
Münaqişə tərəfləri

Antihitler koalisiyası[1]
ABŞ ABŞ

Çin
 Böyük Britaniya

Avstraliya Avstraliya
Kanada
Yeni Zelandiya Yeni Zelandiya
Niderland Niderland

SSRİ SSRİ

Berlin-Roma-Tokio oxu
Yaponiya Yaponiya imperiyası
Tailand Tailand Kukla dövlətlər

Komandan(lar)

ABŞ Franklin Ruzvelt
ABŞ Harri Trumen
Çin Respublikası Çan Kayşi
Böyük Britaniya Vinston Çörçill
Avstraliya Con Kertin
U.L Makkenzi Kinq
Niderland A.T van S. Staşouver
SSRİ İosif Stalin

Yaponiya Hirohito
Yaponiya Hideki Todzyo
Tailand Plaek Pibulsonqqram

Tərəflərin qüvvəsi

Çin Respublikası 14,000,000
Böyük Britaniya 400,000
SSRİ 1,669,500
ABŞ 3,621,383
2,000,000

Yaponiya 7,889,100

İtkilər

Hərbi
4,000,000
Mülki ölümlər
25,000,000

Hərbi
2,000,000
Mülki ölümlər
960,000

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İkinci Dünya müharibəsində Sakit okean cəbhəsi (ing. Pacific War; rus. Тихоокеанский театр военных действий Второй мировой войны) — Sakit okean cəbhəsi (bəzən Asiya-Sakit okean cəbhəsi adlandırılır),[2] İkinci Dünya müharibəsi illərində Sakit okeandaŞərqi Asiyada baş vermişdir. Sakit okean və adaları, Sakit okeanın cənub-qərbi, Cənub-Şərqi AsiyaÇin kimi əraziləri əhatə etmişdir (1945-ci il Sovet-yapon münaqişəsi daxil olmaqla).

Əsasən, Sakit okean cəbhəsində hərbi əməliyyatlar, 1941-ci il 7–8 dekabr tarixində Yaponiyanın Tailandı işğalı və Britaniya müstəmləkələri olan Malayya, SinqapurHonkonqa, eləcə də ABŞ-nin Havay adasında dislokasiya edilmiş Pörl Harbor hərbi bazasına, Ueyk adası, QuamFilippinə hücumu ilə başlanmışdır. Bəzi tarixçilər, Asiyada münaqişəni 1937-ci il 7 iyul tarixində Yaponiya imperiyasıÇin Respublikası arasında baş vermiş İkinci çin–yapon müharibəsinin başlanğıcından və ya 1931-ci ilin 19 sentyabrında Mancuriyanın Yaponiya tərəfindən işğalı tarixindən götürürlər.[3] Əsas etibarilə, Sakit okean cəbhəsində hərbi əməliyyatlar 1941-ci ilin dekabr ayının əvvəllərində başlamışdır (İkinci çin–yapon müharibəsi daxil olmaqla).

Sakit okean cəbhəsində hadisələr, antihitler koalisiyasının Yaponiyaya qarşı döyüşləri ilə cərəyan etmişdir. Yaponiyanın müttəfiqi kimi Tailand böyük rol göstərsə də, əsas müttəfiqləri olan Almaniyaİtaliya hərbi yardım edə bilməmişdir. Məhz, İkinci Dünya müharibəsi bu regionda ABŞ Hərbi Hava Qüvvələri tərəfindən XirosimaNaqasaki şəhərlərinə atom bombası atılması, 1945-ci ilin 8 avqustunda Mancuriyanın Sovet ordusu tərəfindən işğalı və Yaponiyanın 1945-ci il 15 avqust tarixində təslim olması ilə bitmişdir. Yaponiyanın rəsmi formada təslim olması, 1945-ci il 2 sentyabr tarixində Missuri xətt gəmisində baş vermişdir. Bu məğlubiyyətdən sonra, Yaponiya imperatorunun bir sıra səlahiyyətləri əlindən alındı,[4] çünki antihitler koalisiyası ölkələri Yaponiyanın müharibəyə başlamasında əsas siyasi səbəb kimi hərbi aqressiyanı görürdülər və tezliklə Yaponiyanın yeni liberal-demokratik konstitusiyası qəbul edildi.[5]

Sakit okean cəbhəsindəki müharibəyə verilən adlar

Müharibə ərzində antihitler koalisiyası ölkələrində "Sakit okean cəbhəsi" əsasən, İkinci Dünya müharibəsindən ayrılmırdı və ya sadəcə Yaponiya əleyhinə müharibə kimi bilinirdi. Birləşmiş Ştatlarda Sakit okean cəbhəsi ifadəsi geniş istifadə edilirdi, baxmayaraq ki, əslində cənub-qərbi Sakit okean cəbhəsini (General Duqlas Makarturun rəhbərliyi altında), Çin-Birma-Hindistan cəbhəsi və ya Cənub-Şərqi Asiya cəbhəsini əhatə etmirdi. Halbuki, ABŞ-nin Sakit okean donanmasının aviadaşıyıcıları 1945-ci ilin əvvəllərində VyetnamdaXayfon, Kamran körfəzindəSayqonda irimiqyaslı hava reydləri etmişdilər.

Yaponiya, 1941-ci il 10 dekabr tarixində müttəfiqlərlə və Çində davam edən müharibə ilə əlaqədar Böyük Şərqi Asiya Müharibəsi (大東亜戦争 Dai Tō-A Sensō) ifadəsindən istifadə edirdi. Bu ifadə, 12 dekabrda ictimaiyyətə bildirilmişdi və bu ifadənin belə səsləndirilməsi onunla izah edilmişdir ki, buraya Böyük Şərqi Asiya ortaq rifahı sahəsinin hərbi qüvvələri vasitəsilə, qərb qüvvələrindən öz azadlığına nail olmuş Asiya xalqları daxildir. Yapon rəsmiləri, Yapon-Çin münaqişəsini (日支事変 Nisshi Jihen) Böyük Şərqi Asiya müharibəsinə aid edirdilər.

Yaponiyanın Amerikan işğalı ərzində (1945–1952), bu yapon ifadələri rəsmi sənədlərdə qadağan edilmişdi, baxmayaraq ki, formal olaraq istifadə davam edirdi və regiondakı müharibə rəsmən Sakit okean cəbhəsi (太平洋戦争 Taiheiyō Sensō) kimi tanındı. Yaponiyada həmçinin 1931-ci ildə baş vermiş Mukden hadisəsindən 1945-ci ilə qədər dövrü əhatə edən 15 illik müharibə kimi də qeyd edilirdi.

İştirakçılar

Generalissimus Çan Kayşi, Çinin Ali Baş Komandanı (1942–1945)

İkinci Dünya müharibəsində 1941-ci ildəki Tailand ilə Yaponiya arasında razılaşdırılmış hərbi ittifaq, artıq Cənubi Tailandın işğalını həyata keçirmişdi. Phayap ordusu, Britaniya ordusunun nəzarətində olan, keçmiş Tailand ərazisi hesab edilən şimal-şərqi Birmanı işğal etdi. Həmçinin yaponlar, Mançjou-qoMençzyan kukla dövlətlərini (MancuriyanınMonqolustanın ərazilərinin çox hissəsini əhatə edirdi) və kollaborasionist Vanq Cinqvey rejimini (Çinin ərazilərindən ibarət idi) qurmuşdular.

