Ənvər Süleyman oğlu Köçərli

Ənvər Süleyman oğlu Köçərli — biologiya elmləri namizədi (1966), Eksperimental Kolbasa-Konserv Zavodunun direktoru (1971-1982), Elmi tədqiqat institutunda baş elmi işçi və laboratoriya müdiri (1982-1989), Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparıcı elmi işçi–ekspert (1989-2008).

Ənvər Köçərli
Ənvər Süleyman oğlu Köçərli
Rəsmi şəkil
Doğum tarixi
Doğum yeri Gədəbəy, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (77 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi Biologiya Elmlər namizədi
İş yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu

Həyatı

Ənvər Süleyman oğlu Köçərli 1934-cü il yanvar ayının 10-da Gədəbəy rayonunun İsalı kəndində doğulub. 1952-ci ildə Bakı Feldşerlik Texnikumunu, 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1959-cu ildən 1964-cü ilə qədər Gədəbəy və Masallı rayonlarında fəaliyyət göstərmiş, əldə etdiyi nəzəri bilikləri təcrübəyə tətbiq etmişdir. O, 1963-cü ildə Azərbaycan EA Zoologiya İnstitutunun aspiranturasına daxil olub. 1966-cı ildə dissertasiya müdafiə edərək biologiya elmlər namizədi elmi adı almışdır.

Qafqazda miqyasına görə ən böyük və ixtisaslaıdırılmış Mərdəkan Quşçuluq Fabrikinin yaradılması Ənvər Köçərlinin rəhbərliyi altında qısa müddətdə uğurla yerinə yetirilmişdir.

1971-1982-ci illərdə Eksperimental Kolbasa-Konserv Zavodunun direktoru vəzifəsində işləmişdir. Dövlət tərəfindən orden, diplom və fəxri fərmanlarla təltif edilmişdir.

1982-1989-cu illərdə Elmi tədqiqat institutunda baş elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır.

1989-2008-ci illər ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparıcı elmi işçi – ekspert vəzifəsində çalışmışdır. Bir müəlliflik şəhadətnaməsinin, 40-dan artıq elmi-tədqiqat əsəri və metodik göstərişlərin müəllifi olmuşdur.

2001-ci ildə qələmə aldığı ”Bir ağacın budaqları” tarixi kitabı çap edilmişdir.

Ənvər Köçərli 24 aprel 2011-ci il tarixində Bakı şəhərində vəfat etmişdir.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!