Share to: share facebook share twitter share wa share telegram print page

Çiləbürt monastırı

Çiləbürt monastırı
Ölkə  Azərbaycan
Şəhər Ağdərə
Yerləşir Çiləbürt kəndi
Tikilmə tarixi XVIII əsr
Vəziyyəti qəzalı
Çiləbürt monastırı (Azərbaycan)
Nöqtə
Çiləbürt monastırı

Çiləbürt monastırıAğdərə rayonunun Çiləbürt kəndi ərazisində, Çiləbürt qalasıÜç körpə monastırı yaxınlığında yerləşən tarix-memarlıq abidəsi.

Tarixi

Çiləbürt monastırı Tərtər çayının sağ sahilində, Çiləbürt qalasının şimal-qərbində, qaladan 2 kilometr aralıda yerləşir.[1] Monastır regionun ən qədim və məşhur mədəni mərkəzlərindən biri olmuşdur. Kompleksə daxil olan tikililər – kilsə, rahib hücrələri və digər mülki tikililər XVIII əsrdə daha qədim tikililərin yerində inşa olunmuşdur.[1]

Memarlıq xüsusiyyətləri

Çiləbürt monastırının başkilsəsi birnefli bazilika formasına malikdir. Monastırın iki tərəfli damı qoşa pilyastrlar tərəfindən dəstəklənir. Kilsənin giriş qapısı qərb divarında yerləşir. Cənub divarında iki, şərq və qərb divarlarında isə bir pəncərə yeri var.[1]

Kompleks ərazisində yeni tikililərin inşası zamanı daha qədim tikililərin daşlarından, həmçinin ərazidə olan xaçdalar və kitabəli daşlardan istifadə olunmuşdur.[2]

İstinadlar

  1. 1 2 3 Мкртчян, 1989. səh. 55
  2. Мкртчян, 1989. səh. 56

Ədəbiyyat

  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia

Kembali kehalaman sebelumnya