ABŞ-nin rəsmi siyasəti o idi ki, Tailand düşmən tərəfdə olmasın və bununla da, Birləşmiş Ştatlar Tailandla müharibə etmədi. ABŞ federal hökumətinin Tailandla müqavilə bağlamaq istəməsi bu ölkənin Yaponiya tərəfindən işğal edilməmişdən öncə, yaponların xeyli təhdidinə məruz qalmasına səbəb oldu. Tailand, Birləşmiş Ştatlar ilə digər işğala məruz qalmış Belçika, Çexoslovakiya, Danimarka, Yunanıstan, Norveç, PolşaHollandiya ölkələri kimi müqavilə bağladı.

Asiya-Sakit okean regionunun siyasi xəritəsi, 1939-cu il

Yaponiya öz müstəmləkələri olan KoreyaFormosadan (Tayvan) çoxlu əsgərlər toplamışdı. Vişi Fransası, Hind Milli OrdusuBirma Milli Ordusu qüvvələri Sakit okean cəbhəsində fəal olmuşdular. Honkonq, Filippin, Hollandiya Qvineyası, Britaniya Malayyası, Monqolustan və keçmiş Fransa Hind-Çinindən (Vişi Fransası hökumətinin nəzarətinə keçəndən sonra) və Timordan kollaborasionist birliklər Yaponiya İmperiya Quru Qoşunlarında xidmət etmişdilər.

Almaniyaİtaliya demək olar ki, Sakit okean cəbhəsində iştirak etmirdi, lakin almanitalyan donanmasına məxsus sualtı qayıqlar və bir sıra gəmilər HindSakit okeanlarına nəzarət edirdi. İtalyanların Çindəki güzəşt edilmiş ərazilərdə dəniz bazaları var idi, lakin almanların heç bir bazası yox idi. Yaponların Pörl Harbora hücumundan və dövlətlərin bir-birilərinə müharibə elan etmələrindən sonra, bu hərbi bazalar yapon donanmasına keçdi.

Antihitler koalisiyasının tərəfində ABŞ, Çin, Böyük Britaniya (Britaniya Hindistanı, Fici, Samoa və s. ölkələrin hərbi qüvvələri daxil olmaqla), Avstraliya, Filippin, Hollandiya (Hollandiya Ost-HindiYeni Qvineyanın qərb hissəsinin sahibi kimi), Yeni Zelandiya, KanadaSakit okean cəbhəsi Şurasının bütün üzv dövlətləri iştirak edirdi.[6] Meksika, Azad Fransa və digər ölkələr, xüsusilə də Britaniya müstəmləkələrindən qüvvələr də iştirak etmişdi.

SSRİYaponiya arasında 2 qısa elan edilməmiş sərhəd münaqişələri 1938–1939-cu illərdə baş vermiş, sonra isə vəziyyət 1945-ci ilin avqustuna qədər stabil qalmışdı. 1945-ci ilin avqustundan isə sovet ordusu Mançjou-qonu, Çini, Daxili Monqolustan Muxtar Rayonunu, Yaponiya protektoratı KoreyanıSaxalin adalarını tutdu.

Əhatə etdiyi ərazilər

Generalissimus Çan Kayşiantihitler koalisiyası ordusunun Ali Baş Komandanı Jozef Stiluell, Çin (1942–1945)

1942–1945-ci illərdə Sakit okean cəbhəsində 4 əsas ərazi var idi: Çin, Sakit okeanın mərkəzi, Cənub-Şərqi AsiyaSakit okeanın cənub-qərb hissəsi.[7] ABŞ mənbələri Sakit okean cəbhəsi ilə bağlı, 2 ərazini irəli sürür: Sakit okeanÇin-Birma-Hindistan əraziləri. Sakit okeanda antihitler koalisiyası öz qüvvələrini 2 ərazidə bölüşdürmüşdü: Sakit okean və onun cənub-qərb hissəsi. 1945-ci ildə — Yaponiyanın təslim olmasından əvvəlki dövrdə, SSRİMonqolustan yaponlara qarşı Mancuriyada və şimal-şərqi Çində mübarizə aparmışdı.

Çin və Yaponiya arasında münaqişə

Sakit okean cəbhəsi Şurasına üzv ölkələrin dövlət başçıları, 12 oktyabr 1942-ci il
Çan Kayşi

1937-ci ildən Yaponiya Mancuriyaya nəzarət edirdi və Çinin içərilərinə doğru hərəkət etməyə hazır idi. 1937-ci ilin 7 iyulunda baş vermiş Marko Polo körpüsündəki hadisə, ÇinYaponiya arasında irimiqyaslı müharibəyə səbəb oldu. Homindançıkommunist çinlilər vətəndaş müharibəsini dayandırdılar və yapon işğalına qarşı vahid cəbhədə birləşdilər. SSRİ, bu müharibədə Çin qüvvələrinə hərbi yardım etmişdi. Yaponlar Şanxay, NankinUxanda mühüm hərbi qələbələr qazandı, lakin dünya ölkələri, əsas da ABŞ xüsusilə Panay hadisəsinə görə Yaponiyanın təcavüzkar siyasətini pislədi.

1939-cu ildə yaponlar, SSRİ-ni Uzaq Şərqdən, xüsusilə də Mancuriyadan çıxarmağa çalışırdılar. Onlar, marşal Georgi Jukovun rəhbərliyi altındakı sovet və monqol hərbi qüvvələri tərəfindən Xalxin–Qol döyüşündə məğlub edildilər. Bu şimala olan yapon hücumunu və SSRİ-nin Almaniyaya qarşı müharibənin əvvəlində sovet–yapon bitərəflik paktının imzalanmasının nəticəsi kimi Çinə edilən yardımını dayandırdı.[8]

1940-cı ilin sentyabrında Yaponiya Vişi Fransası tərəfindən nəzarət edilən Hind-Çin istiqamətindən Çinin əsas ərazilərini tutaraq, onun dünya ilə əlaqəsini kəsdi. Yaponlar, Vişi hökuməti ilə olan sazişlərini pozdular və öz məqsədlərinə çatdılar. 27 sentyabrda Yaponiya, Almaniyaİtaliya ilə hərbi müttəfiqlik barədə müqavilə imzaladı. ABŞ, YaponiyaAlmaniya arasında olmuş gizli diplomatik yazışmanı bilənə, yəni 1944-cü ilə qədər bu ölkələrin az olsa da, əlaqələri var idi.[9]

1941-ci ildən münaqişə zəifləmişdi. Baxmayaraq ki, Yaponiya Çinin şimal, mərkəzi və sahilyanı ərazilərinin çox hissəsini işğal etmişdi, lakin Homindan hökuməti Çinin içərilərinə doğru geri çəkilmişdi. Eyni zamanda, Çinin şimal və mərkəzi hissələrinin yaponlar tərəfindən nəzarət olunması bir az seyrək idi, belə ki Yaponiya adətən dəmiryollarına və əsas şəhərlərə nəzarət edirdi, lakin geniş Çin vilayətlərində əsas hərbi və inzibati idarələr yox idi. Yaponlar, cənub-qərbi Çində dağlara çəkilən Çin ordusuna və kommunist çinlilərin şimali və şərqi Çində formalaşdırdığı partizan hərəkatına qarşı mübarizə aparırdılar.

