Çaylı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır.[2] Xalçalar adını Gəncə şəhərindən 20 km cənub-şərqdə yerləşən Çaylı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Gəncə-şəhər", "Qazaxça", "Öysüzlü", "Qaraxanlı" adlandırırlar. Çaylı xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[3]
Tarixi
"Çaylı xalçaları"ı öz adını Gəncə şəhərindən 20 km cənub-şərqdə yerləşən Çaylı kəndinin adından almışdır.[2] "Çaylı xalçaları"ı əvvəlcə Çaylı kəndində toxunmuş, daha sonra Gəncənin özündə ("Gəncə-şəhər"[3] adı ilə) və Goranboy rayonunun xalçaçılıq məntəqələrində toxunmağa başlamışdır.[3]
"Çaylı xalçaları"ını bir çox ustalar "Öysüzlü xalçaları", digərləri "Qaraxanlı xalçaları" adlandırırlar.[2]
Bədii analiz
Çaylı xalçaları Şirvan xalçaçılıq məktəbinə aid olan "Qobustan xalçaları" və "Mərəzə xalçaları"nın orta sahəsindən götürülmş bəzi elementlərin şəkilləri bir qədər dəyişdirilərək "Gəncə xalçaları"nın texniki xüsusiyyətlərinə uyğun şəkildə istifadə edilərək toxunmuşdur.[3]
Çaylı xalçalarının orta sahəsində məhz bu xalçalara xarakterik olan, bu xalçanın əsas elementi sayılan uzunsov altıbucaqlı qırmızı yerlikli iri bir göl yerləşdirimiş və qara rəngli yerliyi olan ara sahəsinin sərbəst qalan yerləri "Bəndi-rumi" adlanan torşəkilli naxışla bəzədilmişdir. "Bəndi rumi" adlanan torşəkilli naxışların oyuqlarında isə çiçək formasında naxışlar işlənmişdir.[3]
Texniki xüsusiyyətlər
"Çaylı xalçaları"nın ölçüləri 120x180 sm-dən 150x250 sm-ə qədər ölçülər arasında dəyişir. Çaylı xalçalarında bir kvadrat desimetrdə ilmələrin sıxlığı 33x33 ilmədən 40x40 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 108 min ilmədən 160 min ilməyə təsadüf edilir.[3]
"Çaylı xalçaları"da xovun hündürlüyü 6–8 mm-dir.[3]
İstinadlar
|
---|
Quba-Şirvan tipi | |
---|
Gəncə-Qazax tipi | |
---|
Qarabağ tipi | |
---|
Təbriz tipi | |
---|
Digər | |
---|