Ən kiçik qiymətli bit (en. least significant bit (LSB)) – bir və ya daha artıq bayt ardıcıllığında: ikilik ədədin aşağı mərtəbə (adətən, ən sağdakı) biti.
Kompüterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit — ikilik rəqəm) adlanır. Bit — informasiyanın ən kiçik ölçü vahididir.
Bit çox kiçik vahid olduğundan, kompüter texnikasında informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Baytda hər bir bit yalnız iki qiymət — 0 və 1 ala bilər.
Ən kiçik qiymətli simvol (en. least significant character (LSC)) – sətirdə aşağı mərtəbədəki və ya sağdakı simvol.
Ən kiçik qiymətli rəqəm (en. least significant digit (LSD)) – ədədin normal təsvirində aşağı mərtəbə və ya ən sağdakı rəqəm.