Yaponiya, bir neçə kukla dövlətlər qurmuşdu və bunlardan biri də Vanq Cinqveyin rəhbərlik etdiyi hökumət idi. Halbuki, Çin əhalisinə qarşı zalım siyasətləri bu hökumətlərə hər hansı real güc gətirmədi və bir neçə rəqib hökumətlər Çan Kayşinin rəhbərliyi ilə Homindan hökuməti tərəfindən məğlub edildi. Çinli kommunisthomindançı hərbi qüvvələrin düşmən xəttləri arxasında ərazi nəzarəti üçün mübarizələri, 1941-ci ilin yanvarında mühüm hərbi toqquşma ilə əməkdaşlıqlarının bitməsinə səbəb oldu.[10]

Chongqing şəhəri bombalandıqdan sonra, iyun 1941-ci il

Yaponlar Şanxay, UxanChongqing kimi Çin şəhərlərini bombalamış və 1938-ci ilin fevralından 1943-cü ilin avqustuna qədər 5000-ə yaxın hava reydləri həyata keçirmişdilər. Yaponiyanın intensiv olaraq Çin şəhərlərini bombalaması 260.000–350.934 nəfər dinc insanın ölümünə səbəb olmuşdu.[11][12]

Yaponiya və Qərb arasında gərginliklər

1935-ci ilin əvvəllərindən Yaponiya hərbi dairələri, Hollandiyanın müstəmləkəsi olan Hollandiya Ost-Hindini tutmağı qərara almışdı, səbəbi isə buranın neft resurslarının Yaponiya üçün əhəmiyyətli olması idi. 1940-cı ildə onlar Böyük Şərqi Asiya ortaq rifah sahəsi adlı konsepsiyalarına Hollandiya Ost-Hindi, MalayyaFilippin kimi əraziləri daxil etdilər. Yaponlar Haynan, TayvanXayfon kimi ərazilərdə möhkəmlənir və Yaponiya İmperiya Quru Qoşunlarının zabitləri qaçılmaz müharibə haqqında danışırdılar. Xüsusilə də, Admiral Sankiçi Takahaşi ABŞ ilə üz-üzə qaldıqlarını bildirirdi.[13]

Yapon militarizmini çaşdırmaq səyi ilə Avstraliya, ABŞ, Böyük Britaniya və Hind-Çin adalarında zəngin neft yataqlarına nəzarət edən, mühacirətdə olan Hollandiya hökuməti daxil olmaqla qərb gücləri Yaponiyaya dəmir filizi, polad və neft ixracını dayandırmış və Yaponiya xam resurslarla özlərini ÇinFransa Hind-Çinində fəaliyyətləri ilə təmin etmişdilər. Yaponiyada hökumət və millətçilər bu embarqoları aqressiyanın nəticəsi kimi qiymətləndirirdilər. Bu ölkəyə idxal edilən neft, daxili istehlakın 80%-ni ödəyirdi və ən çox hərbi sahəyə sərf edilirdi. Yapon mətbuatı, hərbi təbliğatçıların təsiri ilə embarqoları "ABCD" blokadası termini ilə istinad eləməyə başlamışdı.

İqtisadi tənəzzül və son istilalardan uzaqlaşma arasında seçim qarşısında qalan Yaponiya İmperiya Qərargahı, 1941-ci ilin aprel və may aylarında qərb qüvvələri ilə müharibə etməyi planlaşdırmağa başladı.

Yaponların hazırlıqları

Münaqişənin ilk dövründə Yaponiyanın əsas məqsədi antihitler koalisiyası ölkələrinin embarqosunun təsirindən xilas olmaq üçün Hollandiya müstəmləkəsi olan Hollandiya Ost-HindiniMalayyanı işğal etmək idi. Bu, cənub planı kimi bilinirdi. Bu plan, Böyük BritaniyaABŞ arasındakı yaxın əlaqələrin olması ucbatından qərara alınmışdı və Yaponiya şərq planını da hazırlamağa məcbur oldu.[14][15]

Şərq planında aşağıdakı prioritet məsələlər nəzərdə tutulurdu:
1. ABŞ-nin Havay adasındakı Pörl Harbor hərbi bazasına hücum
2. Filippinin zəbti
3. QuamUeyk adalarının işğalı ilə ABŞ-nin əlaqəsini kəsmək

Cənub planında isə aşağıdakı prioritet məsələlər nəzərdə tutulurdu:
1. MalayyaHonkonqa hücum
2. Bismark arxipelaqı, YavaSumatra adalarına hücum
3. AvstraliyaYeni Zelandiyanı blokadaya salmaq

Bu əməliyyatlar gerçəkləşdikdən sonra isə sülh danışıqlarına başlamaq planlaşdırılırdı. Noyabrda bu planlar mahiyyətcə tamamlandı və növbəti aya təyin edildi. Yapon hərbi dairələrinin hücum üçün əmr verməməsi və gözləməsi Böyük Britaniya üçün yaxşı oldu və SSRİ baş verə biləcək hər hansı Almaniya hücumuna görə Yaponiyaya effektiv cavab vermək iqtidarında deyildi. Bir sıra yapon rəhbərləri, ABŞ-yə qarşı ümumi hərbi qələbə düşüncəsinin mümkünsüz olduğunun fərqindəydilər, alternativ olaraq Yaponiya hegemonluğunu Asiyada tanıtdıqdan sonra sülh danışıqları üçün addım ata bilərdi.[16] Yaponiya İmperiya Qərargahı amerikanlarla bir sıra danışıqlar aparmışdı, lakin yaponların Çin (1894–1895) və Rusiya (1904–1905) əleyhinə uğurlu müharibələrinin tarixi təcrübələri ABŞ-yə qarşı savaşa başlamaq fikrinin meydana gəlməsinə səbəb olmuşdu.

Yaponların hücumları, 1941–1942

1941-ci ilin 7 dekabrında yaponlar Pörl Harbor, QuamUeyk adalarındakı amerikanların hərbi bazalarına hücum etdilər. Eyni gün Britaniya müstəmləkəsi Honkonqa hücum edilmiş, ABŞ nəzarətindəki Filippin, TailandMalayya işğal edilmişdi.

Pörl Harbora hücum

Yaponların Pörl Harbora hücumu zamanı yanan Arizona xətt gəmisi
Pörl Harbora hücum zamanı göstərdiyi igidliyə görə donanma medalı ilə təltif edilən ilk afroamerikalı Doris Miller

Dekabrın 7-si səhər saatlarında Yaponiya gözlənilmədən Pörl Harbora havadan hücuma başladı. Bu hücum zamanı ABŞ hərbi donanması böyük zərər gördü, belə ki 8 xətt gəmisi zədələnmiş, 188 hərbi təyyarə məhv edilmiş və 2403 amerikan vətəndaşı həlak olmuşdu. Hücumdan öncə ABŞ, İkinci Dünya müharibəsində deyildi və bu o demək idi ki, Yaponiya müharibə elan etmədən Pörl Harbora hücum etmişdi. Amerikanların itkisi, o qədər də çox olmadı: Hərbi Dəniz Qüvvələrində əsas hesab olunan aviadaşıyıcı gəmilər hücum zamanı dənizə açılmışdılar və mühüm donanma infrastrukturuna zərər dəyməmişdi.[17]

Pörl Harbora hücumdan əvvəl ABŞ ictimaiyyəti, dövlətin Avropadakı müharibəyə müdaxiləsinə qarşı idi, amma ABŞ hökuməti Lend-liz proqramına əsasən, Böyük BritaniyayaSSRİ-yə hərbi yardım edirdi. 8 dekabrda ABŞ,[18] Böyük Britaniya,[19] Kanada[20]Hollandiya[21] növbəti günü isə Avstraliya Yaponiyaya müharibə elan etdi. Pörl Harbora hücumdan 4 gün sonra Almaniyaİtaliya ABŞ-yə müharibə elan etdi, amma bu böyük strateji səhv idi. Yaranmış vəziyyət Yaponiyanın ABŞ-ni yayındırması üstünlüyünü Almaniyanın əlindən aldı.

