Dünyanın ən çox ziyarət edilən incəsənət muzeylərinin siyahısında ziyarətçilər arasında ən çox ziyarət edilən və eksponatları əsasən sənət əsərlərindən ibarət olan 100 muzey və qalereya yer alıb. Bədii sənət dedikdə heykəltaraşlıq, rəngkarlıq, qrafika, foto sənəti və dekorativ-tətbiqi sənət aiddir. Siyahıya sırf sənət muzeyi olmayan turistik yerlər daxil edilmir (məsələn, Pekindəki Yasaq şəhər). Həmçinin, eksponatları içərisində qismən sənət əsərləri olan, lakin əsasən konkret tematikaya həsr olunmuş, ixtisaslaşdırılmış muzeylər (məsələn, Londondakı Təbiət tarixi muzeyi) də siyahıya daxil edilməyib.
Siyahı ildə bir dəfə oxşar siyahıları dərc edən beynəlxalq nüfuzlu incəsənət jurnalı The Art Newspaperin[1] məlumatlarına əsaslanır; bu siyahı 2014-cü ilin məlumatlarına əsaslanır.
Siyahıda ən çox təmsil olunan muzeylər ABŞ-də - 18 və Böyük Britaniyadadır - 14. Sonrakı yerlərdə İspaniya (9), Fransa (8), 6 muzeylə Braziliya və 5 muzeylə Rusiya, Avstraliya və Cənubi Koreya gəlir. Böyük Britaniya muzeyləri ildə ən çox ziyarətçi sayına malikdir - 30.000.000-dan çox insan.
Siyahıdakı muzeylərin əksəriyyəti Londonda - 11 və Parisdə - 7, habelə hər birində 4 muzey olmaqla Berlin, Madrid və Tokioda yerləşir.
Siyahıdakı muzeylərin əksəriyyəti Avropa qitəsinin ərazisində yerləşir - 55 muzey. Digər qitələr Şimali Amerikada - 22 muzey, Asiyada - 12 muzey, Cənubi Amerikada - 6, Avstraliyada - 5 muzey olmaqla sıralanır. Afrika muzeyləri siyahıya düşə bilməyib.
İstinadlar
- ↑ Visitor Figures 2014: The grand totals: exhibition and museum attendance numbers worldwide Arxivləşdirilib 2016-04-04 at the Wayback Machine, The Art Newspaper, International Edition, Апрель 2015.