Əziz Kərimov ( azərb. Əziz Elxan oğlu Kərimov ) azərbaycanlı fotoqrafdır. O, Free Media Awards 2020 The Fritt Ord (təşkilat) mükafatına layiq görülüb.
Həyat və İş təcrübəsi
1987-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bitirib. 2013-cü ildə çəkdiyi fotolar Associated Press agentliyində dərc olunub çalışıb, sonradan karyerasına müstəqil fotoqraf kimi başlayıb.
2019-cu ildə, dünya nəhəndi olan Getty Images agentliyinə qoşulur.
2013 Freedom House təşkilatının keçirdiyi müsabiqədə Azərbaycan, Bəhreyn, Belarus, Çin, Rusiya, Cənubi Sudan və Suriya da daxil olmaqla 20-dən çox ölkədən fotoşəkillərdən ibarət sərgi hazırlanır.
2014-cü ildə YARAT-ın təşkil etdiyi ."BEYNƏLXALQ YAY FOTO MƏKTƏBİ"ində MAGNUM PHOTOS peşəkar təlimçilərinin təlimində iştirak edir.
" 2017-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi, idman fotojurnalistikası. 2019 Azərbaycan Dillər Universitetinin müəllimi – Fotojurnalistika fənnini tədris edib.
2020-ci ildə "İkinci Qarabağ Müharibəsi"ndə çəkdiyi foto fAssociated Press Agentliyinin hazırladığı "2020-ci ilin Ən Maraqlı Fotoları" hesabatında yer alır."
2021-ci ilin noyabrın 8-də həmkarları ilə birlikdə İkinci Qarabağ Müharibəsindən bəhs edən ilk foto jurnal - JPEG (foto jurnal) nəşr edirlər
2022-ci ildə Rusiya–Ukrayna müharibəsini işıqlandırmaq üçün Azərbaycandan Ukraynaya ezam olunan ilk foto Jurnalist olur.
2022-ci il noyabr ayında Italiyanın Venesiya şəhərində və 2023-cü il may ayında Türkiyənin İstanbul şəhərində MAGNUM PHOTOS agentliyinin təlimində iştirak edib.
Mükafatları
2013 Azərbaycan Fotoqraflar Birliyinin keçirdiyi "İlin Press Fotoqrafı [1]
2015 Azərbaycanlı jurnalistlər Aİ tərəfindən maliyyələşdirilən Media layihəsinin qalibləri arasında [2]
2020 Azərbaycan fotoqrafları qızıl medal qazandılar
2020 Əziz Kərimov Free Media Awards 2020 mükafatına layiq görülüb
2023 Azərbaycan Fotoqraflar Birliyinin keçirdiyi "İlin Press Fotoqrafı" mükafatına layiq görülüb
İstinadlar
Xarici keçidlər
Archived 19 August 2013 at the Wayback Machine
]