Cənub-Şərqi Asiyaya hücumlar

Darvin şəhərinin bombalanması, 19 fevral 1942-ci il

Böyük Britaniya, AvstraliyaHollandiya artıq 2 il idi ki, Almaniya ilə müharibə edirdi. Sakit okean cəbhəsindəki döyüşlərin ilk 6 ayında müttəfiqlər yaponlar qarşısında ağır məğlubiyyətlərə məruz qalmışdılar.

Tailand, 24 saat içində yapon işğalına boyun əydi və formal olaraq 21 dekabrda Yaponiya ilə müttəfiq oldu. Honkonqa 8 dekabrda hücum edilmiş və 25 dekabrda süqut etmişdi. Honkonqun müdafiəsində yerli əhali və kanadalı əsgərlər əsas rol oynamışdı. Həmin vaxtı QuamUeyk adaları işğal edildi. 1942-ci ilin 1 yanvarında, antihitler koalisiyası ölkələrinin dövlət başçıları Cənub-Şərqi Asiyanın müdafiəsi üçün General Arçibald Ueyvelli öz ordularına Ali Baş Komandan təyin etdilər. Yanvarda yaponlar Birma, Hollandiya Şərqi Hind adaları, Yeni Qvineya, Solomon adaları, Manila, Kuala-LumpurRabaulu tutdu. Bu işğallardan sonra antihitler koalisiyası orduları, Sinqapurda yaponlara müqavimət göstərsələr də, 1942-ci ilin 15 fevralında təslim oldular. Təxminən 130.000 nəfər hind, ingilis, avstraliyalıholland əsgər hərbi əsirlərə çevrildilər.[22] İşğal sürətlənərək Bali[23]Timora[24] çatdı. Məğlubiyyətlərin nəticəsi olaraq, Ueyvell ali komandanlıq vəzifəsindən istefa verdi.

Yaponlar, artıq Avstraliyanın şimalına hava hücumları etməyə başlamışdı. Fevralın 19-da Darvin şəhərinin bombalanması zamanı ən azı 243 nəfər insan həlak oldu.

Fevralın sonu və martın əvvəlində Yava dənizindəki döyüşdə yapon donanması Admiral Karel Doormanın rəhbərliyi altındakı donanmanı məğlub etdi.[25] Bununla da, Cənub-Şərqi Asiyadakı döyüşlər antihitler koalisiyasının Yava[26]Sumatra adalarındakı məğlubiyyətləri ilə bitdi.[27]

Mart və apreldə güclü yapon donanması, Hind okeanına istiqamətləndi. Krallıq donanmasının Seylondakı bazaları atəşə tutuldu və bir neçə Britaniya gəmisi batırıldı. Şiddətli hücuma məruz qalan Krallıq donanması Hind okeanının qərb hissəsinə geri çəkildi. BirmaHindistana yapon basqını üçün şərait yarandı. Bu döyüşlərdə ingilislər, Ranqundan Hindistan-Birma sərhədinə geri çəkilmiş və yaponlar çinli homindançılar üçün təchizat xətti olan strateji əhəmiyyətli Birma yolunu nəzarət altına götürmüşdülər.

Filippin 1942-ci ilin 8 mayına qədər müqavimət göstərsə də, sonda təslim oldu və 80.000-dən çox əsgər əsir götürüldü. Bundan sonra general Duqlas Makartur Avstraliyaya getməli oldu. Admiral Çester Nimitsin rəhbərliyi ilə ABŞ donanması Sakit okeanda nəzarəti öz üzərinə götürdü.[28]

Avstraliyaya təhdid

Sakit okean cəbhəsinin Ali Baş Komandanı General Duqlas MakarturAvstraliyanın baş naziri Con Kertin

1941-ci ilin sonunda yaponların Pörl Harbora hücumu zamanı avstraliyalı əsgərlər Aralıq dənizi və Yaxın Şərq cəbhəsində döyüşürdülər. Avstraliya mümkün yapon hücumuna qarşı müqavimət göstərməyə hazırlıqsız idi. Bu ölkə Britaniya Malayyasının, Sinqapurun işğalı və 15.000 əsgərinin əsir düşməsilə sarsılmışdı. Yaponlar 1942-ci ilin əvvəllərində Yeni Qvineya Ərazisində əsas hərbi bazalarını yaratdılar.[29] Fevralın 19-da Darvin şəhəri yaponların hava hücumuna məruz qaldı (Bu, yaponların Avstraliya ərazisinə ilk hücumu idi). Sonrakı 19 ay ərzində Avstraliyaya 100 dəfə havadan hücum edildi. Yaponlar üçün Port Morsbi şəhərinin işğalı əsas məqsəd idi. Çünki, bu şəhər işğal edilsəydi, Avstraliyaya hücumlar etmək asanlaşacaqdı.[30]

Hollandavstraliyalı hərbi əsirlər, 1943-cü il, Tarsau, Tailand

Franklin Ruzvelt, Avstraliya ilə Sakit okean hövzəsinin müdafiə planını gerçəkləşdirmək üçün general Duqlas Makarturu Ali Komandan təyin etdi. Baş nazir Con Kertin, Avstraliya Silahlı Qüvvələrinin hazırlığı baxımından bu təklifi qəbul etdi. Duqlas Makartur, öz qərargahını 1942-ci ilin martında Melburn şəhərinə köçürdü və Sakit okean cəbhəsindəki əməliyyatlara silahlı qüvvələri buradan yönəltməyə başladı. Düşmən donanması, 1942-ci ilin may ayının sonunda Sidney şəhərinə çatdı. 8 iyunda 2 yapon sualtı qayığı Sidney və Nyukasl şəhərlərinin sahillərini atəşə tutdu.[31]

