Ərəb Bankı – 1930-cu ildə yaradılmış, may ayının 21-də qeydiyyatdan keçmiş təşkilat.
Haqqında
Ərəb Bankı 1930-cu ildə Yerusəlimdə təsis edilib. Zamanla banklar şəbəkəsi ərəb ölkələrinin böyük hissəsini əhatə etmişdir. Bankın baş ofisi 1948-ci ildə İordaniyanın Amman şəhərinə köçürülmüşdür. Ərəb Bank 1962-ci ildə ərəb banklarının beynəlxalq maliyyə bazarında yayılmasının əsasını qoymuşdur. Hal-hazırda 7 şöbəsi, köməkçi bankları və filialları dünyanın əsas maliyyə mərkəzlərində fəaliyyət göstərir. Bankın 40-dan çox ölkədə 350-dən çox şöbəsi fəaliyyət göstərir. Bank öz tərkibində 30 dövləti birləşdirir. Ərəb Bank Əmman birja fondunda qeydiyyatdan keçmiş ictimai səhmdar təşkilatdır. Bank Yaxın Şərqdə və Şimali Afrikada ən iri iqtisadi mühərrik rolunu oynayır. Bank xidməti və kapital təklif edir. Bankın veb saytından əldə olunan materiala görə bank bazar kapitallşmasında birinci yeri tutur və Əmman birja fondunun 28%-ni təşkil edir. 2013-cü ildə Qlobal İnvestor təşkilatı tərəfindən Ərəb Bank "Yaxın Şərqdə nağd pulların ən yaxşı meneceri" adlandırılmışdır.[1] Yevromani 6-cı il ardıcıl olaraq bu bankı "İordaniyanın ən yaxşı bankı" adına layiq görmüşdür.[2] 2013-cü ildə Arabian Bizness bankı ilin regional bankı kimi tanımışdır. 2012-ci ildən 2013-cü ilə qədər Qlobal Faynəns (Qlobal Maliyyə) Ərəb Bankını 7 nominasiyada təltif etmişdir: Yaxın Şərqdə, İordaniya və Yəməndə maliyyə xidmətinin ən yaxşı təminatçısı, İordaniya və Yəmənin inkişaf etməkdə olan bazarları, Xarici Valyutanın ən yaxşı təminatçısı, İordaniyada ən yaxşı investisiya bankı.[3]
Əbdül Həmid Şoman Bankın təsisçisi və ilk rəhbəri olmuşdur. [[|left|thumb|
Ərəb Bankın İordaniyadakı qərargahı
]]
Bankın əsas məqsədi aşağıdakılardan ibarətdir:
- Qeyri Ərəb Afrika dövlətlərinin iqtisadi inkişafına maliyyə yardımı göstərmək;
- Afrika dövlətlərinin inkişafı üçün zəruri texniki köməklik göstərmək;
- Afrika dövlətlərinin inkişafı üçün Ərəb ölkələrindən investisiya axınına maraq yaratmaq;
Bu məqsədlə də bank öz fəaliyyətində aşağıdakı cəhətlərə üstünlük verir:
- Milli və regional sahədə fəaliyyət göstərən maliyyə institutlarına borc və təminat verir.
- Ərəb ölkələrinin yardımının bölgüsünü və əlaqələndirlməsini həyata keçirir.
Bu bankdan 41 ölkənin köməklik almaq hüququ var. Bu köməklik hər hansı bir hökumətə, müəssisə və təşkilatlara, dövlət və xüsusi birliklərə, qarışıq Ərəb-Afrika birliklərinə göstərilir. Bank sənaye, sosial və digər böyük iqtisadi layihələrin maliyyələşdirilməsində iştirak etməklə hər bir ölkənin iqtisadi inkişaf planında iştirak etmiş olur. Bu bankın hər bir layihəyə qoyduğu vəsait layihənin dəyərinin 50%-indən artıq olmur. Layihənin dəyəri az olduqca 10 mln. Dollaradək, bank vəsaiti 80%-ə qədər də ola bilər. Bankın maliyyə vəsaiti ölkələrin qoyduğu ilkin kapitaldan və cəlb olunmuş borc vəsaitlərindən ibarətdir. 1973-cü ildə bank ilə neft ixrac edən ərəb ölkələrinin birlikdə Afrikaya köməklik fondu yaradılmışdır. Bu fond Ərəb Dövlətləri Liqası idarəçiliyinə verilmişdir. Lakin Afrikada olan Ərəb ölkələri bu fonddan köməklik almaq hüququna malik deyillər.
İdarə Heyətinin üzvləri
- Mr. Sabih Taher Masri, Sədr
- H.E. Dr. Bassem Ibrahim Awadallah, Sədr müavini
- H.E. Mr. Samir Farhan Kawar, Üzv
- Maliyyə Nazirliyi, Səudiyyə Ərəbistanı, Üzv
- Mrs. Nazik A. A. Odah / Əl-Həriri, Üzv
Sosial təhlükəsizlik Korpusunun üzvləri
- Mr. Mohammed Ahmad Həriri, Üzv
- Mr. Wahbe Abdullah Tamari, Üzv
- Abdul Hameed Shoman, Üzv
- Mr. Bassam Wael Kanaan, Üzv
- Mr. Abbas Farouq Zuaiter, Üzv
- Mr. Alaa Arif Batayneh, Üzv
Həmçinin bax
Xarici keçidlər
"Arab Bank Receives Best Cash Manager Award in the Middle East at the Global Investor Summit"
İstinadlar
- ↑ "Arab Bank Receives Best Cash Manager Award in the Middle East at the Global Investor Summit" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine.
- ↑ "Arab Bank PLC : AB Invest Named Best Brokerage House in Jordan" Arxivləşdirilib 2013-12-20 at the Wayback Machine. 4-Traders. Retrieved 17 November2013.
- ↑ "Awards: Best Internet Banks—Round 1"[ölü keçid]. Global Finance. Retrieved 1 September 2013.