Əziz Şərif

Əziz Şərif
Əziz Qurbanəli oğlu Şərifzadə
Azərbaycan poçt markası, 2015
Azərbaycan poçt markası, 2015
Doğum tarixi 28 mart 1895(1895-03-28)
Doğum yeri
Vəfat tarixi 1 iyun 1988(1988-06-01) (93 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Qurbanəli Şərifzadə
Təhsili Moskva Kommersiya İnstitutu (1915-17)[1]
Fəaliyyəti ədəbiyyatşünas, ədəbiyyat tənqidçisi, tərcüməçi, ədəbiyyatşünas[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şərifzadə Əziz Qurbanəli oğlu (28 mart 1895, Naxçıvan1 iyun 1988, Moskva) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1958), professor (1962), Azərbaycanın Əməkdar elm xadimi (1963).

Həyatı

Əziz Şərifin atası Qurbanəli Şərifzadə (sağdan 1-ci) və Cəlil Məmmədquluzadə (soldan 2-ci) Azərbaycan maarifpərvər ziyalıları arasında

Əziz Şərif 1895-ci il martın 28-də Azərbaycanın Naxçıvan şəhərində maarifçi Qurbanəli Şərifzadənin ailəsində anadan olmuşdur[2]. 1915-ci ildə orta təhsilini Tiflisdə almış, sonra işləmişdir.

"Molla Nəsrəddin" jurnalı redaksiyasında işlədiyi ilk gənclik illəri Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn CavidƏliqulu Qəmküsarla yaxın dostluq əlaqələri onu ömürlük ədəbi fəaliyyətə bağlamışdır. Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə (1915-1917) rus ədəbi mühiti ilə tanış olmuşdur. Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmışdır (1920-1930). Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi olmuşdur (1925-1935). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmişdir (1943). Sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuşdur (1950-1961). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1961-1988).

Ədəbi fəaliyyətə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalında dərc olunan "Naxçıvandan məktublar"ı ilə başlamışdır. Bundan sonra tənqid və ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərmiş, Maksim Qorkinin "Ana", "Düşmənlər", Aleksandr Fadeyevin "Tarmar" əsərini rus dilindən, E.Ninoşvili və N.Mijsişvilinin əsərlərini gürcü dilindən çevirmiş və çap etdirmişdir.

Azərbaycan bədii ədəbiyyatından ruscaya çoxlu tərcümələr etmiş, onlara ön söz, müqəddimə, şərhlər yazmışdır. İki medalla təltif olunmuşdur.

Əziz Şərif 1988-ci il iyunun 1-də Moskvada 94 yaşında vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur.

Diplomatik fəaliyyəti

Naxçıvan tarixinin ən keşməkeşli dövrlərindən biri hesab edilən 1920-1924-cü illərdə isə bir müddət Naxçıvan MSR-in İran və Türkiyə kimi xarici dövlətlərlə yanaşı, artıq sovet hakimiyyətinin qurulduğu Qafqaz respublikalarında da nümayəndəlikləri fəaliyyət göstərmişdir. Səid Sadıqov “Naxçıvan Muxtar Respublikası tarixindən” kitabında yazır ki, XX əsrin 20-ci illərində Naxçıvanın Bakı, Tiflis və İrəvan şəhərlərində də nümayəndəlikləri yaradılmışdır. 1922-ci ilin yanvar ayında Naxçıvan SSR-in Gürcüstanda nümayəndəsi təyin edilən şəxs isə tənqidçi, ədəbiyyatşünas, tərcüməçi kimi tanıdığımız Əziz Şərif olmuşdur.

Görünür XX əsrin 20-30-cu illərində Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışan Əziz Şərifin Gürcüstan mühitinə yaxşı bələd olması, Tiflisdə müxtəlif ziyalılarla əlaqələrinin genişliyi, fransız, rus, fars dillərini mükəmməl bilməsi məhz ona Naxçıvan SSR-i təmsil etmək səlahiyyətinin həvalə edilməsinin əsas səbəbləri olmuşdur.

Əsərləri

  1. Sabir bu gün. Bakı: Uşaqgəncnəşr, 1942, 23 səh.
  2. Molla Nəsrəddin (C.Məmmədquluzadə). Bakı: Azərnəşr, 1946, 56 səh.
  3. Рождение Молла Насреддина. Баку: Гянджлик, 1968, 360 стр.
  4. Вагиф – певец любви и красоты. М.: Советский писатель, 1968, 48 стр.
  5. Литературы народов СССР. М.: Советский писатель, 197. , 43 стр.
  6. Keçmiş günlərdən. Bakı: Azərnəşr, 1977, 301 səh.
  7. Литература народов Закавказя. М.: Советский писатель, 1981, 65 стр.
  8. Keçmiş günlərdən, Atam və mən. Bakı: Yazıçı, 198. 613 səh.
  9. Molla Nəsrəddin necə yarandı? Bakı: Yazıçı, 1986, 38 səh.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-30.
  2. APA TV. ""Vətən mədəsi pozulmuş xəstələrə bənzəyir"" (az.). Youtube.com. 21.07.2023. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.

Mənbə

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!