Mərcan dənizi və Miduey döyüşləri: dönüş nöqtəsi

Yaponlar, 1942-ci ilin ortalarında Sakit okeanın cənub və mərkəzi hissələrində əlavə hücumlar etməyi qərara aldılar. Antihitler koalisiyası, yaponların gizli yazışmalarını açaraq Port Morsbi şəhərinə ediləcək hücumu müəyyən etmişdilər. Əgər bu şəhər tutulsaydı, yaponlar Avstraliyanın şimal və qərb hissələrindəki dənizlərə nəzarət edə və həmin ölkəni təcrid edə bilərdi. Lakin admiral Fletçerin rəhbərliyi altındakı ABŞAvstraliya donanmaları yaponların qarşısını kəsdi. 1942-ci ilin mayında Mərcan dənizində baş vermiş döyüş nəticəsində antihitler koalisiyası çoxlu itkilər verdi, ancaq Port Morsbi şəhərinin işğalı baş tutmadı və yaponlar məğlub olaraq geri çəkildilər. Bu, Sakit okean cəbhəsində baş tutan ilk dəniz döyüşü idi. Yaponların növbəti hədəfi Miduey adasını işğal etmək idi və bu admiral Çester Nimitsin aviadaşıyıcı gəmilərini məhv etməyə imkan verirdi. Yaponlar, 2 aviadaşıyıcı gəmini Aleut adalarına göndərməklə amerikanları şimala olan hücumları ilə yayındırmaq istəyirdilər. Həmin vaxt antihitler koalisiyasının yaponların gizli yazışmalarını açması Miduey adasına gerçəkləşəcək hücumu müəyyən etməyə şərait yaratdı.[32] Çuiçi Naqumo Miduey adasının işğalı üçün taktiki komandanlığa gətirildi, İsoroku Yamamotonun kompleks planında Çester Nimits tərəfindən ediləcək hər hansı müdaxilə üçün kifayət qədər döyüş gəmiləri yox idi. Çester Nimitsin uzaqgörənliyi, yaponların Miduey adasına gəlib çatmasına mane oldu və məğlub olan yaponlar bir daha hücum etməyərək müdafiəyə çəkildilər. Miduey döyüşü, Sakit okean cəbhəsində geriyə dönüşün başlanğıcı oldu.

Tarava döyüşü

Tarava döyüşü, Gilbert adalarında yerləşən Tarava adasında 20–23 noyabr 1943-cü il tarixində baş vermişdir. Döyüş 76 saat davam etməsinə baxmayaraq, 6.000 — yaxın əsgər ölmüş, 2.2969 əsgər yaralanmışdır.

Makin döyüşü

Makin döyüşü, Gilbert adalarında yerləşən Makin adasında 20–24 noyabr 1943-cü il tarixində baş vermişdir. Aleut adalarındakı əməliyyatın bitməsi və Solomon adalarına doğru gerçəkləşən irəliləmə, əsgər və təchizat baxımından vəziyyət yüksək səviyyəyə çatandan sonra, 1943-cü ilin sonlarında ABŞ hərbi donanmasının Sakit okeanın mərkəzinə hücum etməsinə imkan yaratdı. Admiral Çester Nimits bu hücumun 1943-cü ildən əvvəl baş tutmasının tərəfdarıydı, lakin Bismark arxipelaqına edilən hücum və Rabaul şəhərinin mühasirəsiylə əlaqədar bu gerçəkləşmədi. Bu adaya hücum, amerikanların qələbəsi ilə nəticələnmişdir.

Quadalkanal döyüşü

Amerikan əsgərləri Quadalkanalda dincələrkən

Quadalkanal döyüşü, İkinci Dünya müharibəsində Yaponiyanın 3-cü əsas müdafiə xəttinin yerləşdiyi bölgə olaraq tanınır. ABŞ hərbi donanması, Miduey zəfərindən sonra Quadalkanalı ələ keçirməyi planlaşdırırdı. Desant əməliyyatı zamanı çətinlik çəkəcəklərini düşünürdülər, lakin yapon əsgərləri tərəfindən desant əməliyyatı zamanı müqavimət olmadı. O an amerikan əsgərləri özlərini şanslı hesab etdilər. Quadalkanalda yaşayan yerli əhalinin köməyi ilə amerikan əsgərləri, yaponların yerləşdiyi mövqelərə qədər irəlilədilər. Quadalkanal əməliyyatı, olduqca yaşıllıq bir yerdə gerçəkləşdi. Yaponlar, bundan yararlanaraq amerikan əsgərlərini asanlıqla uzaqlaşdıra bildilər. Bəzi amerikan əsgərləri, irəliləyərkən qəflətən otların arasından çıxan yapon əsgərlərini görüncə ölməkdən qurtula bilmədilər. ABŞ Silahlı Qüvvələri, topçu və təyyarə bombardmanları sayəsində yaponların Quadalkanaldakı mövqelərini qısa müddət ərzində ələ keçirməyi bacardı.

İvodzima döyüşü

Amerikan əsgərləri İvodzimada

İvodzima döyüşü, 16 fevral 1945 – 26 mart 1945 tarixlərində Sakit okeanda yerləşən İvodzima adlı kiçik bir adada YaponiyaABŞ arasında baş vermişdir. 1945-ci ilin fevral ayında amerikanlar Yaponiyadan sadəcə 1200 km uzaqlıqda yerləşən bir adaya toplanmışdı. İvodzima adası, Yaponiyanın istilası üçün əhəmiyyət kəsb edən 2 hava limanına malik idi. İkinci Dünya müharibəsinin simvolu olan ABŞ əsgərlərinin bayraqlarını təpəyə qaldırmalarını göstərən fotoşəkil, bu döyüş əsnasında çəkilmişdir. ABŞ-nin hərbi dənizhava qüvvələrinin üstünlüyü ilə mühasirəyə aldığı adayı yaponlara ağır itkilər verdirərək almışdır. Yaponlar, bu kiçik adaya əsgər yığmış, tunellər və mağaralar qazmışdı. Amma heç biri ABŞ hərbi dəniz qüvvələrinin açdığı atəşdən qurtula bilmədi.[33]

Okinava döyüşü

Okinava döyüşü, Sakit okean cəbhəsindəki döyüşlərin son mərhələsində ABŞ-nin Okinava adasına desant çıxarması ilə meydana gəlmişdir. Bu döyüş, Yaponiyada mülki əhalinin də öldürülmüş olduğu ən böyük quru döyüşü və ABŞ ilə Yaponiya arasındakı son böyük döyüş olmuşdur. Dəniz hərəkatları 18 mart 1945-ci ildə, quru döyüşü isə ABŞ-nin desant çıxarmasıyla 1 apreldə başlanmışdır.[34] Amerikanlar, 1 aprel 1945-ci ildə Yontan və Kadena hava limanlarının yerləşdiyi bölgəyə desant çıxarması etmişdir. Adanın 80%-i, sadəcə 15 gün ərzində alınmışdır. Yaponlar, bu döyüş ərzində kamikadzelərdən çox istifadə etmişdir. Bu döyüş, 23 iyunda yaponların məğlubiyyəti ilə bitmişdir. Döyüşdə əsas məqsəd, Yaponiyaya hücum etmək üçün hərbi bazaların ələ keçirilməsi idi. Bu döyüş ilə Sakit okean cəbhəsindəki ABŞ zəfəri gerçəkləşdi.[35]

Qahirə konfransı

Generalissimus Çan Kayşi, Franklin RuzveltVinston Çörçill Qahirə konfransında, 1943-cü il

1943-cü ilin 22–26 noyabr tarixləri arasında ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston ÇörçillÇin prezidenti Çan Kayşi Misirin paytaxtı Qahirə şəhərində görüşdülər və keçirilən konfransın əsas mövzusu Yaponiyanın məğlub edilməsi barədə idi. O cümlədən, yaponlar tərəfindən işğal edilmiş Çin ərazilərinin (MancuriyaTayvan daxil olmaqla) qaytarılması və Koreyanın azad edilərək müstəqil dövlət olması kimi əsas məsələləri əks etdirən Qahirə bəyannaməsi qəbul edilmişdir.

