Çay nəqliyyatı — Çaynəqliyyatının inkişafı üçün imkanların kifayət qədər geniş olmasına baxmayaraq, bu imkanlardan lazımı dərəcədə istifadə edilmir. Çaydasuyun səviyyəsinin dəyişməsi, burada texniki baxımdan lazımı tənzimləmə işlərinin aparılmasının vacibliyi. mütəmadi dərinləşdirmə işlərinin görülməsi və digər səbəbləri çaynəqliyyətinin inkişafına maneçilik edən səbəblərə aid etmək olar. Çay nəqliyyatı nisbətən ucuz və ekoloji baxımdan təhlükəsiz nəqliyyat növlərinə aiddir. Bıuıa görə hər bir materikdə ölçücə iri və çay nəqliyyatının istifadəsi üçün əlverişli sayılan yerlərdə çay limanları inşa edilmişdır. Məsələn, Avropada — Dunay və Volqada, Şimali Amerikada — Missisipi və Missuridə, Asiyada — Xuanxe və Yansızıda, Afrikada — Nildəçaylimanları istismar edilir. Bu çaylarda turizm əhəmiyyətli kruizlərlə yanaşı yük daşımaları da həyata keçirilir. Avropadaçaynəqliyyatı üçün yararlı olan su arteriyaların təxminən 37 min km-i hələ istifadə ediimir. Müasir dövrdə Avropada çay nəqliyyatı ilə yükdaşıma imkanlarından yalnız 15%-ə qədər istifadə olunur. Belə vəziyyəti nəzərə alaraq, Avropa Birliyi ölkələri tərəfındən çay nəqliyyatının inkişafına yönəldilmiş birgə ‘'Marko Polo" proqramı həyata keçirilir.
Daxili su nəqliyyatındaçay nəqliyyatı mühüm yer tutur. Xarici ticarət və iqtisadi əlaqələrdə çay nəqliyyatı az əhəmiyyət kəsb edən nəqliyyat növləridir. Xarici ticarət yükdaşımaların cüzi hissəsinin 5%-ə qədəri bütövlükdə onların payına düşür. Nəqliyyatın bu növü özünün texniki mahiyyətinə görə daha lokal xarakterlidir. Çay nəqliyyatının əsas üstünlüyü daşınma xərclərinin xeyli ucuz başa gəlməsi, çatışmazlıqları isə coğrafi mövqedən, çayın gursululuq mövsümündən asılılığı, yüklərin nisbətən qeyri-çevik daşınması, sərnişinlərin mənzil başına nisbətən gec çatdırılması, əsasən ölkədaxili əhəmiyyət kəsb edən nəqliyyat sahə olmasıdır. Bununla belə, çay nəqliyyatından dünya ölkələri (Rusiya, ABŞ, Fransa, Niderland, Belçika, Almaniya, ŞərqiAvropa, Latın Amerikası, Afrika ölkələri) çox yararlanır, çünki daşınma üçün böyük xərclər tələb olunmur. Faydalı qazıntı (kömür, filiz, neft məhsulları və s.), oduncaq kimi ağır çəkili məhsulların ölkə daxilində çay nəqliyyatı ilə daşınması çox iqtisadi cəhətdən çox sərfəlidir.
Dünyanın ən böyük çay limanı
Dünyanın ən böyük çay limanı AlmaniyanınReyn çayı sahilində yerləşən Duysburq şəhəridir. Hər il Duysburqçaylimanına 20 mindən çox yük gəmisi yan alır. Buradan ildə 40 milyon tondan çox müxtəlif adda məhsullar daşınır.
Çay nəqliyyatının inkişafı təbii su yolları olması və kanallar çəkilməsi ilə əlaqədardır. Lakin onun rolu getdikcə azalır. Çay nəqliyyatı ilə təcili daşınması tələb olunmayan yüklər daşınır.