Əsas qiymət

Əsas qiymət və ya baza qiyməti — satıcı ilə alıcı arasında aparılan danışıqlarda opsion əməliyyatının bağlanması zamanı təyin olunan malın qiymətidir. Baza qiymət əşyanın faktiki qiymətini müəyyən edir. Baza qiymətinə əlavə ödənişlər və endirimlər miqyası var. Bazar şəraiti dəyişdikdə, əsas qiymətlər sabit qalır, əlavə haqlar və endirimlər isə dəyişilə bilər ki, bu da qiymətlərin müvafiq artımına və ya azalmasına səbəb olur. Faktiki qiymətlərin baza qiymətlərindən kənara çıxma dərəcəsi satış şərtləri və iqtisadiyyatın vəziyyəti ilə müəyyən edilir[1][2].

Planlaşdırma və statistik uçotda əsas qiymət dedikdə istehsalın dinamikasını, maya dəyərini və xalq təsərrüfatının inkişafının digər göstəricilərini xarakterizə edən indekslər hesablanarkən qəbul edilən qiymət başa düşülür. Əsas qiymətlərdən ona görə istifadə olunur ki, eyni məhsulun qiymətlərinin səviyyəsi ildən-ilə dəyişə bilər və müxtəlif illərdə milli iqtisadiyyatda maya dəyəri göstəricilərinin cari qiymətlərlə ölçülməsi və müqayisəsi onların real dəyişməsi haqqında düzgün təsəvvür yaratmır.

Xarici iqtisadi fəaliyyətdə baza qiymət ümumən və ayrı-ayrı mal qrupları üzrə beynəlxalq ticarətin (ixrac və idxal) qiymət indeksinin müəyyən edilməsi üçün əsas rolunu oynayır. Beynəlxalq və xarici ticarət statistikasında, BMT-nin iqtisadi dövri nəşrlərində dərc edilmişdir. Baza qiymətinə sistematik şəkildə yenidən baxılır ki, bu da xarici ticarət dövriyyəsinin diapazonunda dəyişiklikləri nəzərə almağa imkan verir, xüsusən də baza qiymətləri vahid dəyər kimi hesablanan hazır məhsullar üçün[3].

İstinadlar

  1. Новый экономический словарь (4000 nüs.). М.: Институт новой экономики. Под редакцией А. Н. Азрилияна. 2006. ISBN 5-89378-014-0.
  2. Əsas qiymət  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  3. "Базисная цена". 2012-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-18.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!