Mancuriyanın Sovet ordusu tərəfindən işğalı

Sovet matrosları SSRİ Hərbi Dəniz Qüvvələrinin bayrağını qaldırarkən, 1 oktyabr 1945-ci il, Port Artur

1945-ci ilin 3 fevralında SSRİ, Franklin Ruzveltlə razılaşaraq Sakit okean cəbhəsindəki döyüşlərə qatıldı. Bu, Avropada müharibənin bitməsindən 90 gün sonra baş verdi. 9 avqustda Mancuriyanın işğalı başladı və yaponlar məğlub edildi. Bu işğal, yaponların qurduğu kukla dövlət olan Mançjou-qonun süqutu ilə başladı və SSRİ-Yaponiya müqaviləsindən 6 il sonra ən böyük və İkinci Dünya müharibəsinin son döyüşü idi. Bu hücumla Mançjou-qo, MençzyanKoreyanın şimalı ələ keçirildi.

Müharibənin sonu

Duqlas Makartur Missuri xətt gəmisində Yaponiyanın təslim aktını imzalayarkən

1945-ci ilin 6 avqustunda ABŞ-nin Enola Gay adlı B-29 hərbi təyyarəsi ilk atom bombasını Xirosima şəhərinə atdı. Digər atom bombası isə, 9 avqustda Naqasaki şəhərinə atıldı.[36] 140.000–240.000-dən çox insan həlak oldu. 15 avqustda Yaponiya imperatoru Hirohito təslim olduqları barədə xalqa mürəciət etdi. 2 sentyabr tarixində Yaponiya, Missuri xətt gəmisində təslim aktını imzaladı.[37]

Müharibənin qurbanları

1941-ci ilin 7 dekabrında yaponların Pörl Harbora hücumu zamanı 2403 nəfər həlak olmuş və 1247 nəfər yaralanmışdı. Yaponlar, bu hücumu müharibə elan etmədən həyata keçirmişdilər və Uzaq Şərq beynəlxalq hərbi tribunalı, bu hadisəni müharibə cinayəti kimi qəbul etmişdi.[38][39] Sakit okean cəbhəsindəki döyüşlər zamanı yapon əsgərlər hərbi əsirlər daxil olmaqla, milyonlarla insanı öldürmüşdülər.[40] Çin-Yapon müharibəsi (1937–1945) ərzində ən azı 20 milyon çinli həlak oldu.[41][42] Döyüşlərdə kimyəvibioloji silahlardan istifadə edilmiş və bu da 400.000 çinlinin ölümünə səbəb olmuşdu.[43] Nankin soyqırımı zamanı yaponlar, 300.000 nəfərə yaxın dinc insanı amansızlıqla öldürmüşdülər.[44] Uzaq Şərq beynəlxalq hərbi tribunalının verdiyi məlumata əsasən, hərbi əsirlərin öldürülməsi 27,1%, yəni almanlarınitalyanların ördürdükləri əsirlərin sayından 7 dəfə çox idi.[45] 1536-ya yaxın ABŞ vətəndaşı həbs düşərgələrində öldürülmüşdü, lakin almanların həbs düşərgələrində 883 amerikalı öldürülmüşdü.[46]

Uzaq Şərq beynəlxalq hərbi tribunalı

Məhkəmənin keçirildiyi keçmiş hərbi məktəbin binası (İçiqaya, Tokio)
Uzaq Şərq beynəlxalq hərbi tribunalının hakim kollektivi

Yaponiyanın məğlubiyyətindən sonra, imperator Hirohito və şahzadə Yasuhiko Asakadan başqa bütün yüksək rütbəli yaponlar mühakimə edildi. 1946-cı ilin 29 aprel tarixində başlayan Uzaq Şərq beynəlxalq hərbi tribunalı 1948-ci ilin 12 noyabr tarixinə qədər davam etmiş və çıxarılan qərarlar nəticəsində Baş Nazir Hideki Todzyo və bir çox yüksək rütbəli hərbçi edam edilmişdir.

Edam cəzası

Seişiro İtaqaki: Hərbi nazir
Heitaro Kimura: Birma Bölgə Ordular Qrupu baş komandanı
Kenji Doihara: Çin Ordular Qrupu baş komandanı
Hideki Todzyo: 40-cı baş nazir
Akira Muto: Filippin Ordular Qrupu baş komandanı
Koki Hirota: 32-ci baş nazir

Ömürlük həbs cəzası

Sadao Araki: Təhsil və Mədəniyyət naziri
Yoşijiro Umezu
Hiroşi Oşima: Almaniya səfiri
Takazumi Oka
Okinori Kaya: Maliyyə naziri
Koiçi Kido: Daxili İşlər naziri
Kuniaki Koiso: 41-ci baş nazir
Kenryö Sato: Quru qoşunları nazirliyi hərbi işlər şöbəsinin sədri
Jotarö Şimada: Hərbi Dəniz naziri
Toşio Şiratori: İtaliya səfiri
Teiçi Suzuki
Kinqoro Haşimoto
Şunroku Hata: Quru qoşunları naziri
Kiiçiro Hiranuma: 35-ci baş nazir
Naoki Hoşino
Jiro Minami: Koreya valisi

