T Şəkil mavi, yasəmən və sarı rənglərlə verilmişdir.
Şəkil rənglərdən istifadə olunmasını minimuma endirməklə maksimum qara rənglə verilmişdir.
Əsas rənglər — qarışdırıldıqda bütün digər rəngləri və rəng çalarlarını əldə etmək mümkün olan rənglər. Rənglərin qarışdırılması, məsələn, elektron displeylərdə, rəngli çap və rəsmlərdə geniş spektrli rənglərin əldə edilməsi üçün əsas metod hesab edilir. Əsas rənglərin müxtəlif kombinasiyalarının necə qavranılmasını müvafiq qarışdırma modelinə, məsələn, additiv və subtraktiv modelə əsasən müəyyən etmək mümkündür. Rənglərin additiv qarışdırılmasında (işıq şüalarının qarışdırılması) əsas rənglər qırmızı (Red), yaşıl (Green) və göydür (Blue) (RGB modeli). Subtraktiv qarışdırılmasda isə (rənglərin qarışdırılması) əsas rənglər göy-yaşılı (Cyan), macenta (Magenta) və sarı (Yellow), həmçinin qaradır (Key) (CMYK modeli).
1756-cı ildə rus alimi Mixail Lomonosov ilk dəfə fikir yürütmüşdür ki, təbiətdə hər hansı bir rəngi yaratmaq üçün 3 əsas rəngi (göy, qırmızı, yaşıl) müəyyən nisbətlə qarışdırmaq kifayətdir. Təsvirlərin kompüter kodlaşdırılması rəngin 3 komponentlik nəzəriyyəsinin əsasında qurulmuşdur. Görmə zamanı rənglərin müxtəlifliyinin hiss edilməsini insanın əsəb sistemində 3 tip oyanışın kombinasiyalarının müxtəlifliyi ilə izah etmək olar. Bir çox təsvirin emalı proqramlarında HSV (hue – rəng keyfiyyəti, saturation – dolğunluq, value – həcm, parlaqlıq) və CMYK (cyan – mavi, magenta – yasəmən, yellow – sarı) kodlaşma sxemlərindən də istifadə olunur.
Ədəbiyyat
Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!