Küçə 1995-ci ildə görkəmli dövlət xadimi Əziz Əliyevin (1887-1962) şərəfinə adlandırılmışdır. İlkin adı Mixaylovski küçəsi olan Əziz Əliyev küçəsi sovet dövründə Zevin küçəsi, 1991-1995-ci illərdə İncəsənət küçəsi adlandırılmışdır.[1].
İki mərtəbəsi 1898-ci ildə inşa edilib. 1950-ci illərdə binaya daha iki mərtəbə əlavə olunub.
2
Bağ
Əziz Əliyev küç. 2
1988-ci ilə kimi bağın yerində bağın yerində Hüseynovlar ailəsinə məxsus iki mərtəbəli saray tipli yaşayış binası yerləşirdi. 1882-ci ildə tikilmiş bina bütöv bir məhəlləni tuturdu. 1988-ci ildə bina sökülərək yerində Məmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılması üçün kiçik bağ salınmışdır. Lakin sonradan heykəlin ucaldılması nəzərdə tutulmuş yerdə fəvvarə quraşdırılmışdır.