İstinadlar

  1. A Decade of American Foreign Policy 1941–1949 Interim Meeting of Foreign Ministers, Moscow Arxivləşdirilib 2009-04-30 at the Wayback Machine. Retrieved 30 September 2009.
  2. Williamson Murray, Allan R. Millett A War to be Won: Fighting the Second World War Arxivləşdirilib 2022-05-13 at the Wayback Machine, Harvard University Press, 2001, p. 143
  3. Roy M. MacLeod, Science and the Pacific War: Science and Survival in the Pacific, 1939–1945 Arxivləşdirilib 2022-04-23 at the Wayback Machine, Kluwer Academic Publishing, p. 1, 1999
  4. "Arxivlənmiş surət" (PDF). 2015-09-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
  5. "Arxivlənmiş surət". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
  6. "WW2 People's War – Timeline". BBC. 19 March 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 October 2010.
  7. "Map of the Pacific Theater". 9 January 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 October 2010.
  8. Edward J. Drea, Nomonhan: Japanese-Soviet Tactical Combat, 1939 (2005)
  9. Boyd, Carl. Hitler's Japanese confidant: General Ōshima Hiroshi and MAGIC intelligence, 1941–1945 (1993)
  10. Fairbank, John King; Goldman, Merle. China: A New History. Harvard University Press. 1994. səh. 320. ISBN 0-674-11673-9.
  11. Lind Jennifer M. (2010). "Sorry States: Apologies in International Politics Arxivləşdirilib 2016-12-09 at the Wayback Machine". Cornell University Press, p.28. ISBN 0-8014-7628-3
  12. R.J. Rummel. China's Bloody Century: Genocide and Mass Murder Since 1900. Transaction Publishers. August 31, 2007.
  13. "Japans desperate gamble". Aberdeen Journal. 18 November 1940. İstifadə tarixi: 6 May 2015British Newspaper Archive vasitəsilə. (Subscription required (help)).
  14. Peattie & Evans, Kaigun
  15. Willmott, Barrier and the Javelin (Annapolis: Naval Institute Press, 1983).
  16. Boog et al (2006) "Germany and the Second World War: The Global War", p. 175
  17. Parillo, Mark P. Japanese Merchant Marine in World War II. (United States Naval Institute Press, 1993).
  18. "Declaration of War with Japan". United States Congress. 8 December 1941. 26 September 2011 tarixində arxivləşdirilib.
  19. "Prime Minister's Declaration". UK Parliament. 8 December 1941. 12 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 May 2015.
  20. "Canada Declares War on Japan". Inter-Allied Review. 15 December 1941. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2015 – Pearl Harbor History Associates, Inc. vasitəsilə.
  21. "The Kingdom of the Netherlands Declares War with Japan". Inter-Allied Review. 15 December 1941. 20 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2009 – Pearl Harbor History Associates Inc. vasitəsilə.
  22. "Remembering 1942, The fall of Singapore, 15 February 1942". Awm.gov.au. 20 August 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 October 2010.
  23. Klemen, L. "The capture of Bali Island, February 1942". Forgotten Campaign: The Dutch East Indies Campaign 1941–1942. 1999–2000. 2012-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
  24. Klemen, L. "The Japanese Invasion of Dutch West Timor Island, February 1942". Forgotten Campaign: The Dutch East Indies Campaign 1941–1942. 1999–2000. 2013-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
  25. Klemen, L. "The Java Sea Battle, February 1942". Forgotten Campaign: The Dutch East Indies Campaign 1941–1942. 1999–2000. 2011-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
  26. Klemen, L. "The conquest of Java Island, March 1942". Forgotten Campaign: The Dutch East Indies Campaign 1941–1942. 1999–2000. 2011-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
  27. Womack, Tom. "An Abandoned Army – The KNIL and The Japanese Invasion of Northern Dutch Sumatra". Dutch East Indies Campaign website. 1999–2000. 2011-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
  28. Blair, Silent Victory
  29. "Remembering the war in New Guinea – Rabaul". Ajrp.awm.gov.au. 24 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2013.
  30. "Remembering the war in New Guinea – Were the Japanese going to invade?". Ajrp.awm.gov.au. 19 February 1942. 16 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2013.
  31. "Midget Submarines history at". Home.st.net.au. 13 April 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2010.
  32. "Battle of Midway-Scouting and Early Attacks from Midway, 3–4 June 1942". History.navy.mil. 13 April 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 October 2010.
  33. Robert S. Burrell, "Breaking the Cycle of Iwo Jima Mythology: A Strategic Study of Operation Detachment," Journal of Military History Volume 68, Number 4, October 2004, pp. 1143–1186 and rebuttal in Project MUSE Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  34. Joseph H. Alexander, The final campaign: Marines in the victory on Okinawa (1996) short official history online Arxivləşdirilib 2016-12-09 at the Wayback Machine
  35. Hiromichi Yahara, The Battle For Okinawa (1997), Japanese perspective excerpt and text search Arxivləşdirilib 2009-06-18 at the Wayback Machine
  36. Professor Duncan Anderson, 2005,"Nuclear Power: The End of the War Against Japan" Arxivləşdirilib 2008-05-18 at the Wayback Machine (World War Two, BBC History website) Access date: 11 September 2007.
  37. Frank, Richard B. Tsuyoshi Hasegawa (redaktor). The End of the Pacific War: Reappraisals. Stanford University Press. 2007. səh. 89. ISBN 978-0-8047-5427-9.
  38. Yuma Totani. The Tokyo War Crimes Trial: The Pursuit of Justice in the Wake of World War II. Harvard University Asia Center. 1 April 2009. səh. 57.
  39. Stephen C. McCaffrey. Understanding International Law. AuthorHouse. 22 September 2004. 210–229.
  40. "Rummel, R.J. '''Statistics of Democide: Genocide and Mass Murder since 1900''' Chapter 3. LIT Verlag Münster-Hamburg-Berlin-Wien-London-Zürich (1999)". Hawaii.edu. 23 March 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2010.
  41. "Nuclear Power: The End of the War Against Japan". 2018-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
  42. "Remember role in ending fascist war". 2015-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
  43. Christopher Hudson. "Doctors of Depravity". Daily Mail. 2 March 2007. 29 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2015.
  44. Chapel, Joseph. "Denial of the Holocaust and the Rape of Nanking". 2004. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
  45. "Japanese prisoners of war Arxivləşdirilib 2017-04-02 at the Wayback Machine". Philip Towle, Margaret Kosuge, Yōichi Kibata (2000). Continuum International Publishing Group. pp.47–48. ISBN 1-85285-192-9.
  46. "U.S. Prisoners of War and Civilian American Citizens Captured and Interned by Japan in World War II: The Issue of Compensation by Japan". 2014-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.

Xarici keçidlər

Read other articles:

وليام روتو (بالإنجليزية: William Ruto)‏    رئيس كينيا في المنصب15 أغسطس 2022 – الآن أوهورو كينياتا   نائب رئيس كينيا تولى المنصب9 سبتمبر 2013 معلومات شخصية اسم الولادة (بالإنجليزية: William Kipchirchir Samoei Arap Ruto)‏  الميلاد 21 ديسمبر 1966 (57 سنة)[1]  مواطنة كينيا  عدد الأولاد 6   ال

 

Nesosilicate, manganese aluminium garnet species Not to be confused with the igneous rock type spessartite, a variety of lamprophyre. SpessartineSpessartine crystalsGeneralCategoryNesosilicate Garnet groupFormula(repeating unit)Mn2+3Al2(SiO4)3IMA symbolSps[1]Strunz classification9.AD.25Crystal systemIsometricCrystal classHexoctahedral (m3m) H-M symbol: (4/m 3 2/m)Space groupIa3dUnit cella = 11.63 Å; Z = 8IdentificationColorYellow through redCrystal habitMassive to crys...

 

Spanish writer and musician You can help expand this article with text translated from the corresponding article in Spanish. (February 2020) Click [show] for important translation instructions. Machine translation, like DeepL or Google Translate, is a useful starting point for translations, but translators must revise errors as necessary and confirm that the translation is accurate, rather than simply copy-pasting machine-translated text into the English Wikipedia. Consider adding a topi...

For other uses, see Rocky Mountain Rangers (disambiguation). Rocky Mountain RangersRegimental badgeActive1908–presentCountryCanadaBranchCanadian ArmyTypeLight infantryRoleTo close with and destroy the enemySizeOne battalionPart of39 Canadian Brigade GroupGarrison/HQJR Vicars Armoury, 1221 McGill Road, Kamloops, British ColumbiaNickname(s)RangersMotto(s)Kloshe nanitch (Chinook jargon for 'Keep a good lookout')[1]MarchThe Meeting of the WatersEngagements First World War S...

 

Ukrainian chess player This biography of a living person needs additional citations for verification. Please help by adding reliable sources. Contentious material about living persons that is unsourced or poorly sourced must be removed immediately from the article and its talk page, especially if potentially libelous.Find sources: Ruslan Ponomariov – news · newspapers · books · scholar · JSTOR (July 2009) (Learn how and when to remove this template mes...

 

This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article contains content that is written like an advertisement. Please help improve it by removing promotional content and inappropriate external links, and by adding encyclopedic content written from a neutral point of view. (August 2017) (Learn how and when to remove this template message) This article about school may require cleanup...

