Əziz İsmayıl oğlu Əsədov ( 1991) — Alim, hərbi hüquqşunas, hərbi prokuror köməkçisi, hüquq elmləri doktoru, professor, 1952-1968 və 1972-1990-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri olmuşdur.[1]
Həyatı və elmi fəaliyyəti
Əziz Əsədov 1916-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1932-ci ildə orta məktəbi bitirdikdən sonra Qazax rayon prokurorluğunda katib vəzifəsində çalışmışdır.[1]
1934-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsinə daxil olmuş və 1938-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.[1]
1938-1944-cü illərdə Sovet ordusu sıralarında xidmət etmiş, ona "hərbi hüquqşunas" adı verilmişdir. Müharibə illərində hərbi müstəntiq işləmiş, hərbi prokurorun köməkçisi olmuşdur.[1]
Hərbi xidmətdən sonra Respublikanın partiya və Sovet orqanlarında məsul vəzifələrdə çalışmışdır.
1949-cu ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.[1]
Hüquq üzrə professor elmi adı verilmişdir. Sonrakı əmək fəaliyyəti ömrünün sonuna qədər Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur. 1952-1968 və 1972-1990-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri olmuşdur.[1]
Hüquq elmina aid çoxsaylı darsliyin, dərs vəsaitinin, 100-dən çox elmi moqalənin müəllifidir. İttifaq və Respublika səviyyəsində keçirilən onlarla konfrans, simpoziumların iştirakçısıdır.
Onun rəhbərliyi ilə çox sayda elmlər namizədi və doktoru yetişmişdir. Bir sıra dövlət və hökumət mükafatlarına layiq görülmüşdür.
1991-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]
İstinadlar
- ↑ 1 2 3 4 5 6 7 . Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh. (az.)
Mənbə
- Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.