"Ən vacib müsahibə" — rejissor Eldar Quliyevin filmi.[1]
Məzmun
Kinopovest analitik səpgidə jurnalist mənəviyyatından söhbət açır. Bu mənada ki, jurnalistin vicdanı, mənəviyyatı təmiz olmalıdır. O belə bir suala cavab tapmalıdır: "Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?"
Filmin qəhrəmanı Zaur (Hacımurad Yegizarov) radio jurnalistidir. O, süjet boyu bu sualın cavabını axtarır, lakin cavabı tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır.
Film haqqında
- Film quruluşçu rəssam Fikrət Əhədovun kinoda ilk işidir.
- Filmdən iki hissə operator Şərif Şərifovun diplom işidir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Maqsud İbrahimbəyov
- Quruluşçu rejissor: Eldar Quliyev
- Quruluşçu operator: Rasim Ocaqov
- Quruluşçu rəssam: Kamil Nəcəfzadə, Fikrət Əhədov
- Bəstəkar: Polad Bülbüloğlu
- Səs operatoru: Ələkbər Həsənzadə
- Rejissor: Əşrəf Mamayev
- Operator: Şərif Şərifov
- Geyim rəssamı: Fikrət Əhədov
- Qrim rəssamı: S.Pozdeyeva
- Montaj edən: Tahirə Babayeva
- Redaktor: İntiqam Qasımzadə
- Rejissor assistenti: Adil İsmayılov, Vaqif Əsədullayev, Ceyhun Mirzəyev, Azər Zamanlı
- Montaj üzrə assistent: Rəfiqə İbrahimova
- Operator assistenti: Ələsgər Ələkbərov, S.Kaşiyev
- Rəssam assistenti: T.Məlikzadə, A.Stepanova
- Filmin direktoru: Rimma Abdullayeva
- Mahnı ifa edən: Polad Bülbüloğlu (titrlərdə yoxdur)
Rollarda
- Hacımurad Yegizarov — Zaur
- Ariadna Şengelaya — Səidə
- Səyavuş Şəfiyev — Altay
- Müxlis Cənizadə — Ənvər müəllim
- Tofiq Mirzəyev — əcnəbi müğənni
- Rza Təhmasib — Cəbrayıl
- Konstantin Adamov — Abdulla Kərimoviç
- Fuad Poladov — bacıoğlu
- Nazim Ağayev — Saleh
- Kamal Xudaverdiyev — Həsənov
- Əbdül Mahmudov — Fikrət
- Məmmədrza Şeyxzamanov — Zaurun atası
- Firəngiz Şərifova — Zaurun anası
- S.Əfəndiyeva
- Dina Tumarkina
- M.Ələkbərov
- Ramiz Məlikov — müxbir
- Mirzəbala Məlikov — Cəfər
- Zemfira İsmayılova — neftçi
- Tatyana Qross
- Yevgeniya Nevmerjitskaya
- Bahadur Əliyev — Bahadur
Filmi səsləndirənlər
- Həsənağa Turabov — Zaur (Hacımurad Yegizarov) (titrlərdə yoxdur)
- Amaliya Pənahova — zoopark müdiri (titrlərdə yoxdur)
- Həsən Əbluc — Saleh (Nazim Ağayev) (titrlərdə yoxdur)
- Şahmar Ələkbərov — Altay (Səyavuş Şəfiyev) (titrlərdə yoxdur)
- Əminə Yusifqızı — Səidə (Ariadna Şengelaya) (titrlərdə yoxdur)
- Hamlet Xanızadə — tərcüməçi (titrlərdə yoxdur)
- Səməndər Rzayev — Abdulla Kərimoviç (Konstantin Adamov) (titrlərdə yoxdur)
- Yusif Vəliyev — Cəbrayıl (Rza Təhmasib) (titrlərdə yoxdur)
İstinadlar
- ↑ "2011-ci ilin yubilyar filmləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
Mənbə
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222; 304.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 183-184.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Xarici keçidlər