Central MarketNama lainMelayu: Pasar SeniHanzi: 中央艺术坊Tamil: மத்திய சந்தைInformasi umumJenisPasar publikGaya arsitekturArt DecoLokasiJalan Tun Tan Cheng Lock,Kuala Lumpur, MalaysiaKoordinat3°08′45″N 101°41′44″E / 3.14583°N 101.69556°E / 3.14583; 101.69556Koordinat: 3°08′45″N 101°41′44″E / 3.14583°N 101.69556°E / 3.14583; 101.69556Mulai dibangun1888Rampung1937PemilikCentral Market...

 

S04 PulomasStasiun LRT JakartaPeron stasiun Pulomas, Juni 2019LokasiJalan Kayu Putih Raya, Kayu Putih, Pulo Gadung, Jakarta TimurJakartaIndonesiaKoordinat6°11′03″S 106°53′29″E / 6.1841°S 106.8913°E / -6.1841; 106.8913Koordinat: 6°11′03″S 106°53′29″E / 6.1841°S 106.8913°E / -6.1841; 106.8913PemilikPemprov DKI JakartaPengelolaJakarta PropertindoJalurS Lin 1Jumlah peron2 peron sisiJumlah jalur2Penghubung antarmodaTransjakart...

 

TPMTAvailable structuresPDBOrtholog search: PDBe RCSB List of PDB id codes2BZG, 2H11IdentifiersAliasesTPMT, entrez:7172, TPMTD, thiopurine S-methyltransferaseExternal IDsOMIM: 187680 MGI: 98812 HomoloGene: 313 GeneCards: TPMT Gene location (Human)Chr.Chromosome 6 (human)[1]Band6p22.3Start18,128,311 bp[1]End18,155,077 bp[1]Gene location (Mouse)Chr.Chromosome 13 (mouse)[2]Band13 A5|13 24.5 cMStart47,175,958 bp[2]End47,198,213 bp[2]RNA express...

American soccer goalkeeper Adelaide Gay Personal informationFull name Adelaide Anne Gay[1]Date of birth (1989-11-03) November 3, 1989 (age 34)Place of birth Princeton, New JerseyHeight 5 ft 6 in (1.68 m)Position(s) GoalkeeperTeam informationCurrent team Fortuna HjørringNumber 33College careerYears Team Apps (Gls)2008 Yale 2010–2012 North Carolina Senior career*Years Team Apps (Gls)2009–2011 Pali Blues (0)2013 Portland Thorns FC 0 (0)2014 Washington Spirit 0 (0...

 

Robert McFarlane Robert Carl (Bud) McFarlane (Washington D.C., 12 juli 1937 – Lansing (Michigan), 12 mei 2022) was een Amerikaanse militair en overheidsdienaar, die van 1983 tot 1986 de functie van nationaal veiligheidsadviseur (National Security Advisor) bekleedde onder president Ronald Reagan. Hij was een van de belangrijkste spelers in de Iran-Contra-affaire. McFarlane bekende uiteindelijk schuld nadat hij was aangeklaagd wegens het wederrechtelijk achterhouden van informatie voor het Am...

 

Kota Pagar Alam PagaralamKotaTranskripsi bahasa daerah • Abjad Jawiڤاڬر عالم • Surat Uluꤶꤱꥑꥆꤾꤸ꥓Dari Atas, Kiri ke kanan: Gunung Dempo, Tari Kebagh Khas Pagar Alam, Kawasan Taman Kota, Perkebunan Teh di kawasan Gunung Dempo LambangMotto: Besemah Kota Perjuangan[a]Letak kota Pagar Alam di Sumatera SelatanKota Pagar AlamLetak kota Pagar Alam di Sumatera SelatanTampilkan peta SumatraKota Pagar AlamKota Pagar Alam (Indonesia)Tampilkan...

John MightonJohn Mighton, OC born in Hamilton, Ontario, Canada on October 2, 1957, is a Canadian mathematician, playwright and best-selling author, who is known for his work supporting children's math.[1] Mighton founded JUMP Math as a charity in 2002 and developed the JUMP Math program to address student underachievement in math. Mighton has won national and international awards for his contributions to both Canadian theatre and math education.[2] Education Mighton earned a B...

 

1898–99 season of Thames Ironworks/West Ham United F.C. The 1898–99 season was Thames Ironworks' fourth season after the club's formation in 1895. Moore Tranter Dunn Dove McEachrane Chisholm Hird Leonard Reid Gresham Lloyd Thames Ironworks F.C. 1898–1899 During the summer of 1898, Thames Ironworks became a professional outfit for the first time, to match their new status as new members of the Southern League. It was a decision reluctantly taken by Ironworks chairman Arnold Hills, who ha...

 

Hong Kong ferry and property company The Hongkong and Yaumati Ferry Co. Ltd.Hongkong and Yaumati Ferry company logoA HYF ferry in the 1960s (backside of the photo)TypesubsidiaryIndustryTransportFounded1897; 126 years ago (1897)HeadquartersTsing Yi, Hong KongKey peopleColin Lam Ko Yin, Chairman Dr David Ho, General ManagerProductsFerry, PropertyNumber of employees400[citation needed] ([when?])ParentHong Kong Ferry (Holdings) Company Limited (Henderson Lan...

Main article: Nomenclature of Territorial Units for Statistics Administrative divisions of Sweden Counties of Sweden Administrative boards Regions Municipalities of Sweden List of municipalities Other divisions Historical divisions (Lands and Provinces) Statistical regions ISO codes for subdivisions  Sweden portalvte In the NUTS (Nomenclature of Territorial Units for Statistics) codes of Sweden (SE), the three levels are: Level Subdivisions # NUTS 1 Lands (Swedish: landsdelar) 3 NUTS...

 

שמורת נחל הבניאסנחל הבניאס מידע כללי סוג שמורת טבע תאריך הכרזה 1977 נתונים ומידות שטח 1.3 קמר צומח ראו בערך בעלי חיים ראו בערך מיקום מדינה ישראל ישראל שמורת נחל הבניאס או שמורת נחל חרמון היא שמורת טבע הנמצאת למרגלות הר החרמון, במפגש שבין רמת הגולן לעמק החולה, ליד היישוב שניר. הי...

 

Chevron Corporation Тип Публичная компания Листинг на бирже NYSE: CVX Основание 1879 Предшественник Standard Oil Company of California[d] Прежние названия Pacific Coast Oil Company (1879—1906)Standard Oil Company (California) (1906—1984)ChevronTexaco (2001—2005) Расположение  США: Сан-Рамон (Калифорния) Ключевые фигуры Майкл Уирт (председатель ...

Comics character Manitou RavenPublication informationPublisherDC ComicsFirst appearanceJLA #66 (July 2002)Created byJoe KellyDoug MahnkeIn-story informationAlter egoRavenSpeciesHomo MagiTeam affiliationsLeague of AncientsJustice LeagueJustice League ElitePartnershipsManitou Dawn (wife)Notable aliasesThe ManitouManitou RavenAbilities Expert magic user; powers drawn from Native American shamanism. Longevity, enhanced strength, enhanced durability, and enhanced senses. Weapon user; notably uses ...

 

В Википедии есть статьи о других людях с именем Бахрам. Бахрам IIпехл. 𐭥𐭫𐭧𐭫𐭠𐭭 (Warahrān, Wahrām); парф Warθagn Изображение Бахрама II на серебряной драхме (27 мм, 4,16 г) шахиншах Ирана и не Ирана 275/276 — 292/293 Предшественник Бахрам I Преемник Бахрам III Род Сасаниды Отец Бахрам I Супр...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!