Əsədulla Axundov

Əsədulla Axundov
5 yanvar 1918 – 6 yanvar 1918
Seçki dairəsiZaqafqaziya
SiyahıHümmət Partiyasının 11-ci siyahısı
Şəxsi məlumatlar
Doğum tarixi 1873
Doğum yeri
Vəfat tarixi 1927
Vəfat yeri
Partiya
Fəaliyyəti jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsədulla Cavad oğlu Axundov (1873, Bakı1927, Ənzəli, Gilan ostanı) — Ümumrusiya Müəssislər Məclisinin üzvü, Hümmət Partiyası qurucularından biri, azərbaycanlı inqilabçı, redaktor.

Həyatı

1873-cü ildə Bakıda anadan olub. 1901-ci ildən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmuşdur. XIX əsrin axırlarında inqilabi hərəkata qoşulmuş, 1905–1907 illər inqilabı dövründə Bakı fəhlələrinin mübarizəsində iştirak etmişdir. Hümmət Partiyası qurucularından biri, Neft Sənayəsi Fəhlələri Həmkarlar İttifaqı İdarə Heyətinin üzvü, "Yoldaş" qəzetinin redaktoru və nəşri olmuşdur. Nicat Cəmiyyətində fəaliyyət qöstəmiş, 1917-ci ilin iyununda Hümmət Partiyasının büro üzvü seçilmişdir. 1909 ildə İrandaki Məşrütə hərəkatında iştirak etmişdir. 1918 ildə İranda inqilabi iş aparmışdır.

Azərbaycan Sovet Sosialist Respublikası qurulduqdan sonra Azərittifaqın və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası Xarici Ticarət İdarəsinin İranda müvəkkili olmuşdur. Qafqaz Sosial Demokrat Təşkilatının 3-cü qurultayına nümayəndə seçilmişdir. Əsədulla Axundov 1927-ci ildə İranın Ənzəli şəhərində vəfat edib.

1906-cı ilin may ayından etibarən Azərbaycan dilində ilk leqal bolşevik qəzeti "Dəvət" nəşr olunmağa başlayıb. Hümmət Partiyası 1906-cı il dekabrın 16-dan 1907-ci il martın 26-na qədər "Təkamül" qəzetini, o da hökumət tərəfindən bağladılandan sonra, 1907-ci il avqustun 22-dən həmin ilin sentyabrına qədər "Yoldaş" qəzetini nəşr etdirib. "Yoldaş"ın rəsmi redaktor-naşiri Əsədulla Axundov idi.

1917-ci ildə keçirilən Ümumrusiya Müəssislər Məclisi seçkilərinə Zaqafqaziya seçki dairəsindən Rusiya Sosial Demokrat Fəhlə Partiyası (Hümmət Partiyası) siyahısından 10-cu yerdən deputat seçilmişdir.

Sovet hökuməti zamanı SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinin İrandakı nümayəndəsi kimi çalışmışdır. Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Qafqaz Diyar Komitəsinin 3-cü qurultayında iştirak etmişdir.

1927-ci ildə Ənzəlidə ölmüşdür.

Mənbə

  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. 647 с.

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!